• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bugünkü uğurlarımızın əsası [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

12-03-2024, 10:35

Bugünkü uğurlarımızın əsası


Azərbaycan xalqı çoxəsirlik tarixinin ən sevincli və qürurlu günlərini yaşayır. Qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edərək, Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevə dərin minnətdarlıq hissi ilə və yüksək inamla yeni dövrün, yüksək tərəqqi və zəfərlər dövrünün başlanğıcına qədəm qoyub.

Məhz bu tərəqqi və zəfərlər dövrü 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində bütün vətənsevər insanların son 20 illik fəaliyyəti dövründə xalqın yüksək inamını və rəğbətini qazanmış, Azərbaycanı möhtəşəm zirvələrə çatdıran, vədinə sadiq-Qalib Lider cənab İlham Əliyevə səs verərək daha xoşbəxt gələcəyə təminat alması ilə başlandı.

Prezidentimizin son 20 illik fəaliyyəti dövrü ölkədə uğurlar, nailiyyətlər və qalibiyyətlər dövrü kimi səciyyələnir. Azərbaycanı regionda və dünyada söz sahibi edən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb, ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib, düşmən üzərində zəfər çalaraq qalib ölkəyə çevrilib.

2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyev ötən 20 il ərzində Azərbaycan xalqının böyük xalq olduğunu, öz taleyini özü həll etdiyini, ölkə qarşısında duran problemləri özü heç kimin köməyi olmadan əsaslı şəkildə həll etdiyini bütün dünyaya sübut etdi. Heç şübhəsiz ki, cənab İlham Əliyevin xalqa verdiyi vədlər arasında ilk növbədə ölkəmizin ərazi bütövlüyünün təmin olunması dayanırdı. “Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik” deyən Müzəffər Ali Baş Komandan vədinə sadiq qalaraq 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 günə erməni separatçılarından təmizlədi. Onun atdığı hər bir addım özündən sonrakı mühüm strateji vəzifələri icra etmək üçün atılmaqla, 2016-cı ildə və ondan sonrakı mərhələlərdə əldə etdiyimiz qalibiyyətlər bir-birini tamamlamaqla vahid qələbəmizə gətirib çıxardı. Azərbaycan xalqının 100 illik arzusu reallaşdı, “Dağlıq Qarabağ” adlı problem ölkəmizin tarixindən silindi. Ona görə də, ölkə Prezidenti qeyd etdi ki, onun Xankəndidə səs verərkən qutuya atdığı bülleten sadəcə bülleten deyildi, erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi.

Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi tam reallığa çevrilib.

Bəli dövlət baş­çısının öz xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə böyük həssaslıqla yanaşması "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin əməli surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!

Bu seçkidə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canın qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Bu, xalqın ümummillı etimadı, ölkə vətəndaşlarının birmənalı ictimai rəyi idi. Prezident seçkisi xalq-hakimiyyət birliyinin, cəmiyyətimizdə getdikcə inkişaf edən siyasi mədəniyyətin, qədirbilən xalqımızın malik olduğu ali keyfiyyətlərin təntənəsi oldu. Azərbaycan xalqı bu seçkilərdə bir qərinəlik işğaldan sonra torpaqlarımızı yağı düşməndən azad edən, Müstəqil Azərbaycanımızın suverenliyini, ərazi bütövlüyü təmin edən, müharibədən çıxmış ölkəmizi sarsımağa qoymayan, respublikamızı müstəqil dövlət olaraq mətin addımlarla irəliyə aparan, gücünü-qüdrətini artıran Liderinə səs verdi.

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin apa­rılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək.

Beləliklə xalqımızın 7 fevral 2024-cü il tarixdə tam demokatik, şəffaf şəraitdə keçən prezident seçkisində ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə cənab İlham Əliyevi 92,12 faiz səslə bu şərəfli vəzifəyə seçməsi, Azərbaycan xalqının öz Qalib Liderinə olan etimadının bariz nümunəsi oldu. Bununla da xalq artıq görünməkdə olan daha xoşbəxt gələcəyunə səs verdi. Əminliklə deyə bilərik ki, Prezident-Xalq birliyinin gücü ilə bütün vətəndaşlarımız günbə gün bu reallığın şahidi olacaqlar.

Fevralın 13-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə seçkilərin nəticələrinin təsdiq olunması, bir gün sonra fevralın 14-də isə Qalib Xalqın Qalib Lideri cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq” deyərək söylədiyi fikirlər, xalqa verdiyi vədlər, ordu və hərbi sənaye quruculuğunu, iqtisadi inkişafı və ən müasir innovativ texnologiyaların tətbiqi ilə vətəndaşların sosial rifahının təmin olunmasını yeni dövrün səciyyəvi istiqamətləri və prioritetləri kimi müəyyənləşdirərək növbəti yeddi il üçün əsas üç məsələni, güclü iqtisadiyyat, güclü ordu və güclü xarici siyasəti hədəf seçməsi deməyə əsas verir ki, başlanan yeni dövrdə Azərbaycanı yüksək tərəqqi, xalqımızı isə yeni-yeni zəfərlər gözləyir.

Orxan Pənahov Zahid oğlu,
Tovuz rayon Qaraxanlı kənd Bələdiyyəsinin sədri

Oxunub: 10133
Paylaş:
Digər xəbərlər

---

15-02-2024, 11:51

Nurəngiz Bəşirova: Tərəqqi və zəfərlər dövrünün başlanğıcı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-02-2024, 10:32

Zərnişan Mustafayeva: Yeni dövrə qalib Prezidentlə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-02-2024, 10:34

Vüsalə Salahova: Xalq daha xoşbəxt gələcəyə səs verdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-02-2024, 10:44

Mustafa Əfəndiyev: Öz Lideri ətrafında “dəmir yumruq” kimi birləşən xalq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 14:54

Elvin Paşayev: Xalq növbəti dəfə İlham Əliyevlə davam əzmini və istəyini nümayiş etdirdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə