
Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “İlisu” İstirahət və Turizm Mərkəzinin rəhbəri Fərhad Həşimovdur.
“İlisu” İstirahət və Turizm Mərkəzinin rəhbəri Fərhad Həşimov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Fərhad Həşimov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Fərhad Həşimov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Fərhad Həşimov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Bu gün Azərbaycanda digər sahələrlə yanaşı, turizm sahəsi də sürətlə inkişaf edir. Ölkə rəhbərliyi bu sahənin inkişafına diqqət və qayğı göstərir. Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab olunur. Ölkəmiz artıq xarici turistlər üçün cəlbedici məkana çevrilir. Gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi ən vacib məsələlərdən biridir. “İlisu” Turizm və İstirahət Mərkəzi 2005-ci ildə İlisu kəndində 4 hektarlıq ərazidə inşa edilmişdir. İstirahət mərkəzi ilboyu turistlərin xidmətindədir. Burada istirahətçilər üçün hər cür şəraiti olan kottec tipli mənzillər vardır. “İlisu”ın ən mühüm və fərqli cəhəti burada müalicə əhəmiyyətli vannaların olmasıdır. İlisu kəndindən 6 kilometr aralıda yerləşən Hamamçay dərəsindən istirahət mərkəzinə asma kəmərlərlə bir çox xəstəliklərin əlacı, möcüzəvi termal bulaqların suyu gətirilmiş və radon vannaları qurulmuşdur.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()