• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yeni mərhələnin əsası [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-04-2024, 10:15

Yeni mərhələnin əsası


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Quba Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Quba Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Nurlan Orucəliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Nurlan Orucəliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Quba Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nurlan Orucəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nurlan Orucəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Quba Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Quba Çiçi İƏD üzrə nümayəndəsi Nurlan Orucəliyev - Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən zirvə hadisələri ilə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunan nəticələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə mühüm uğurların - strateji nailiyyətlərin qazanılmasında öz ifadəsini tapır. Bunların sırasında Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz həmrəyliyini - milli mübarizə ruhunu əks etdirən qələbələri isə xüsusi vurğulamaq gərəkdir. Aprel döyüşləri də bu kontekstdə mühüm yer tutur.

Azərbaycan məkrli planları iflasa uğratdı

2016-cı ildə baş verən Aprel döyüşləri Azərbaycanın siyasi iradəsini - Ermənistanın işğalçı və bəzi güc mərkəzlərinin ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi.

Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq müstəvidə münaqişənin ədalətli həlli ilə bağlı mövqeləri neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi Ermənistanın və onun havadarlarının çirkin niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu bir daha göstərdi.

Siyasi mif darmadağın edildi

Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi də dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərməyə başladılar. Yəni Aprel döyüşlərinin nəticələri Ermənistanda “ideoloji əsasları” dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində də önəmli rol oynadı.

4 günlük müharibədən 4 il sonra...

Ən əsası, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.

Təsadüfi deyil ki, Aprel döyüşlərindən 4 il sonra – 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi: 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpası təmin olundu.

Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğalçılar torpaqlarımızı tərk etməsələr, Azərbaycan Ordusu onların başını əzəcək. Cənab İlham Əliyev sözünün imzası qədər dəyərli - keçərli olduğunu növbəti dəfə sübuta yetirdi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan üçün faktiki kapitulyasiya aktı oldu.

Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir. Yeni reallıqlar fonunda isə hazırda Cənubi Qafqazın geosiyasi gündəliyi ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə yeni əməkdaşlıq platformasının yaradılması.

Yeni reallıqlara əsaslanan mütərəqqi ideya və konstruktiv təşəbbüslərin gerçəkləşdirilməsi Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından asılıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, “bizim mövqeyimiz birmənalıdır, açıqdır”. Postmüharibə dönəmində Azərbaycan ilə Ermənistan məhz rəsmi Bakının beynəlxalq hüquq normalarına əsasən təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Başqa yol və “yol xəritəsi”, yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur.

Üçtərəfli Bəyanatdan üç il sonra...

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa etməklə bir sıra ilklərə imza atıb.
Yeni mərhələnin əsası

Məlumdur ki, postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyuldu. Daha sonra "domino effekti" ilə yayılan və təbii ki, kənardan idarə olunan mərkəzdanqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq bir çox ölkəni ağuşuna aldı, xalqlara ciddi zərər verdi - dövlətlərə zərbə vurdu. Bu geostrateji arealda separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk məkan da məhz Azərbaycan oldu. Şanlı Qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi müstəvidə - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Belə ki, Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını təmin etməyə nail oldu. Yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq olduq. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir.

Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur

Əlbəttə, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq separatizmi aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün görülən işlər həm Azərbaycan, həm də bütövlükdə region üçün yeni perspektivlər açır.

Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma qeyd etdiyimiz kimi, mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır.

Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində bu reallıqları yarada, uğura çata - strateji zirvələri fəth edə bilmişik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq.
Yeni mərhələnin əsası


Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, Prezident İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq.

Artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan istənilən təhdidin qarşısını almağa və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Yeni reallıqlardan narahat olan bir sıra qüvvələrin bu gün Azərbaycana və bütövlükdə regiona yönəlik provokasiya cəhdləri – konfrontasiya ssenariləri, sadəcə olaraq, iflasa məhkumdur.

Oxunub: 10101
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-09-2023, 14:24

Şəhid ailələri, qazilər daim Aran Məlikovun nəzərindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

11-10-2023, 09:00

Asif Həşimov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-10-2023, 09:46

Rəşadət Sadıqov qazilərə, şəhid ailələrinə xüsusi diqqət və hörmət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

20-09-2023, 13:14

Xəqani Əbdüləzimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

21-09-2023, 00:25

Xanlar Allahverdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə