Coca‑Cola Azərbaycana investisiya etməyə davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
20-08-2024, 10:53
1886-cı il mayın 8-də ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki Jacob's aptekində əczaçı Con Pemberton dünyanın ilk Coca‑Cola-sını təqdim etmişdir. Biz o tək məşhur içkidən tam içki şirkətinə çevrilmişik.
Hər gün 200-dən çox ölkə və bölgədə 2,1 milyard porsiya içkimiz istehlak olunur. Coca‑Cola şirkəti və onun 225-dən artıq qablaşdırma üzrə ortaq şirkətlərində çalışan 700 000-dən çox şəxs bütün dünyaya bu sərinlədici içkiləri çatdırmağa çalışır.
Zəngin tarix: Dünyanı təravətləndirir və fərq yaradırıq 135 ildən artıq müddətdə Coca‑Cola şirkəti bayramlar, xüsusi və gündəlik tədbirlər zamanı insanların həyatının bir hissəsi olub. Məşhur brendlərimiz və reklamlarımız, eləcə də dünyanın müxtəlif yerlərindəki təşəbbüslərimizdə Coca‑Cola şirkəti fərq yaratmaqla dünyanı təravətləndirmək istəyir.
Hər günü musiqi ilə unudulmaz anlara çevirəcək yay kampaniyası! Səs gücləndirici Bel çantası Apple Airpods Max Apple Watch Yeni iPhone 15 smartfonları Yayı əsl musiqi festivalına çevir!
Coca‑Cola Azərbaycana investisiya etməyə davam edir
Azərbaycanın İsmayıllı rayonunda “Azerbaijan Coca‑Cola Bottlers” (CCI Azərbaycan) şirkətinin ikinci ən müasir istehsal müəssisəsinin tikintisi ilə bağlı təməlqoyma mərasimi keçirilib
İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov fəxri qonaq, İsmayıllı şəhərinin icra hakimi cənab Nahid Bağırov isə hörmətli qonaq qismində İsmayıllıda CCI Azərbaycanın yeni istehsal müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Yeni istehsal müəssisəsi CCİ-ın Azərbaycanda ikinci istehsal müəssisəsi olacaq. Yeni müəssisə 15 hektar sahədə tikiləcək, illik istehsal gücü 165 milyon litr olacaq. Obyekt bütün yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verəcək və 100-ə yaxın Azərbaycan vətəndaşı üçün əlavə iş yeri yaradacaq. CCI Azərbaycan-ın baş direktoru Rəna Məmmədova bildirib ki, “CCİ-nin Azərbaycana yeni investisiyası ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin göstəricisidir. Bu, həm də ölkədə qeyri-neft sektorunun inkişafının göstəricisidir. Coca‑Cola-nın İsmayıllıda yeni istehsal zavodunun yaradılmasının rayonun sənaye potensialının artırılması, istehsal infrastrukturunun yaxşılaşdırılması, yerli istehsalın gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni texnologiyaların bölgələrə transferini asanlaşdıracağı gözlənilir”.
İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov CCİ-ın Azərbaycanda sosial-iqtisadi təsirini yüksək qiymətləndirərək qeyd edib ki, “Azərbaycanda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və inkişafı, daxili və xarici investisiyaların cəlb edilməsi, istehsal və ixrac imkanlarının artırılması bu sahədə mühüm yer tutur. dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin mühüm istiqamətləri: Ölkəyə investisiyaların cəlb edilməsi, idxalın əvəzlənməsi, ixracyönümlü istehsal sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Sağlam və şəffaf biznes mühiti Azərbaycana müasir texnologiya və biliklər gətirən birbaşa xarici investisiyaların həcmini artırır. Rəqabət qabiliyyətli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər regionlarda iqtisadi artımın təmin edilməsi, yeni müəssisələrin yaradılması və məşğulluğun təşviqi üçün imkanlar açır. Bu baxımdan İsmayıllı rayonunda daha bir iri müəssisənin təməlinin qoyulması rayonun sosial-iqtisadi inkişafına, investisiya mühitinin cəlbediciliyinin artırılmasına əlavə stimuldur. İsmayıllıda yeni müəssisə Türkiyənin “Anadolu Group” şirkətinə məxsus “Coca‑Cola İçecek” şirkətinin törəmə şirkəti olan “Azerbaijan Coca‑Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında 2021-ci il fevralın 1-də imzalanmış Anlaşma Memorandumu əsasında yaradılıb. Yeni istehsal müəssisəsi rayonun sənaye potensialının reallaşmasına, yerli istehsalın güclənməsinə, yeni texnologiyaların bölgələrə transferinə, sosial rifahın yaxşılaşmasına öz töhfəsini verəcək. Davamlı islahatlarla investorlar üçün yaradılmış əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar regionlarımızda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir”.
CCI Azərbaycan Azərbaycanda qabaqcıl və ən böyük xarici investorlardan biridir. Coca‑Cola Azərbaycan bazarına təxminən otuz il əvvəl daxil olub və o vaxtdan içki sənayesində əsas oyunçu olub. Hazırda Bakıda 6 xətt ilə işləyən bir fabriki var. 2007-ci ildə CCİ Azərbaycanda bütün qablaşdırma əməliyyatlarını tam şəkildə əldə edib və birbaşa olaraq 400-ə qədər insanı işlə təmin edir və dolayı yolla ölkə üzrə 5000-dən çox işə dəstək verir. Qeyd edək ki, “Azerbaijan Coca‑Cola Bottlers” MMC Türkiyənin Anadolu Qrupuna daxil olan “Coca‑Cola İçecek”in (CCI) törəmə şirkətidir.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədovadır.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Rəna Məmmədova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Rəna Məmmədova Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
“Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəna Məmmədovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəna Məmmədova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Rəna Məmmədova - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
“Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Rəna Məmmədova bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəna Məmmədova kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Rəna Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Rəna Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Vətənpərvər ziyalımız Rəna Məmmədova Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Rəna Məmmədovada məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “Azərbaycan "Coca-Cola Bottlers” şirkətinin Baş Direktoru Rəna Məmmədova olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Ona etibar edilən bütün işlərdə Rəna Məmmədova özünü doğruldub. Bizdə hörmətli Rəna Məmmədovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.