• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşad Musayev: Davamlı inkişaf, qüdrətli dövlət, böyük Zəfər... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-09-2024, 11:08

Rəşad Musayev: Davamlı inkişaf, qüdrətli dövlət, böyük Zəfər...


Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev - Prezident İlham Əliyevin yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı ehtiva etdiyi bir çox məqamları ilə əhəmiyyətlidir və mühüm məsələlərə vurğu salır. Sözügedən çıxış dövlətimizin hərbi gücünün artırılması, yerli hərbi sənaye kompleksinin yaradılması, informasiya təhlükəsizliyi, milli birlik amili, ailə, təhsil və milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi önəmli məsələləri əhatə edərək Azərbaycanın gələcək inkişafı üçün uğurlu bir yol xəritəsi cızır. Hər şeydən əvvəl, bu, qalib xalqın Liderinin çıxışı idi. Məğrur, qətiyyətli, nə etdiyini və istədiyini bilən güclü Lider obrazı necə olur - bir daha şahid olduq.

Bütün önəmli məqamları ilə yanaşı, dövlət başçısının çıxışında diqqətimi çəkən bir neçə məsələ oldu. İlk növbədə, çıxışının məntiqi, rəvan və əsaslı təhkiyəsi, düşüncələrini yalnız aydın və səlis formada deyil, həm də sözün müstəqim mənasında birbaşa ifadə etməyi təqdirəlayiqdir. Bu, özünə əminliyin ən gözəl ifadəsidir. Cənab İlham Əliyevin ibrətli və müdrik nitqi yalnız ermənilərin və onları təxribata təhrik edən havardarlarının mahiyyətini açmağa yönəlmədi, o həm də suveren, bütövləşən dövlətimizin bünövrəsini ideyaca hazırlayan siyasi-fəlsəfi proqram zəminində məramını bəyan etdi. Dövlət başçısı təşkilati-əməli fəaliyyətinin mənəvi-əxlaqi, nəzəri-ideoloji işinin nəticəsi olaraq hasilə gəldiyini bir daha sərgilədi.

İkinci amil, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəndirilməsi məsələsidir. Hələ 2021-ci ilin martın 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev belə bir fikir səsləndirmişdir: “Gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. O ölkələrdə ki, bu məsələyə fikir verilmir, o ölkələr vaxt keçdikcə böyük problemlərlə üzləşə bilərlər. Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır”.

Sonrakı görüş və çıxışlarında bu məqam dövlət başçısının prioritet saydığı əsas məsələyə çevrildi. Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də Prezident İlham Əliyev yenidən bu məsələni xüsusi vurğulamışdır: “Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”.

Qarabağ Universitetində tələbələrlə görüşdə, nəhayət sentyabrın 22-də keçirilmiş yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da cənab İlham Əliyev bu məsələdən yan keçmədi: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır”.

Prezident İlham Əliyevin parlamentdəki çıxışının hər tezisi üzərində ayrıca dayanıb fikirlər yürütmək mümkündür. Çünki bu çıxışda günün reallıqları ilə yanaşı, keçmişin hesabatı və gələcək perspektivlərimizin mühüm məqamları yer alır.

Sentyabr ayı daha çox Anım günü kimi xarakterizə olunurdu. Cənab İlham Əliyev bu ağrının üzərindən ötən il sentyabrın 21-də keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarının Zəfər məqamı ilə sığal çəkdi. 200 illik yara sağaldı, dövlət suverenliyimiz bərpa olundu. Bundan sonra biz sentyabrı yalnız Anım günü kimi deyil, həm də Dövlət Suverenliyi Günü kimi qeyd edəcəyik. Sentyabr ayına təsadüf edən növbədənkənar parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirildi. Bu isə dövlət başçısının qeyd etdiyi kimi, tarixi hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir.

Prezident İlham Əliyev doğru vurğuladı ki, biz Qələbəmizlə kifayətlənməməliyik. Ölkəmizin ərazi bütövlüyünün qorunması yönündə ardıcıl və davamlı çalışmalıyıq. Beynəlxalq mövqeləri möhkəmləndirməli, hərbi gücümüzü artırmalı, bununla da həm dünyada gedən proseslərə - yeni münaqişə, müharibə ocaqlarının yaradılmasına, Ermənistanda artan revanşist meyillərə qarşı duruş gətirməyi bacarmalıyıq: “Beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”. Cənab İlham Əliyevin səsləndirdiyi bu fikir bügünkü dünya siyasətinin iç üzünü iki cümlə ilə açmağa bəs edir. Bir az da Cavidanədir! Hüseyn Cavidin “Yaşamaq istəsən çalış, çabala, / Rədd olub gurla, bərq olub parla! / Yoqsa fəryadü nalə zaiddir, / Bir həqiqət bu: “əzməyən əzilir!” misralarını yada salır. Prezident İlham Əliyev bu gün Cavidin həm də digər misralarındakı fikrinin əyani yaşarığılına xidmət etməklə adını böyük hərflərlə tarixin yaddaşına həkk edir: “Turana qılıncdan daha kəskin ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”...

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, az müddətdə bu məkanı dirçəldən möhtəşəm tikililər, infrastruktur layihələri -tunellər, dəmir yolları, iki beynəlxalq hava limanı, salınan yeni məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərlə bağlı çəkilən yeni yol xəritəsinin ilk uğurlu trayektoriyası kimi önəmlidir. Yaxud inşa edilən tarixi abidələr, məscidlər, Zəfər muzeyləri, Zəfər parkları – dövlət başçısının daim diqqətdə saxladığı mədəniyyət konsepsiyasının mahiyyətinə adekvat şəkildə aparılmaqdadır. Qururuq ki, qoruya bilək. “Ölkə qarşısında böyük vəzifələr, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək məsələsi durur. Əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər” (İlham Əliyev). Bəli, qədim fikirdə deyildiyi kimi, qorumuruqsa, qurub yaratmağa dəyməz.

Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları ilə Prezident İlham Əliyev Azərbaycanın gücünü dünyanın gözü qarşısında kifayət qədər aydınlığı ilə sərgiləyə bildi. Məncə, ermənilər türkün Zəfər tarixində silinməz iz qoyacaq uğurla qazanılmış bu iki məqamı unutmamalıdırlar. Amma yalnız unutmamaqla kifayətlənməməli, yaddaşı əxlaqa da çevirməyi bacarmalıdırlar. Xəstə milli şüur və psixologiyalarını yenib bizim ən azı son dörd il ərzində yürütdüyümüz siyasət və mücadilə təcrübəmizin nəticələri üzərində düşünməlidirlər. Azacıq dərinliyə varsalar görərlər ki, onların Qərb himayədarlarına bəslədikləri böyük ümidlər (bəlkə də eyforiya) bu nəticələrin – milli-tarixi gerçəkliyimizin qarşısında nə qədər bəsit və mənasız görünür.

Oxunub: 10116
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-12-2023, 10:29

Rəşad Musayev: Müstəsna xidmətlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-09-2024, 10:14

“Bu, Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 10:55

Əhəd Musayev: Dünya əsil seçki necə olur gördü - Xalq qazandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-09-2024, 23:19

Cümşüd Musayev: Effektiv siyasət, xalqın dəstəyi... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 10:36

Rəşad Cəbrayılov: Azərbaycan xalqının davamlı inkişaf və rifahı qarşıdadır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə