• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elsun Xudaverdiyev: İndi yeni dövr başlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-07-2024, 12:16

Elsun Xudaverdiyev: İndi yeni dövr başlayır


DSMF-nin 1 saylı Qazax-Tovuz Regional Filialının direktoru,
Elsun Xudaverdiyev


2023-cü ilin sentyabrında rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. Ötən ilin 20 sentyabr tarixi yeni dövrün başlanğıcı oldu. Bu yeni dövrün ilk mühüm və qürurverici hadisəsi isə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən 7 fevral 2024-cü il tarixdə keçirilən növbədənkənar prezident seçkiləri oldu. Bu seçkilər 20 ilin hesabatı, verilən bütün vədlərin reallıqda öz əksini tapmasının təqdimatı oldu. Təbii ki, yeni dövrün öz hədəfləri olmalıdır. Dövlət başçısı İlham Əliyev növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu hədəfləri açıqladı. Bu mühüm çağırış diqqətə çatdırıldı ki, indi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.

Qarşıdakı dövrün hədəfləri sırasında bu mühüm məqam da xüsusi qeyd edildi ki, bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçməz, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin lokal antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət ölkəmizi dəstəklədi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, möhkəmlənən mövqeyi göz qabağındadır. Reallıq budur ki, tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə, xüsusilə xarici siyasətdə davamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrün reallıqlarında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin iyul ayı ərzində Azərbaycanın xarici siyasət uğurlarına diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlərin davamlılğı, dövlət başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə fəxri qonaq qismində iştirakı, tədbirlər çəçivəsində qarşı tərəflərin müraciətləri əsasında görüşlərin keçirilməsi, günümüzün aktual məsələləri ətrafında geniş fikir mübadiləsinin aparılması, Azərbaycanın, eyni zamanda, onun döyünən ürəyi, Qarabağın tacı Şuşanın diplomatik mərkəzə çevrilərək beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi və sair kimi biri-birindən mühüm hadisələr iyul ayında ölkə və dünya mətbuatında geniş müzakirə edilən mövzulardandır. Dövlət başçısı cari ilin hədəfləri sırasında beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edərkən Türk Dövlətləri Təşkilatı daxilində səylərimizin daha da artırılacağını bildirmişdi. İyul ayında Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təçkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi bunun təsdiqi oldu. Qeyri-rəsmi Zirvə görüşlərinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Həmin Zirvə görüşündə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin türk dünyasının birliyinə, regionda və dünyada əməkdaşlığa, sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin hər bir addımı, təşəbbüsü bu reallığın nümayişidir - Bizim ailəmiz Türk dünyasıdır.

Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli xarici siyasətinin göstəricilərindən biri kimi Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakını qeyd edə bilərik. İyulun 3-4 tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkədə səfərdə olan Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində keçirdiyi görüşlərin hər biri Azərbaycanın nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatı oldu. Astanada Rusiya Prezidenti ilə keçirilən görüş, Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanların yaranması, Çinlə imzalanan sazişlər bunun bariz nümunəsidir. Qeyd edək ki, Prezident İlham Əliyev ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə fəxri qonaq qismində dəvət olunurdu. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun, dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Əvvəldə də qeyd etdiyimiz kimi, 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının təsdiqidir.

Dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən ölkəmizin rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm imkanlar təqdim edir. Bu baxımdan Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirakı, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı xüsusi diqqətdə oldu. Dövlət başçısının Zirvə toplantısı çərçivəsində Oksfordda qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb və Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşləri oldu. Prezident İlham Əliyev “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışında Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, enerji sahəsində müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır. Onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir.

Ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarının yaranması üçün mövcud imkanlar yüksək dəyərləndirilir. Bu baxımdan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi əhəmiyyəti ilə diqqətdədir. Görüşdə, iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə əsas verir. Bu sırada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində "Birləşdik-2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin keçirilməsini də xüsusi qeyd etməliyik. Bu mühüm addım Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin təqdimatıdır.

Tarixi Zəfərimizdən sonra Azərbaycan daha qlobal xarici siyasət həyata keçirir, müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edir. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu reallıqların, eyni zamanda, ölkəmizin təşəbbüskarı və iştirakçısı olacağı əməkdaşlıq formatlarının təqdimatı olacaq. Bütün bunlar Azərbaycanın zəngin təcrübəyə, böyük potensiala, ən əsası onların uğurlara yol açmasını təmin edən düzgün və gələcəyə hesablanmış siyasətə malik olmasının göstəricisidir.

Oxunub: 10126
Paylaş:
Digər xəbərlər

---

25-03-2024, 11:23

Xalq böyük uğurlara imza atdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-02-2024, 12:35

Zərniyar Kərimova:Zəfər seçkiləri kimi tarixə yazılan bu siyasi kampaniya, eyni zamanda, cənab İlham Əliyevin son 20 ildə gördüyü işlərin, qazanılan uğurların təqdimatı oldu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-02-2024, 10:31

Ülviyyə Quliyeva: Əgər güclü Azərbaycan qurmasaydıq... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-04-2024, 09:27

Tarixi Zəfərimizin Qalib Lideri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

29-03-2024, 09:55

İndi yeni dövr başlayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə