ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Zakir Quliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
2-07-2024, 09:32
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədir müavini Zakir Quliyev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Zakir Quliyevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Zakir Quliyev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Zakir Quliyev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Prezident bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. Ölkə xaricində vətənpərvər oğullarla bərabər ölkə daxilində də öz xeyriyyəçi əməlləri ilə sadə, aztəminatlı ailələri sevindirə bilmişlər, məhz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədir müavini Zakir Quliyev də bu insanlardandır. “Od öz kökü üstə bitər” deyirlər – bəli bu elədir. Araşdırmaçı jurnalist olaraq mən bunu təsdiq edirəm ki, Zakir Quliyev ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətləri mövcuddur.