• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əsəd Qurbanov: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:33

Əsəd Qurbanov: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət


Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Əsəd Qurbanov - Xocalı faciəsindən artıq bizi 32 illik zaman ayırır. O faciə əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. 32 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalıda insanlığa, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bütün Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz son dərəcə qəddarlığı və qeyri-insani üsulları ilə bəşər tarixinə inanılmaz vəhşilik aktı kimi daxil olmuşdur. Bu soyqırım həm də bütün bəşəriyyətə qarşı tarixi cinayətdir”. Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Otuz iki il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır. Erməni vandallarının otuz iki il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlara qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.
Əsəd Qurbanov: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda bildirilir ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu”.
Xocalı soyqırımı törədildiyi dövrdə hakimiyyətdə olan qüvvələr nəinki bu dəhşətli hadisə haqqında beynəlxalq aləmə məlumat vermirdi, əksinə respublika ictimaiyyətindən belə əsl həqiqətləri gizlətməyə çalışırdı.
Əvvəlki hakimiyyət mənsublarından fərqli olaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra Xocalı faciəsinə Milli Məclis səviyyəsində hüquqi-siyasi qiymət verilməsinə nail oldu və ermənilər tərəfindən törədilmiş insanlıq əleyhinə cinayət aktı “Xocalı soyqırımı” kimi rəsmiləşdirildi. Ulu Öndərimiz, daha sonra isə Prezident İlham Əliyev keçirdiyi bütün rəsmi görüşlər və iştrak etdikləri hər bir beynəlxalq səviyyəli tədbirlərdə Xocalı soyqırımı haqqında görüş və tədbir iştirakçılarına ətraflı məlumat verməklə dünya miqyasında bu müdhiş hadisənin tanıdılmasına xüsusi diqqət yetirdi. Respublikamızın diplomatik korpusu, diaspora təşkilatları Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması işinə cəlb edildi. Xocalı soyqırımının beynalxalq səviyyədə tanıdılması işində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan ardıcıl və silsilə tədbirlərin müstəsna rolu olduğunu xüsusi qeyd etmək lazımdır. Aparılmış məqsədyönlü siyasət sayəsində dünyanın doqquz dövlətinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı soyqırımına həsr olunmuş xüsusi qətnamələr qəbul etmiş, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanımışdır. Bu gün də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılmaqdadır.
Bu gün qürur duyuruq ki, faciənin 32-ci ildönümü əvvəlki illərdən fərqlidir, ona görə ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilib. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Xocalıda. Prezident İlham Əliyevin dediyi kimi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Uğurla başa çatan antiterror əməliyyatından sonra Ağdərə, Xocavənd, Əsgəran, Xankəndi və nəhayət, uzun illər gözüyaşlı, ürəyi dağlı qalmış Xocalı erməni işğalçılarından azad edildi.
Bu gün Azərbaycan xalqı həyatının ən gözəl günlərini yaşayır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılır. Şəhərlər, qəsəbələr, kəndlər salınır, keçmiş qaçqınlar üçün müasir tipli evlər tikilir. İşğaldan azad olunmuş başqa ərazilərimiz kimi, Xocalıda da çox böyük təmir və bərpa işləri aparılır. Yaxın zamanlarda sakinlər böyük sevinclə 1992-ci ilin fevralında qan içində qoyub gəldikləri Xocalıya alnıaçıq, üzüağ qayıdacaqlar.
Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyir, bütün qazilərimizin tezliklə sağalmasını arzulayırıq.

Oxunub: 10115
Paylaş:
Digər xəbərlər

---

26-02-2024, 10:29

Cəsarət Qasımov: Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:36

Qəhrəman müəllim: Xocalı faciəsi qurbanlarının qisası alındı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:32

Arif Cavadov: “Xocalıya ədalət”i Xocalıda bərpa etdik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:29

Səyyaf Tağıyev: Xocalı şəhidlərinin qanı yerdə qalmadı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-02-2024, 12:42

Ombudsman Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Bugün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Bugün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Bugün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Dün, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
Dün, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
Dün, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Bugün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Bugün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Bugün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Bugün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Bugün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Bugün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Bugün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Bugün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Bugün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Bugün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Bugün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Bugün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Bugün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Bugün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Bugün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Bugün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Bugün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Bugün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Bugün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • Dün, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • Dün, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • Dün, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • Dün, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • Dün, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • Dün, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • Dün, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Dün, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • Dün, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • Dün, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • Dün, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • Dün, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • Dün, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • Dün, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • Dün, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • Dün, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə