Bərxudar Bərxudarov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
3-06-2024, 09:13
Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarovdur.
Unutmaq olmaz ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Bərxudar Bərxudarovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Bərxudar Bərxudarovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Bərxudar Bərxudarovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Bərxudar Bərxudarov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bərxudar Bərxudarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bərxudar Bərxudarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov - “Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövr Zəfər səhifələrinin yazılması, Böyük Qayıdış Proqramının uğurlu icrası ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın 28 May-Müstəqillik Günündə Ağdam və Xocalı rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki keçən il Müstəqillik Günündə cənab İlham Əliyev Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Ağalılar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il Müstəqillik Günündə isə Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Bu günədək soydaşlarımızın qayıtdıqları Füzulu, Laçın, Şuşa şəhərlərinin sırasına Xocalı şəhəri də daxil oldu. Bu qayıdış, eyni zamanda, Ağalı, Talış, Zabux və Sus kəndlərində də reallığa çevrilib. Həm bu ünvanlara, həm də yenilərə köç davamlı şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev cari ilin, həmçinin qarşıdakı dövrün hədəflərini açıqlarkən bildirmişdir ki, bu il məcburi köçkünlərin qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. O sırada Sus kəndi nəzərdə tutulmuşdur. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin bərpasına artıq start verilib. Ümumilikdə Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarmaları əsas hədəflərdəndir.”
Cari il üçün nəzərdə tutulan qayıdış ünvvanlarından Şuşa, Xocalı şəhərləri və Sus kəndi reallaşıb: “Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bu müjdəni çatdırdı ki, sentyabr ayından Xankəndi şəhərinə də köç başlayır. Suverenliyimizin bərpasından, Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda ucaldılmasından çox qısa müddətdə belə böyük miqyasda işlərin görülməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Xalqımız 30 il bu günü səbirsizliklə gözlədi. 30 ildə bir gün də olsa ümidini itirməyən soydaşlarımız dövləyimizin qətiyyəyi, düşünülmüş siyasəti nəticəsində tarixi ədalətin Zəfər çalacağına əmin idi. Dövlət başçısı İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi kimi, hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik. Cənab İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq. Burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.”
Hər bir Zəfər yeni-yeni hədəfə doğru atılan mühüm addımdır: “Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olmaqla yanaşı, sülh müqaviləsinin imzalanmasıdır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla yeni səhifənin açılması üçün bu mühüm addımın atılması əsasdır. O da məlumdur ki, mayın 24-də işğaldan azad edilmiş Qazaxın 4 kəndində Azərbaycan Bayrağı ucaldıldı. Bu Zəfərə hər hansı vasitəçinin iştirakı olmadan nail olduq. Sülh müqaviləsinin imzalanmasının bir addımlığındayıq.”
Cənab İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir: Dövlət başçısı Xocalı sakinləri ilə görüşündə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına da diqqəti yönəldərək bildirdi ki, uzun illər bu məsələ müzakirə edildi. Hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçildi, layihə hazırlandı. Ancaq bu Memorial Kompleksin Xocalıda yaradılacağına əmin idim və belə də oldu. Bu il fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Bütün dünya erməni vəhşiliyini görəcək. Bunu hər kəs bilməlidir: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”