• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin Ali Sovetin iclaslarını aparmaq tərzi əsl parlamentarizm məktəbi idi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-06-2023, 11:54

Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyevin Ali Sovetin iclaslarını aparmaq tərzi əsl parlamentarizm məktəbi idi”


“1991-ci ildə Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini bəyan etdi. Lakin bu müstəqilliyin qorunub-saxlanması növbəti iki il ərzində böyük sual altında idi. Həmin dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və şəxsi ambisiyalarını ümumxalq mənafeylərindən üstün tutmaları ciddi fəsadlara yol açmışdı. 1993-cü ilin may-iyun aylarında ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Müstəqilliyin itirilməsi, Azərbaycanın isə parçalanaraq dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi bütün reallığı ilə ölkənin başı üzərini almışdı. Buna görə, həmin vaxt Azərbaycan xalqı yeganə doğru olan qərarı verərək Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və o dövrkü iqtidar Ulu Öndəri Bakıya dəvət etməyə məcbur olmuşdu. Xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyev Bakıya gələrək, 1993-cü ilin 15 iyun tarixində yenə də xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən Ulu Öndər bu sözləri dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm.” Bundan sonra ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlament 24 iyun 1993-cü il tarixli iclasında Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi. Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Öz fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əldə olunan ən mühüm nailiyyətlərdən biri separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu: “Ulu Öndər Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi həmin dövrdə ilk növbədə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Nizami ordu yaradıldı. Ümummilli Lider Heydər Əliyevin xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlər kütləvi şəkildə Azərbaycana dönməyə başladılar. Ulu Öndərin bu müraciəti bütün ictimaiyyət tərəfindən dəstəkləndi, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Tezliklə Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər olundu. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması hallarına son qoyuldu. Bütün bu hadisələrin fonunda isə, Ulu Öndərimizin həmin vaxt Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi ən mühüm, müstəsna xidmətlərdən biri əlbəttə ki, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısının alınması oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı zaman separatçı qüvvələr ölkəni parçalamaq prosesinə artıq başlamışdılar. 1993-cü ilin 7 avqust tarixində cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu. Bu hadisələrdən heç bir il keçməmiş, 1994-cü ilin mayında artıq qarşısında hərbi gücün durduğunu hiss edən, uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu.”

Ümummilli Lider Heydər Əliyevin demokratik düşüncə və dəyərlərə hər zaman öz sadiqliyini nümayiş etdirdiyini vurğulayan A.Naxçıvanlı bildirib ki, Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən məhz bu yüksək amallar uğrunda gərgin və əhatəli fəaliyyətə başlamışdır: “Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışından dərhal sonra Azərbaycanda demokratik islahatlara start verildi. Bu vacib məsələyə münasibətini bildirən Ulu Öndər demişdir: “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. Hər zaman əməlləri sözlərini tamamlayan Ümummilli Lider tarixi baxımdan qısa müddət ərzində dövlətçiliyin əsaslarını qurdu, Konstitusiyamızın qəbul edilməsinə nail oldu, milli ideologiya və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsini yaradaraq xalqa təqdim etdi. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində zəruri islahatlar həyata keçirildi, bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Beləliklə, Ulu Öndər üzərinə götürdüyü xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gələrək, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Azərbaycanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmiş və onların həyata keçirilməsinə nail olmuşdur. Bütün bunlara görə də Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır”, – deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Oxunub: 10178
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

15-06-2023, 08:41

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 11:42

Tahir Məmmədov: Daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-06-2023, 13:57

Araz Bəndəliyev: Qurtuluşdan başlanan yol [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Hadisə
Bugün, 10:59
Azərbaycanda kafedə partlayış: Ölən var
Bugün, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
Son xəbərlər
  • Bugün, 11:30
    Prezident Küveyt Əmirini təbrik etdi
  • Bugün, 11:23
    Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
  • Bugün, 10:59
    Azərbaycanda kafedə partlayış: Ölən var
  • Bugün, 10:23
    Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
  • Bugün, 10:15
    Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
  • Bugün, 10:10
    Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
  • Bugün, 10:02
    “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
  • Bugün, 09:57
    Azərbaycan Türkiyəyə başsağlığı verdi
  • Bugün, 09:52
    “İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
  • Bugün, 09:39
    Leyla və Alena Əliyevalar Qubada - Fotolar
  • Bugün, 09:28
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Bugün, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə