Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi German Hospitalının Cərrah-Proktoloqu Dr. Janna Xudaverdiyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Dr. Janna Xudaverdiyeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Dr. Janna Xudaverdiyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
German Hospitalının Cərrah-Proktoloqu Dr. Janna Xudaverdiyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Janna Xudaverdiyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr. Janna Xudaverdiyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, German Hospitalının Cərrah-Proktoloqu Dr. Janna Xudaverdiyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İxtisas:
Cərrah Proktoloq
Təhsil:
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb.
2013-cü ildə Ə.Əliyev adına ADHTİ kurs keçib.
2015-ci ildə Stavropol Dövlət Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının koloproktologiya şöbəsində təkmilləşmə kursu keçib.
Təcrübə:
2005-2006-cı illərdə 2 saylı BŞKX –də həkim-interna vəzifəsində çalışıb.
2007-2008-ci illərdə “Avrasiya” klinikasında Ümumi Cərrah vəzifəsində fəaliyyət göstərib.
2008-2011-ci illərdə “HB” klinikasında Ümumi Cərrah vəzifəsində çalışıb.
2011-2012-ci illərdə "International Medical Centre-2"də Cərrah-Proktoloq vəzifəsində çalışıb.
2013-2014-cü illərdə “Loğman” klinikasında Cərrah-Proktoloq vəzifəsində çalışmışdır.
2014-2015-ci illərdə “BAKU Medical Center”də Cərrah-Proktoloq vəzifəsində işləyib.
2016-cı ildə (yanvar-iyul) “Health Baku Medical Center”də Cərrah-Proktoloq vəzifəsində çalışıb.
2016-cı ilin iyul ayından etibarən “German Hospital”da Cərrah-Proktoloq vəzifəsində çalışır.