• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-07-2024, 10:51

XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır


“Şuşa şəhəri Azərbaycanın qəhrəmanlıq rəmzi, qeyrət qalasıdır. Uzun illər işğal altında qalsa da, düşmənlər tərəfindən talan edilsə də, təbii gözəlliyini, əzəmətini, milli kimliyini itirmədi. Xalqımızın isə bu şəhərə məhəbbəti ilbəil artdı. Çünki Şuşa inşa olunduğu vaxtdan ona göz dikən yadellilərə qarşı qətiyyətlə döyüşərək tariximizdə qəhrəmanlıq salnaməsi yazıb, ədəbiyyatımızın, musiqimizin inkişafına əsaslı töhfələr verib, Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Şuşanın azad edilməsi uğrunda aparılan döyüş, tətbiq olunan taktika, əsgər və zabitlərimizin rəşadəti qəhrəmanlıq tariximizdə yeni bir səhifə açdı və Ordumuzun gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərdi. Hazırda isə Vətənimizin bu gözəl məkanı digər işğaldan azad edilmiş ərazilərimiz kimi bərpa edilir, dirçəlir, hətta artıq öz sakinlərini belə qoynuna alır. Şuşalıları öz yurdunda görmək hər birimizi fərəhləndirir. Aparılan bütün tikinti-quruculuq prosesinə Şərqi Zəngəzuru və Qarabağı bizə yenidən qaytaran müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etməsi görülən işlərin sürətli və sistemli xarakterindən, keyfiyyətindən xəbər verir. Bu dəfə də Prezidentimiz Şuşada bir sıra obyektlərin - “İsa bulağı” istirahət kompleksinin, Aşağı Gövhər Ağa məscidinin, sutəmizləyici qurğular kompleksinin, Dövlət Xidmətləri Mərkəzinin, eləcə də Xankəndidə hotellərin açılışını etdi. Görürük ki, sakinlərin rahat və xoşbəxt yaşaması, oralara üz tutacaq yerli və xarici turistlərin mənalı istirahəti üçün dövlətimiz tərəfindən hər cür zəruri şərait yaradılır”.

Bu fikirləri Pressmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

“Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə evsahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkana çevrilir. Ölkəmizə gələn dost və qardaş ölkələrin rəhbərlərinin Şərqi Zəngəzura və Qarabağa səfərləri baş tutub, amma Şuşa sammiti işğaldan azad edilmiş ərazilərimizdə reallaşan ən böyük beynəlxalq səviyyəli tədbir kimi tarixə düşdü. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür”.

Qardaş ölkələri birləşdirən TDT artıq dünyada real güc mərkəzinə çevrilib, beynəlxalq siyasi proseslərə təsir imkanları isə günbəgün yüksəlir: “Təbii ki, bu prosesdə dövlətimizin başçısı cənab İlham Əliyevin xidmətləri danılmazdır. Onun milli maraqlara söykənən, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı prioritet təşkil edir, xüsusilə türk dünyasında əməkdaşlığın dərinləşməsinə, TDT-nin güclənməsinə böyük önəm verir. Yeri gəlmişkən, xatırladım ki, 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında İlham Əliyev cənablarının ideya və təşəbbüsü mühüm rol oynayıb. Eyni zamanda Prezidentimiz türkdilli dövlətlərin bir-birinə yaxınlaşmasına, təşkilatın fəaliyyətinin genişlənməsinə, nüfuzunun və sıralarının artmasına mühüm töhfələr verib. Bu, dövlətimizin başçısının diplomatik bacarığını və təcrübəsini, böyük təşkilatçılıq qabiliyyətini göstərir. Bundan başqa, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan ərazilərimizi azad etməklə türk birliyinə mühüm töhfə verdi və türkün gücünü bütün dünyaya nümayiş etdirdi. Təşkilatın 2021-ci ildə İstanbulda keçirilən VIII Zirvə Görüşündə Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının bu istiqamətdə fəaliyyətinə verilən ən ali qiymətdir”.

Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi: “Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir. Cənab İlham Əliyev TDT-nin cari büdcəsinin və strukturunun hədəflərin reallaşdırılması üçün yetərli olmadığı səbəbindən Azərbaycanın Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü səsləndirdi. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur. Təbii ki, indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üzv dövlətlərinin qarşısında duran vacib məqamlardandır və Azərbaycan bu istiqamətdə mühüm işlər görür. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü 5 milyon tona çatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycan tranzit xidmətlərini həyata keçirir, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub. Sözsüz ki, bütün bunlar Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.

Aydın Mirzəzadə açıqlamasında iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nə də toxunub. Vurğulayıb ki, Bəyannamə mühüm strateji əhəmiyyət daşımaqla üzv dövlətlər arasında tərəfdaşlığı möhkəmləndirəcək, daha iddialı məqsədlərə çatmaq üçün birgə səylərin artırılmasına və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq.

Aydın Mirzəzadə Türk dövlətlərinin həmkarlar ittifaqları səviyyəsində olan münasibətlərindən də bəhs edib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın həmkarlar ittifaqlarının rəhbərləri ötən ilin iyul ayında mədəniyyət paytaxtı Şuşa şəhərində toplaşaraq Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması ilə bağlı müqavilə imzaladılar. Həmin ilin sentyabrında Səmərqənd şəhərində Təşkilatımızı təsis etdik. Noyabrda isə Ankarada TDHİT-nin Qurultayı oldu. Əminliklə söyləmək olar ki, təşkilat ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı gücləndirir, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfələr verir. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışır, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdiririk”.

Oxunub: 1094
Paylaş:
Digər xəbərlər

Siyasət

25-09-2023, 15:04

Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-07-2024, 13:50

İlham Əliyev: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-11-2023, 09:20

Şuşanın işğaldan azad olunmasından 3 il ötür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

2-11-2023, 18:13

Nəsimi müəllim: Zəfər salnaməsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə