• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İnam və etimadın nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

4-03-2024, 10:58

İnam və etimadın nümunəsi


“Təhsil millətin gələcəyidir!”
— Heydər Əliyev


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Qoşqar Yaqubov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Qoşqar Yaqubovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Qoşqar Yaqubov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Qoşqar Yaqubov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Qoşqar Yaqubov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qoşqar Yaqubovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qoşqar Yaqubov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Qoşqar Yaqubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qoşqar Yaqubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qoşqar Yaqubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Qoşqar Yaqubov - Azərbaycan tarixi Zəfərimizdən sonra yeni dövrə qədəm qoydu. Şanlı Qələbəmizin yaratdığı yeni reallıqlar Yeni Azərbaycan Partiyasının da həyatında yeniliklərə yol açdı. Belə ki, bu reallıqlar partiyanın VII qurultayının keçirilməsini bir zərurətə çevirdi.

Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII qurultayındakı proqram xarakterli çıxışında bu mühüm məqamı belə xarakterizə etmişdir: “Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi… İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.”

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılması, bundan 7 ay sonra partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bugünkü reallıqlarımızın başlanğıcı oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. Cənab İlham Əliyev sözügedən çıxışında bu çağırışı etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil nəyin bahasına müstəqilliyi qoruyub saxladığımızı, kimə borclu olduğumuzu bilməlidir. Əgər Ulu Öndər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illərdə yaratdığı möhkəm təməl sonrakı illərdə ölkəmizin daha möhtəşəm uğurlar qazanmasını şərtləndirdi. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi.

Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycanın müstəqiliyinin bərpasından ötən dövrü əsaslı şəkildə təhlil edən cənab İlham Əliyev bildirdi ki, milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. Prezident İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun.

Reallıq budur ki, Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi mühitin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.

Bir daha qeyd edilmişdir ki, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP, nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar əsasında VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi yeni qərarlar bundan sonrakı inkişafının əsasıdır. Partiya “Yeni müstəqil Azərbaycan uğrunda” devizi əsasında təsdiq olunan Proqramında əksini tapan bütün hədəflərin gerçəkləşməsinə nail oldu. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin daimiliyi təmin edildi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atıldı və Azərbaycan demokratik ölkə kimi nüfuz qazandı, davamlı iqtisadi inkişafın möhkəm təməli yaradıldı, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü Ordu formalaşdı, ölkəmiz beynəlxalq təcriddən xilas oldu. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin bu illər ərzində gördüyü işlərin əsasında torpaqlarımızın işğaldan azad edilməsi amalı dayandı ki, buna da nail olduq. Bu gün Azərbaycan yalnız tarixi Zəfəri ilə deyil, onun yaratdığı reallıqların həyata keçirilməsi ilə qürur duyur. Üç ildən çoxdur ki, işğaldan azad edilmiş torpaqlarımız quruculuq mərhələsini yaşayır. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin sonunda təsdiqlənən, “Biz birlikdə güclüyük!” devizini özündə ehtiva edən yeni Proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əkini tapıb. Yeni Proqram 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarətdir. Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etmişdir ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Son üç ilin reallıqları hər birimizi daha da qürurlandırır. Dövlətimizin tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Ölkəmizin həyatında yeni dövr başladı. Bu dövr, eyni zamanda, növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevrildi. 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin qələbəsi Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi bu inamı və etimadı yada salmağa çağırış oldu: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Oxunub: 10148
Paylaş:
Digər xəbərlər

---

3-03-2024, 10:58

Vahid müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

1-03-2024, 13:56

Yeni inkişaf mərhələsinin başlanğıcı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-02-2024, 13:47

Bir yumruq kimi səfərbər olmuş Xalqımız [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

24-08-2023, 11:35

Kəbirə xanım Məmmədova sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə