
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənovdu.
ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tahir Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tahir Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
ATİAHİ Beyləqan rayon Komitəsinin sədri Tahir Həsənov - Azərbaycanın Zəfər savaşından sonra qlobal arenada dəyişən məsələlərdən biri də Türk dövlətləri arasında inteqrasiyanı gücləndirməkdir. Bu gün beynəlxalq geosiyasi nizamda Türk Dövlətləri Təşkilatı (TDT) xüsusi yerə və mövqeyə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan-Türkiyə qardaşlığının bu ittifaqın möhkəmlənməsində böyük rolu var. Birliyin siyasi ittifaqa çevrilməsinin əsasının məhz Azərbaycanda qurulması, Prezident İlham Əliyevin xarici siyasətə yönəlik mesajlarında TDT-yə xüsusi önəm verməsi bunun sübutudur.
Təşkilatın növbəti sammitinin Türk dünyasının mədəniyyət paytaxtında- Şuşada keçirilməsi ayrıca bir rəmzi xarakter daşıyırdı. Şuşa ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Ötən ilin oktyabrında Şuşada Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi Türk xalqları arasında əlaqələrin inkişafında yeni üfüqlər açıb və Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevrilib. Türkdilli ölkələrin zəngin tarixini nəzərə alaraq, regionda beynəlxalq əməkdaşlığın dərinləşdirilməsində üzv dövlətlər arasında körpü rolunu oynayan təşkilatın qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Türk torpaqlarına gözünü dikmiş güclərə göndərilmiş növbəti güclü mesaj oldu.
Prezident İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimində qətiyyətlə vurğulamışdı ki, bizim başqa ailəmiz yoxdur: “Bizim ailəmiz Türk dünyasıdır”.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimizin olduğunu bildirərək diqqətə çatdırmışdı ki, Bakının siyasəti Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. İyulun 6-da təşkilatın qeyri-rəsmi Zirvə sammitindəki çıxışında da Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır. Belə ki, Azərbaycan bugünlərdə təşkilatın katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Eyni zamanda, cari ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib və dövlət başçımız çıxışında bunu Türk ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.
Qarşıya qoyulan hədəflərə gedən yolda Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın ürəyində - Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü mühüm rol oynayacaq. Səmərəli inkişaf yolu keçmiş Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə də əhəmiyyəti artır. Bu, eyni zamanda, təşkilata üzv dövlətlərin və müşahidəçi dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, eləcə də iqtisadi potensialının genişləndirilməsinə xidmət edir.
Beləliklə, TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu. Bu tədbir Türk dünyasının Şuşadan dünyaya verdiyi barış və birlik mesajı idi.
Sammitin sonunda imzalanan Qarabağ Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi. Bundan başqa, sənəddə Türk xalqlarının qitə miqyasında töhfələri, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolun ən yüksək dəyəri vurğulandı. TDT-yə üzv ölkələrin liderləri ildə bir dəfə Dövlət Başçıları Şurasının qeyri-rəsmi görüşlərinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin təklifini alqışladılar. Bundan başqa, bəyannamənin Azərbaycan üçün strateji əhəmiyyəti həm ondan ibarətdir ki, sənəddə TDT-nin qeyri-rəsmi Zirvə görüşünün 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Şuşa şəhərində keçirilməsinin tarixi dəyəri vurğulanır.
Bununla yanaşı, Qarabağ Bəyannaməsi qurumun qlobal arenada güc mərkəzinə çevrilməsi prosesini sürətləndirəcək və bu istiqamətdə atılacaq addımlar daha da intensivləşəcək. Təşkilat üzvü olan dövlət başçılarının ortaq mövqe sərgiləmələri xüsusilə diqqət çəkdi. Bu ortaq mövqenin Qarabağ Bəyannaməsində öz əksini tapması isə Türk əsrinin yüksəlişinin rəsmi təsdiqi olan mühüm sənəd kimi tarixə düşdü. Qütblərə bölünmüş dünyamızda bir olmağımız nicatımızdır.