• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-04-2024, 17:14

Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

26 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Respublikasına rəsmi səfər edib. Dövlət başçısının Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək, geniş tərkibdə görüşləri, eyni zamanda, Berlin şəhərində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır.
Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi. Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir. Azərbaycan bu baxım¬dan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Ölkə Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haq¬da da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və tə¬bii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji po¬ten¬sialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”. Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq.”
Dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi. İkinci Qarabağ müharibəsi – Azərbaycanın ədalətli müharibəsi tarixi Zəfərlə başa çatdı. Dünyanın bəşəri dövlətləri haqqın, ədalətin təntənəsi kimi bu müharibəni də, qa¬zanılan bu Zə¬fə¬ri də dəstəklədi. Mətbuat konfransında cənab İlham Əliyev qalib dövlətin adın¬dan de¬di: “Azər¬baycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz su¬ve¬ren ərazi¬si¬nin böyük hissəsini işğaldan azad etmiş, keçən ilin sentyabr ayında isə su¬ve¬ren¬liyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, təqribən 7 milyard dollara yaxın vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq.”
Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını ünvanlayır. Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir.

Səlimağa Səlimli,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi

Oxunub: 10525
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-04-2024, 04:28

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

29-04-2024, 17:14

Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-04-2024, 17:13

Kansler Şolts Almaniyanın uzunmüddətli sülh sazişini dəstəkləməyə hazır olduğunu vurğulayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-02-2024, 15:42

Almaniya Kansleri İlham Əliyevi təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə