• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlqar Məhərrəmov: Ordumuzun Zəfər yürüşü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

18-09-2024, 10:21

İlqar Məhərrəmov: Ordumuzun Zəfər yürüşü


"Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov - 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi, ölkəmiz öz suverenliyini tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Antiterror əməliyyatları ilə qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.

Bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Ordumuzun bölmələri qanunsuz erməni silahlı birləşmələrinə aid hərbi hədəfləri peşəkarlıqla darmadağın edərək mühüm əraziləri düşməndən təmizlədi. Erməni separatçıları silahı yerə qoyaraq, Vətən müharibəsində olduğu kimi, ağ bayraq qaldırdılar. Danışıqlar üçün başqa ölkələrə yox, bizim təyin etdiyimiz yerə, yəni Yevlaxa gəldilər.

Antiterror tədbirlərinin ağır relyef, düşmən tərəfindən uzun illər görülmüş böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu, qarşı tərəfin mövqelərinin təpələrdə, əlverişli yerlərdə olması şəraitində keçirilməsi, hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərməsi, Azərbaycan Silahlı Qüvvələrinin XXI əsr hərbi əməliyyatlar nümunəsini ortaya qoyması ilə nəticələndi. Buna səbəb Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsi, ən müasir standartlara cavab verən peşəkar ordunun formalaşması və onun qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək bacarığında olmasıdır.

Müdafiə sahəsinə ayrılan xüsusi diqqət və yüksək səviyyədə keçirilən təlimlər nəticəsində şanlı ordumuz 44 günlük müharibə zamanı bütün dünyaya öz peşəkarlığını göstərdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha təcrübəli və güclüdür, antiterror tədbirləri bunu bir daha sübut etdi. Düşmənin hakim yüksəkliklərdə olması, eyni zamanda, uzun illər böyük mühəndis qurğuları inşa etməsi antiterror tədbirlərinə çətinlik yaradırdı. Lakin təcrübəli əsgər və zabitlərimiz bunun öhdəsindən peşəkarcasına gəldilər.

Antiterror tədbirlərinin xarakteri mülki əhalinin və mülki obyektlərin hədəf götürülməməsi, yalnız hərbi hədəflərin sıradan çıxarılması və məhv edilməsi idi. Bu tədbirlər həm də ona görə çətinlik yaradırdı ki, erməni silahlı birləşmələri hərbi obyektləri mülki insanların arasında cəmləyirdi. Məqsəd dünyaya car çəkmək idi ki, Azərbaycan mülki əhalini hədəfə alır, amma niyyətləri baş tutmadı. Səs gücləndiricilərlə və başqa müxtəlif vasitələrlə mülki insanlar təhlükəsiz yerə yönəldildi, düşmən qüvvələrin hərbi obyektləri zərgər dəqiqliyi ilə peşəkarlıqla məhv edildi, nəticədə mülki əhali heç bir zərər görmədi.

Azərbaycanın şərtləri qəbul edildi, Ermənistan ordusunun qanunsuz məskunlaşmış hərbi birləşmələri silahları yerə qoyaraq tərk-silah olundu, ərazimizdən tamamilə çıxarıldı. Güclü beynəlxalq təzyiqlərə baxmayaraq Azərbaycanın öz prinsipial mövqeyindən çəkinmədi və bütün strateji hədəflərə çatdı. İkinci Qarabağ müharibəsindən sonra yaranmış reallıq, 2020-ci il 10 noyabr Bəyanatının şərtlərinin Ermənistan tərəfindən icra olunmaması vəziyyəti bu həddə gətirib çıxarmışdı. Bütün bunlarla yanaşı, sentyabrın 9-da Qarabağda qondarma “prezident” seçilməsi, status məsələsinin yenidən gündəmə gətirilməsi, Azərbaycana güc nümayiş etdirmək cəhdlərini Azərbaycan cavabsız qoya bilməzdi. Azərbaycanın bütün addımları legitimdir, hüquqi və ədalətlidir.

Oxunub: 10139
Paylaş:
Digər xəbərlər

---

17-09-2024, 10:34

Sevindik Hətəmov: Yeni zəfərlərə doğru! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-09-2023, 09:32

Lokal xarakterli antiterror tədbirləri uğurla davam edir - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-09-2024, 12:09

Ayaz Salehov: Azərbaycan xalqı şərəf dolu tarixi günlər yaşayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

21-09-2023, 16:00

Brüsseldən Yevlaxa: Separatçılığın Kürün sahilində DƏFNİ - ÖZLƏRİ QAŞINDILAR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-09-2023, 13:44

Müdafiə Nazirliyindən son dəqiqə AÇIQLAMASI: Razılıq əldə olunub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə