• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Asif Məmişzadə: Ölkə başçımız İlham Əliyev ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-03-2024, 13:08

Asif Məmişzadə: Ölkə başçımız İlham Əliyev ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı


Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin direktoru Asif Məmişzadə - 2003-cü ildən bəri ötən 20 ildə Azərbaycanın keçdiyi yol keşməkeşli olsa da bu qısa, lakin əsrə bərabər dönəm qürur, şərəf tarixi adlandırılmağa layiqdir. Zaman baxımından göz qırpımı qədər ani olan 20 il ərzində Azərbaycanın və azərbaycanlıların milli-ictimai statusu, fundamental islahatlar və quruculuq işləri ilə ölkənin mənzərəsi, həyat səviyyəsi dəyişmiş, iki əsrin ağır yükündən xilas olunmuşdur. Məhz bu illərə möhürünü vurmuş hadisələr nəticəsində son 200 ildə əldə edilməsi mümkün olmayan, bəzən isə xəyal edilməsi belə çətin olan nailiyyətlər qazanılmışdır. Bu qazanılan nailiyyətlərin isə bir memarı, bir Lideri olmuşdur: cənab İlham Əliyev. Çiynində qanlı-qadalı Vətən müharibəsi, sinəsində şəhid ağrıları, azad edilmiş şəhərlərin, kəndlərin adlarını rahat, arxayınlıqla elan edə-edə, illərdən bəri donub-daşlaşmış milli ruhu, bütün Azərbaycanı silkələyib oyadan cənab İlham Əliyev.

14 fevral 2024-cü ildə həmin Müzəffər Ali Baş Komandan xalqın ona bir daha göstərdiyi etimadı yüksək dəyərləndirərək and içirdi. And içirdi ki, bundan sonra da xalqa ləyaqətlə xidmət edəcək, xalqın onun üzərinə qoyduğu vəzifəni şərəflə yerinə yetirəcəkdir.

Əslində bu andiçmə mərasimi həm də böyük bir tarixi dönəmin hesabatı idi. Hesabatın əsas tezislərində bir xətt daha çox vurğulanırdı: bütün mübarizənin kökündə milli-mənəvi dəyərlərə sədaqət, xalqa xidmət, azərbaycançılıq ideologiyasına sədaqət.

Cənab İlham Əliyev bildirdi ki, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə ulu öndər Heydər Əliyev kursuna sədaqət bu gün əldə edilmiş nailiyyətlərin əsasını təşkil etmiş, Azərbaycan bu müddətdə dünya birliyində öz layiqli yerini tutmuşdur.

Bu illər ərzində milli iqtisadiyyat uğurla inkişaf etmiş, bunun nəticəsi olaraq Azərbaycanın xarici amillərdən asılılığı tamamilə aradan qaldırılmışdır. Sosial sahə də uğurla inkişaf etmiş, pensiya və əmək haqları artmış, çoxlu sayda iş yerləri açılmışdır. Ölkədə investisiyalar üçün əlverişli mühit yaradılıb, investisiyaların əksəriyyəti daxili vəsaitlərdir. Biznes mühitinin yaxşılaşdırılması üçün islahatlar davam etdirilir, inhisarçılığa qarşı tədbirlər görülmüş və görülməkdədir.

44 günlük Vətən müharibəsində qazanılan qələbəni Azərbaycan xalqının əyilməz ruhunun təcəssümü kimi xarakterizə edən cənab Prezident bu qələbənin xalqın yumruq kimi birləşməsinin, Azərbaycanın igid oğullarının Vətən uğrunda ölümün gözünə dik baxmağın simvolu adlandırmışdır.

Ölkə başçısı qeyd etmişdir ki, bundan sonra yeni dövrə qədəm qoyan Azərbaycan yeni çağırışlar və yeni hədəflər qarşısındadır. Bu hədəflər ilk növbədə vətəndaş cəmiyyətinin inkişafı, xarici təhdidlərə qarşı mübarizə, ordunun gücləndirilməsi, iqtisadiyyatın inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, yaxın illərdə 140 min nəfər məcburi köçkünün doğma yurd-yuvalarına qaytarılmasıdır.

Cənab Prezident qeyd etdi ki, Ermənistanda qisas arzusunda olan revanşist qüvvələr hələ də qalmaqdadır. Ona görə də Azərbaycan bundan sonra da ordusunu gücləndirməyə davam edəcək və istənilən vaxt potensial təcavüzkarın "ağlını başına gətirməyə" hazırdır.

Xarici təhdidlərə qarşı mübarizə üçün ilk növbədə xalqın sarsılmaz birliyinin vacib olduğunu qeyd edən cənab İlham Əliyev böyüməkdə olan nəsli vətənpərvərlik və milli dəyərlər ruhunda yetişdirməyə çağırdı.

Vətəndaş cəmiyyətinin formalaşdırılması üzrə addımlar atmağa çağıran cənab Prezident qeyd etdi ki cəmiyyətin birliyi böyük əhəmiyyət kəsb edir: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var.”
Beləliklə, Azərbaycan üçün yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Oxunub: 10137
Paylaş:
Digər xəbərlər

---

15-02-2024, 10:25

Müzəffər Qasımov: Əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-08-2023, 10:19

Asif Abbasov: Qarşıya qoyulan hədəflərə doğru [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-02-2024, 15:22

Cəmiyyətimizin aparıcı qüvvəsi… [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-12-2023, 10:36

Daxil Kərimov: Dünya Lideri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-05-2023, 14:54

Emin müəllim: Ən əlamətdar günlərdən biri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Hadisə
Bugün, 10:59
Azərbaycanda kafedə partlayış: Ölən var
Bugün, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
Son xəbərlər
  • Bugün, 11:30
    Prezident Küveyt Əmirini təbrik etdi
  • Bugün, 11:23
    Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
  • Bugün, 10:59
    Azərbaycanda kafedə partlayış: Ölən var
  • Bugün, 10:23
    Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
  • Bugün, 10:15
    Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
  • Bugün, 10:10
    Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
  • Bugün, 10:02
    “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
  • Bugün, 09:57
    Azərbaycan Türkiyəyə başsağlığı verdi
  • Bugün, 09:52
    “İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
  • Bugün, 09:39
    Leyla və Alena Əliyevalar Qubada - Fotolar
  • Bugün, 09:28
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Bugün, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə