Ona etibar edilən bütün işlərdə Zaur Mustafayev özünü doğruldub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
25-09-2024, 13:30
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də ”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayevdir.
Zaur Mustafayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zaur Mustafayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zaur Mustafayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Zaur Mustafayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Zaur Mustafayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Zaur Mustafayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Vətənpərvər ziyalımız Zaur Mustafayev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Zaur Mustafayevdə məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda ”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ona etibar edilən bütün işlərdə Zaur Mustafayev özünü doğruldub. Bizdə hörmətli Zaur Mustafayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
”Caspian Energy Kazakhstan”-ın sədri Zaur Mustafayev - İşğalçı və təcavüzkar Ermənistan üzərində əldə edilən tarixi Qələbədən sonra ölkəmizdə ilk dəfə növbədənkənar parlament seçkiləri keçirildi. Bu, suveren dövlətin, qalib xalqın, həmçinin dağlı-aranlı Qarabağ və Şərqi Zəngəzurda, bütöv Azərbaycanda keçirilən ilk parlament seçkiləri idi. Bəzi xarici və daxili bədxah qüvvələrin üzərinə kölgə salmaq cəhdlərinə baxmayaraq, yeddinci çağırış Milli Məclisə növbədənkənar seçkilər ədalətli, şəffaf və demokratik qaydada keçirildi. Bu seçkilər həm də könüllü, müstəqil seçimimiz olan demokratiyaya doğru növbəti addım idi. Növbədənkənar parlament seçkilərində ölkəmizdə fəaliyyət göstərən demək olar ki, əksər siyasi partiyalar iştirak etdi. Həmin partiyaların bir çoxu parlamentdə öz nümayəndələri ilə təmsilçilik hüququ qazandı. Hazırda parlamentdə 9 siyasi partiyanın nümayəndəsi təmsil olunur. Təbii və heç şübhəsiz ki, seçkilərin birməanlı favoriti və qalibi üzvü olduğum hakim Yeni Azərbaycan Partiyası (YAP) idi.
Azərbaycanın əldə edilən bütün uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu və xidmətləri olub. Odur ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olacağı məntiqli və gözlənilən idi. Hazırda parlamentdə 68 mandat hakim partiyaya məxsusdur.
Sentyabrın 23-də yeddinci çağırış Milli Məclis fəaliyyətə başladı, ilk iclasını keçirdi. Parlamentin açılış iclasında Prezident, YAP-ın Sədri İlham Əliyev iştirak edərək tarixi, parlaq nitq söyləyib. Dövlətimizin başçısı ölkəni və bütövlükdə, dünyanı maraqlandıran bir sıra məsələlərə öz münasibətini bildirib, bir daha qətiyyətli və əzmkar mövqeyini ortaya qoyub. O cümlədən yeddinci çağırış Milli Məclisin üzvləri qarşısında yeni hədəf və vəzifələr müəyyənləşdirib.
Prezident nitqində bildirib: “Biz – bütün cəmiyyət daim diqqətli olmalıyıq. Mən Xankəndidə də bunu dedim. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim – bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq. O cümlədən bizim deputatlar da, təbii olaraq öz seçiciləri ilə görüşlər əsnasında bu məsələni daim diqqətdə saxlasın”. Bir deputat kimi bizim vəzifəmiz düzgün və ardıcılı şəkildə həmin hədəflərə çatmaq və nail olmaqdır. Prezident, həmçinin çıxışı zamanı qeyd edib: “Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazilərində keçirilmişdir. Bu, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir”.
Prezident bir daha əminliyini ifadə edib ki, 2024-cü il tarixdə qalan il olacaq. Çünki ölkəmizin bütün suveren ərazilərində keçirilən prezident və parlament seçkilərində bir daha Azərbaycan xalqı öz iradəsini ortaya qoydu. Prezidentin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatlarının nəticələrini bütün dünyaya qəbul etdirə bildik. Çünki heç kimə sirr deyil ki, bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz. Bu baxımdan, birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır.
İndi dünyada nəinki siyasətlə məşğul olanlar, ümumiyyətlə, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. Tarixi çıxışda da vurğulandığı kimi, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.
Cənab İlham Əliyev bildirib ki, işğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi. Hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci hərbi xərclərdir. Bu gün də belə olmalıdır”. Dövlət başçısı qeyd edib ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Bəli, hərbi büdcənin artırılması birinci dərəcəli və prioritet məsələlərdəndir və bu baxımdan, hər il hərbi büdcənin, hərbi xərclərin artırılmasının şahidi olacağıq.
Digər önəmli məsələlərdən biri də sərhədlərimizin qorunması ilə bağlıdır. Belə ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla vaxtilə işğal altında olan şərti sərhədimizin uzunluğu 500 kilometrdən çoxdur. Bu şərti sərhədin də relyefi, coğrafiyası ağırdır, iqlim nöqteyi-nəzərindən çox çətin yerlərdə yerləşir və orada xidmət aparmaq o qədər də asan deyil. Bəzi xidmət yerlərimizin hündürlüyü 3 min metrdən çoxdur. Amma buna baxmayaraq, bizim sərhədboyu yerləşən hərbi mövqelərimiz möhkəmlənir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar. Ermənistan tərəfi kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Prezident çıxışında bildirib: “Bəzi hallarda açıq – necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır – bəzi hallarda isə məxfi formada. Ancaq biz indi hər şeyi bilməliyik və bilirik, kimlər nəyi Ermənistana nə vaxt ötürür, hansı hərbi yük təyyarələri Ermənistan hava limanlarına enir və o yük təyyarələrində hansı hərbi məhsullar Ermənistana daşınır. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır”.
Dövlət başçısı vurğulayıb ki, həmin dairələri erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və beləliklə, öz maraqlarını təmin etsin. Ancaq Prezidentin qətiyyətli və birmənal şəkildə söylədiyi kimi, həmin dairələr bilməlidirlər ki, biz buna imkan verməyəcəyik.
Yəni, əgər real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Bunu da hər kəs bilsin, qulağından sırğa etsin. Biz öz sözümüzü Aprel döyüşlərində, tarixi Günnüt əməliyyatında, 44 günlük Vətən müharibəsində, nəhayət, “Qisas” və antiterror əməliyyatlarında dedik, nəyə və nələrə qadir olduğumuzu bütün dünyaya nümayiş etdirdik. “Dəmir yumruq” yerindədir, qətiyyətimiz, iradəmiz də hər zamankı kimidir. Bizimlə diktə ilə, zorla, təhdidlə danışmaq qeyri-mümkündür. Azərbaycan qalib, suveren dövlətdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə də hələ çox qələbələrə nail olacağıq.