Loğmed Klinikası müasir geniş profilli müalicə-diaqnostika müəssisəsi olub stasionar və poliklinika şöbələrindən ibarətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
6-06-2024, 13:09
Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Bu gün biz qarşıdan gələn 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.
Loğmed Klinikası müasir geniş profilli müalicə-diaqnostika müəssisəsi olub stasionar və poliklinika şöbələrindən ibarətdir.
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də "Loğmed" klinikasının Terapedi D.r Rəfayıl həkimdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Loğmed" klinikasının Terapedi D.r Rəfayıl həkimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Loğmed" klinikasının Terapedi D.r Rəfayıl həkim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
D.r Rəfayıl həkim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Loğmed" klinikasının Terapedi D.r Rəfayıl həkim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəfayıl həkimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəfayıl həkim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Loğmed" klinikasının Terapedi D.r Rəfayıl həkimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.