• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rəşadət Sadıqov: Xalqımızın qalib, yenilməz, məğrur Lideri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

23-02-2024, 13:48

Rəşadət Sadıqov: Xalqımızın qalib, yenilməz, məğrur Lideri


Bakı Şəhəri 9 saylı Notariat Ofisinin Xüsusi notariusu Rəşadət Sadıqov - 1992-ci ildə baş vermiş Xocalı qırğınını təkcə Azərbaycan xalqına qarşı yönəlmiş cinayət əməli kimi qiymətləndirmək düzgün olmaz. Bu, bəşəriyyətin tarixində törədilmiş və bütün insanlığa qarşı yönəlmiş ən ağır və qanlı cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Beləliklə, Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Rəşadət Sadıqov: Xalqımızın qalib, yenilməz, məğrur Lideri

Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü iş aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Lakin bütün bu tədbirlərlə yanaşı, Azərbaycan təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını 2020-ci ildə döyüş meydanında düşməndən aldı. Həmin ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı II Qarabağ müharibəsini tarixi Zəfərlə başa vuraraq Vətən torpaqlarını azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı. Bu gün isə, əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir. Heç bir şübhə yoxdur ki, bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçılarını da gözləyir.

“Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.” Bu fikirləri dövlət başçısı İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirdi.

7 fevral prezident seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoydu. Artıq bu seçkilər müasir tariximizə Zəfər seçkiləri kimi yazıldı. Bütün ölkə ərazisini əhatə edən seçkilərə xalqımızın qalib, yenilməz, məğrur xalq olaraq qatılması hər birimizi qürurlandırdı. 30 ildən sonra soydaşlarımız öz doğma yurd-yuvalarında prezident seçkilərində iştirak etdilər. Bu seçkilərin digər qürurverici məqamı dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri oldu. Prezident İlham Əliyev andiçmə mərasimində bu mühüm addımı belə səciyyələndirdi ki, 7 fevral prezident seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirildi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Həmçinin Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Otuz il tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Rəşadət Sadıqov: Xalqımızın qalib, yenilməz, məğrur Lideri

Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir.

Keçilən yolun təhlili bir daha təsdiqləyir ki, Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətində oldu. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım da belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırılacağını bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirir. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı.

Prezident İlham Əliyev çıxışlarında bu məqama da diqqət yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Ermənistan yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif yollara əl atdı, hərbi təxribatlar törətməklə vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bir günlük lokal antiterror tədbirlərini qaçılmaz edən məqamlara yönəltdi. “Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları, həm qanunları, həm də separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. Ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi. Hər bir addım əvvəlki addımın məntiqi davamı idi.

Rəşadətli Ordumuz ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı, dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Bunlar Azərbaycan tarixinin möhtəşəm uğur səhifələridir. Bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşdu. Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Son 20 ildə Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə oldu. Bu illər ərzində ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu statistik rəqəm Azərbaycanda həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın təsdiqidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir.

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Oxunub: 10156
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-10-2023, 09:46

Rəşadət Sadıqov qazilərə, şəhid ailələrinə xüsusi diqqət və hörmət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-02-2024, 12:42

Ombudsman Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

20-11-2023, 11:28

200-dək Xocalı qurbanı Əsgəran qalası ətrafında basdırılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət / Video

20-11-2023, 10:47

Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət / Video

20-11-2023, 10:47

Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə