• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

4-09-2024, 13:23

Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC


“AzNar” QSC-nin sahibi Fərhad Əhmədov - Heç bir xalqın tarixini şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Şəxsiyyətlərin xalqın taleyindəki rolunu isə onların fərdi xüsusiyyətləri və öz üzərinə götürdükləri missiya müəyyən edir. Bəşəriyyətin tarixi təkamül prosesi sübut edir ki, xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bilavasitə bağlıdır. Ötən əsrin 80-ci illərinin sonunda etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa tapa biləcəyini inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı.
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını üzləşə biləcəyi təhlükədən və bəlalardan qorudu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə daha da genişləndi. Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti təkcə muxtar respublikanı məhv olmaqdan, məhrumiyyətlərdən və məşəqqətlərdən xilas etmədi, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin qazanılması istiqamətində ilk ciddi addımlarla tarixə düşdü, ölkəmizin gələcək inkişafının bir sıra konseptual istiqamətləri Heydər Əliyev tərəfindən məhz həmin dövrdə Naxçıvanda işlənib hazırlandı. Naxçıvana gəlməsindən 1 ay sonra, 21 avqust 1990-cı il tarixində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Afiyəddin Cəlilov Naxçıvan və Azərbaycan tarixindəki xidmətlərini nəzərə alaraq Heydər Əliyevə muxtar respublikanın vətəndaşı statusunu verdi. Bu status ona sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan yaratdı. 1990-cı ilin sentyabrın 30-da keçirilən seçkilərdə Heydər Əliyev “Demokratik Azərbaycan” bloku tərkibində 34 nömrəli Nehrəm seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Seçkilərdə ən yüksək nəticəni Heydər Əliyev göstərmişdi. Belə ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi. Yeni formalaşdırılan məclisin ilk sessiyası noyabrın 17-də həyata keçirildi. Bu sessiyada mühüm qərarlar qəbul olundu. Naxçıvan Ali Məclisinin Birinci sessiyasında deputat Heydər Əlirza oğlunun təklifi ilə Naxçıvan Ali Məclisi qərara aldı: • Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanlarından xahiş edir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının yeni dövlət rəmzləri – bayrağı, gerbi və himni qəbul olunsun. • Naxçıvan MSSR-in adı dəyişdirilərək Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikası adlandırılsın. • “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi qəbul edilsin. 20 yanvar Naxçıvan Muxtar Respublikasında “milli matəm günü” kimi qeyd edilsin. Bu qərarlardan sonra 1918-ci ildə qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının bayrağı rəsmi dövlət atributu kimi zala gətirildi. Birinci sessiya zamanı eyni zamanda Naxçıvan MSSR Ali Rəyasət Heyəti sədri vəzifəsi ləğv edildi. 1991-ci ilin avqustunda Moskvada baş vermiş “QKÇP” çevrilişi digər respublikalarda olduğu kimi, Naxçıvana da ciddi təsir etdi. Bu regionda əhalinin mütləq əksəriyyəti Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri kimi görmək istəyirdi. 60 min nəfərin Naxçıvanda həyata keçirdiyi mitinqdən sonra 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Bu sessiyada AXC deputatlarının dəstəklədiyi Heydər Əliyev respublika Ali Məclisinin sədri seçildi.
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Heydər Əliyev iqtidara gəldikdən dərhal sonra Naxçıvanda Azərbaycan kommunist partiyasının, eləcə də komsomolun fəaliyyətini dayandırdı, onların bütün strukturları ləğv edildi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq.
*************
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovdur.

“AzNar” QSC-nin sahibi Fərhad Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fərhad Əhmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “AzNar” QSC-nin sahibi Fərhad Əhmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Fərhad Əhmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“AzNar” 1982-ci ildə fəaliyyətə başlamış Göyçay Konserv Zavodunun nəzdində yaradılıb. Vaxtilə zavodun istehsalında nar şirələri üstünlük təşkil edib, köməkçi məhsullar kimi pomidor və xiyardan konserv və marinad məhsulları, müxtəlif meyvələrdən şirələr, kompotlar, cem və povidlolar istehsal edilib.

Eləcə də pomidor şirəsi o dövrün tələbatlı məhsullarından olub.

Haşiyə: “AzNar” OSC-dən verilən məlumatda deyilir: “QSC-nin yaranması 2006-cı ilin may ayına təsadüf edib. Rusiyada yaşayan azərbaycanlı tanınmış iş adamı, milyarder Fərhad Əhmədov zavodu öz şəxsi hesabı ilə aldıqdan sonra müəssisə tamamilə yenilənib. Avropa standartlarına cavab verən texnoloji avadanlıqlar quraşdırılıb. Əl əməyi demək olar ki, sıradan çıxıb.

Nar tumundan yağ alınması üçün Amerikadan avadanlıq da alınıb. Bu, Azərbaycan sənayesinin yeni məhsullarındandır.

QSC-də hazırda gündəlik istehsal edilən məhsullar bunlardır: nar şirəsi, alma, heyva, ağ üzüm, qara üzüm şirəsi və onlardan hazırlanan qarışıq şirələr.

Göyçayın atributu olan nar meyvəsindən şirə ilə yanaşı, qatılaşdırılmış şirə və bəzi yeməklərin qəbulunda əsas yer tutan narşərab da “AzNar”ın məhsuludur. Hazırda kompot istehsalı da bərpa edilib. Müəssisədə zoğal, yemişan, nar, heyva və qarışıq kompotlar istehsal olunur.


AZNAR istehsalı analoji istehsal müəssisələrindən prinsipial surətdə fərqlənir, çünki istehsal etdiyi məhsulların keyfiyyətinə şərtsiz prioritet verir. Biz nar şirəsinin fizioloji aktiv maddələrini, onun qidalı və orqanoleptik xüsusiyyətlərinin maksimum saxlanmasına, xammal seçimində sanitariya-gigiyena normalarına ciddi riayət edilməsinə çalışırıq.


AZNAR ZAVODUNUN MƏHSULLARININ YÜKSƏK KEYFIYYƏTINI TƏSDIQ EDƏN YALNIZ BIR NEÇƏ FAKTA NƏZƏR SALAQ:


Nar şirəsi istehsalı üçün istifadə olunan nar meyvələri müəssisənin bilavasitə yaxınlığında, Azərbaycan Respublikasının Göyçay rayonunun ekoloji cəhətdən sağlam və təmiz yerində yetişdirilir.
Şirənin hazırlanması üçün Azərbaycan seleksiyaçılarını yaratdıqları "Gülövşə", "Bala Mürsəl", "Nazikqabıq", "Şah nar", "Qırmızıqabıq" və s. kimi xüsusi nar növləri seçilir.
Bizim başlıca məqsədimiz şirənin istehsalında meyvənin qida dəyərini maksimum saxlamaq və onu istehlakçıya çatdırmaqdır.
zavod emala Göyçay xüsusi nar növlərinin yalnız bütöv, sağlam, zədəsiz meyvələrini qəbul edir, konveyerdə narlar əllə seçilir;
zavodun texnoloji avadanlığı Aisi 304 markalı paslanmayan poladdan, bilavasitə şirə ilə təmasda olan hissələri isə olan Aisi 316 markalı paslanmayan poladdan hazırlanmışdır;
şirənin sıxılması pnevmatik membranlı basqılarda mülayim rejimdə (dənələrə yumşaq təzyiq yolu ilə üçün) baş verir, digər müəssisələrdə isə sıxma şnekli basqılarla geniş yayılmış dənələrin üyüdülməsi üsulu ilə baş verir;
qapalı texnoloji sxeminin tətbiqi, xammalın hava ilə minimal kontaktı sayəsində oksidləşdirici proseslər istisna olunur;
pasterizə avadanlığının (100° C-ə qədər), o cümlədən məhsulu sterilizə edən (100° C-dən yuxarı) texnoloji avadanlıq əvəzinə tunel tipli pasterizə proseslərinin tətbiqi məhsula mülayim istilik təsiri göstərilir;
filtrasiyada havanın daxil olması üçün hər yerdə tətbiq olunan lövhəşəkilli və ya yuyucu süzgəclər əvəzinə ultrafiltrasiya qurğusu tətbiq olunur;
pasterizədən sonra təzə sıxılmış şirə 50 м3 (bir dəfəyə saxlamaq üçün 3750 tonluq) paslanmayan poladdan olan aseptik çənlərdə saxlanır, halbuki bütün digər analoji müəssisələrdə şirə müxtəlif konservantların tətbiqi ilə adi həcmlərdə saxlanılır.



İSTEHSALAT PROSESINƏ KOMPLEKS KIMYƏVI-TEXNIKI VƏ BAKTERIOLOJI NƏZARƏTI HƏYATA KEÇIRƏN ZAVOD LABORATORIYASI AZNAR ZAVODUNDA OLAN KEYFIYYƏT SISTEMININ MÜHÜM ELEMENTLƏRINDƏN BIRIDIR. ƏN MÜASIR AVADANLIQLA TƏCHIZ OLUNMUŞ LABORATORIYA ÜÇ ƏSAS ŞÖBƏLƏRINDƏN IBARƏTDIR:


Dequstasiya şöbəsi (məhsulun orqanoleptik göstəricilərinə nəzarət üçün);
Kimya şöbəsi (kimyəvi-analitik tədqiqat və nəzarət üçün);
Becərmə kamerası və termostat tənzimləyiciyə malik olan mikrobiologiya şöbəsi.
Zavodun laboratoriyası - bərabər tutulan prinsiplərə, MDB ölkələrində qüvvədə olan standartların, 2006-cı ildə respublika akkreditasiya sisteminin əsasında təyin edilən.
AZNAR zavodu aşağıdakı beynəlxalq sertifikatlara malikdir


Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC



Biz 100 % birbaşa sıxılmış təbii nar şirəsi istehsal edirik. Zavodumuz Azərbaycanda Göyçay şəhərində yerləşir. Zavodun yaxınlığında giləmeyvələrin şahı - nar becərilən bağlar var. Hər il 2000 hektar ərazidən ləzzəti və müalicəvi əhəmiyyəti ilə müqayisə olunmaz 2000 tondan çox məhsul toplayırıq.

Məhsullarımız təbii şərtlər altında istehlakçılarımız üçün maksimum təhlükəsiz istehsal olunur. Narların becərildiyi torpaq ağır metallar, pestisidlər, radionuklidlər və digər zərərli maddələrlə çirklənməyib. Bunu 2016-cı ildə AZNAR zavodunun nar şirəsinə Avropa sertifikatlaşdırma şirkəti Agreco (Almaniya) tərəfindən verilmiş ORGANIC (ОRQANİK) sertifikatı təsdiqləyir.

Bu sertifkatın etibarlılıq müddəti bir ildir. Növbəti ildə statusu təsdiq etmək üçün yenidən sertifikatlaşdırma aparılır, belə ki il ərzində kimyəvi vasitələrdən istifadə etmədən istehsal prosesini həyata keçirmək gələcəkdə onların istifadə edilməyəcəyinə zəmanət vermir. Sertifikatlaşdırmadan tamamilə bütün müəssisə - sahələr, anbarlar, ixrac-idxal təşkilatı keçirilir. Hər məhsul və hər istehsalçı ORGANIC sertifikatını ala bilməz – bu məqsədlə 2-4 il ərzində çoxlu səy göstərmək və bütün tələblərə cavab vermək lazımdır.
Nar şirəsi üçün sertifikat almaq prosesi bizə üç ilə başa gəldi. Bu zaman ərzində hər il torpaqda və yetişmiş narlarda pestisid və kimyəvi maddələrin olmadığını yoxlamaq üçün sertifikatlaşdırma orqanının mütəxəssisi gəlirdi. Alınmış nümunələr nəticələr üçün laboratoriyaya göndərilirdi.

AZNAR zavodunun nar şirələrindən əldə olunmuş laborator nəticələrə əsasən məhdud sayda məhsuluna sertifikat verilib. O vaxtdan bəri istehsal prosesində baş vermiş hər hansı bir dəyişiklik barəsində Agreco-nu xəbərdarlıq etmək öhdəliyimiz var. ORGANIC sertifikatı bizə qablaşdırmada Avropa İttifaqının orqanik simvolu – yaşıl fonda düzbucaqlının içərisində ulduzlardan ibarət yarpaq - istifadə etməyə və orqanik standartlar çərçivəsində yerli istehsalımız olan nar şirələrinin satışına imkan verir.


Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC


*******************

Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC
Azərbaycan tarixinin ən uğurlu qazancı - “AzNar” QSC

Oxunub: 10146
Paylaş:
Digər xəbərlər

---

3-09-2024, 10:32

Rauf müəllim: Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-12-2023, 23:49

Leyla Məmmədova: FENOMENAL ŞƏXSİYYƏT [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

23-11-2023, 10:34

Rəsul Quliyev: Tarixi missiya [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-10-2023, 15:14

Cümşüd Musayev: Xalqın xilaskarı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

4-10-2023, 10:25

Cabir Hüseynov: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Ramazan ayı başlayır - Təqvim açıqlandı
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Hadisə
Bugün, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bugün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bugün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bugün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dün, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
13-02-2026, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Son xəbərlər
  • Bugün, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • Bugün, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • Bugün, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • Bugün, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • Bugün, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • Bugün, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • Bugün, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • Bugün, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • Bugün, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • Bugün, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • Bugün, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • Bugün, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • Bugün, 10:32
    Paşinyanla Akopyan ayrıldı
  • Bugün, 10:19
    600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
  • Bugün, 09:39
    Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
  • Bugün, 09:34
    Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
  • Bugün, 09:29
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bugün, 09:19
    Qaradağlı faciəsindən 34 il ötür
  • Bugün, 09:11
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bugün, 09:00
    Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
  • Dün, 16:00
    Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
  • Dün, 15:30
    Xurma təhlükəlidir — Həkim açıqladı
  • Dün, 14:22
    Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
  • Dün, 14:01
    Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 13:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • Dün, 12:39
    Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
  • Dün, 12:16
    Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
  • Dün, 11:49
    Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
  • Dün, 11:43
    Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
  • Dün, 11:38
    Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
  • Dün, 11:29
    TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
  • Dün, 11:16
    İlham Əliyev Litva Prezidentini təbrik edib
  • Dün, 11:04
    Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
  • Dün, 10:46
    Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
  • Dün, 10:42
    Yol Polisi piyadalara müraciət edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə