• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Daşqın İbrahimov: Tariximizdə yeni mərhələ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

13-02-2024, 10:28

Daşqın İbrahimov: Tariximizdə yeni mərhələ


Sabirabad RİHB-nın Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Daşqın İbrahimov - Prezident İlham Əliyev and içmə mərasimindəki çıxışında ilk dəfə Prezident seçildiyi dövrdən Azərbaycanın dövlətinin siyasi, iqtisadi, hərbi sahələrdə əldə edilmiş böyük uğurları, daxili və xarici siyasətdə qarşıya qoyulan hədəflərin tam yerinə yetirilməsi, eləcə də növbəti prezidentliyi dövründə dövlətimizin daha da güclənməsi istiqamətində qarşıda duran yeni hədəflər barədə fikirlərini, Azərbaycan dövlətinin gələcək illərdə dünyada söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcəyinə çalışacağını bildirdi. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edəcəyini, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün çalışacağını vurğulamışdır. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Prezident İlham Əliyev əgər Ermənistan Azərbaycan torpaqlarını öz xoşları ilə tərk etməsə, münaqişənin yeganə həll yolunun müharibə olacağını dəfələrlə vurğulamışdır. Ölkə başçımız Azərbaycanda güclü ordu quruculuğuna xüsusi diqqət ayırırdı. Güclü ordu quruculuğu üçün möhkəm, dayanıqlı iqtisadiyyatın olmasının vacibliyini vurğulayan cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatını gücləndirdi. Qısa müddət, cəmi 20 ilə Ali Baş Komandan Azərbaycan Ordusunu dünyanın ən güclü ordular sırasına yüksəltdi. Azərbaycan Ordusu 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda güclü istehkamlar qurmuş Ermənistan ordusunu cəmi 44 günə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı hərbi sənayenin yaradılmasına və inkişaf etdirilməsinə də xüsusi önəm verərək Azərbaycanda güclü hərbi sənaye kompleksi yaratdı. Vətən Müharibəsində Azərbaycan Ordusu xarici dövlətlərdən alınmış ən müasir silahlarla yanaşı öz hərbi sənayemizin istehsal etdiyi silahlarla düşməni məğlubiyyətə uğratdı. Azərbaycan siyasi və iqtisadi cəhətdən tam müstəqil dövlətdir. Ölkəmiz dünyada az saylı dövlətlərdəndir ki, iqtisadi cəhətdən heç bir dövlətdən asılı deyil. Artıq Azərbaycan hərbi sənaye sahəsində də yeni mərhələyə qədəm qoyub. Bu il hərbi sənaye sahəsinə 1 milyard manat vəsait qoyulacaq. Azərbaycanın istehsal etdiyi hərbi silahlar və döyüş texnikaları xarici dövlətlərə də ixrac olunur. Prezident İlham Əliyevin hərbi sənayenin inkişafına yönəlmiş siyasəti sayəsində ölkəmizin digər dövlətlərdən silah almasını minimuma endirəcək. Növbəti mərhələdə Azərbaycan dünyanın ən müasir silah istehsal edən dövlətinə çevriləcək. Azərbaycan torpaqlarını işğaldan azad edib suverenliyini bərpa etdikdən sonra xarici qüvvələrin torpaqlarımıza təcavüzün qarşısının alınması üçün sərhədlərimizin güclü qorunması vacibdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən sərhədlərimizdə ən müasir üsullardan istifadə edilməklə güclü infrastruktur yaradılmışdır. Prezidentimiz ölkəmizdə milli birliyin, həmrəyliyin bərqərar olunmasına nail oldu. Azərbaycanda yaşayan bütün xalqları bir ideya- azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Azərbaycanda milliyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin ətrafında birləşdi. Bütün xalq çətin günlərdə də Prezidentimizə inandı, güvəndi. Prezidentimiz də hər zaman öz xalqına arxalandı. Məhz bu sarsılmaz birliyin, həmrəyliyin nəticəsində Azərbaycan böyük şanlı qələbəyə imza atdı. Bu dövrdə elə bir gənc nəsil yetişdi ki, onlar Vətən, torpaq, milli ləyaqət uğrunda canlarından keçərək şəhid oldular. Cənab İlham Əliyevin güclü siyasətçi, xalqı tərəfindən sevilən bir lider olması ilə yanaşı bütün dünya ölkə başçımızı görkəmli bir sərkərdə kimi də da tanıdı. Ali Baş Komandan dünyaya müharibə aparmaq mədəniyyətini də nümayiş etdirdi. Vətən Müharibəsində olduğu kimi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında da xalqımız prezidentimiz ətrafında birləşdi. Artıq soydaşlarımızın bir qismi öz doğma yurd yerlərinə qayıdıblar və bu proses davam edir. Quruculuq işləri cənab Prezidentin təsdiq etdiyi Baş Plana uyğun həyata keçirilir. 2026-cı ilin sonuna qədər 140 min soydaşımızın öz evlərinə dönmələri planlaşdırılır. Qısa vaxt ərzində misli görünməmiş yenidənqurma işlərinin bu şəkildə aparılması Azərbaycan dövlətinin iqtisadi gücünün nümunəsidir. 2003-cü ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Cənab İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi islahatlar sayəsində ümumdaxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara qalxmışdı. Bu iqtisadiyyatımızın sürətli, dayanıqlı inkişafının əsas göstəricisidir. Valyuta ehtiyatlarımız 20 il ərzində 1,6 milyard dollardan 69,5 milyard dollara gədər artmışdır. Bu sağlam maliyyə sistemimizin göstəricisidir. Prezident cənab İlham Əliyevin daxili siyasətinin prioritetinin əsasını Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin, rifahının yaxşılaşdırılması təşkil edir. 2003-cü ildə ölkəmizdə minimum əmək haqqı 9 manat idi, hazırda 345 manatdır, minimum pensiya 20 manatdan 280 manata çatdırılmışdır. Bu artım dinamikası getdikcə daha da artırılacaq. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların həyata keçirilməsi sayəsində hər il 10 minlərlə yeni iş yerləri yaradılır. Son 20 ildə yoxsulluq səviyyəsi 50% dən 5% düşmüşdür ki, bu da dünya dövlətləri arasında ən yaxşı nəticə sayılır. Prezident cənab İlham Əliyev 20 il ərzində dünya siyasi arenasında Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırdı. Ölkəmiz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 120 ölkə Azərbaycanı Qoşulmama Hərəkatına sədr seçdi. Dünya birliyi COP 29 Konfransının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. COP 29 kimi dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi etməsi Prezident cənab İlham Əliyevin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu sahədə Azərbaycanda böyük layihələr həyata keçirilmiş və bu istiqamətdə daha böyük layihələr icra ediləcək. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji Avropa ölkələrinə ixrac ediləcək. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Belə ki, dünyanın 8 ölkəsinə təbii qaz ixrac edir. Növbəti illərdə bu coğrafiya daha da genişlənəcək. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var və yeni qaz yataqlarının istismara verilməsi bu planların reallaşmasına zəmin yaradır. Azərbaycan coğrafi cəhətdən Şimal - Cənub, Şərq - Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Məhz ölkə başçımızın Azərbaycanda yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu vasitəsilə Şərqdən Qərbə, Şimaldan Cənuba Azərbaycanın üzərindən yükdaşımalar həyata keçirilir ki, bu da cənab İlham Əliyevin Azərbaycanla yanaşı dünya iqtisadiyyatının yüksəlməsinə də böyük töhfə verməsinin nümunəsidir. Azərbaycan Türkdilli dövlətlərlə iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə böyük önəm verir. Türk Dövlətləri Təşkilatınım yaranmasında Prezident İlham Əliyevin misilsiz əməyi olmuşdur. Böyük bir coğrafi ərazini əhatə edən zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin birliyi, həmrəyliyi bu təşkilatın beynəlxalq aləmdə güc mərkəzinə çevrilməsinə yardım olacaq. Azərbaycanın güclü və güdrətli dövlətə çevrilməsini bəzi Avropa dövlətləri, xüsusən Fransa həzm edə bilmir. Hər zaman ölkəmizə qarşı təxribatlar törətməyə çalışan, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzuna xələl gətirmək istəyənləri cənab İlham Əliyev hər zaman məğlubiyyətə uğradıb. Ölkə başçımız Cənubi Qafqaz bölgəsində sülhün yaranmasına xidmət edən siyasət həyata keçirir. Bəzi qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə regionda sabitliyi, əmin-amanlığı pozmağa çalışırlar. Ermənistan və onun havadarları başa düşməlidirlər ki, Azərbaycanla hədə, diqtə ilə danışmaq onların özlərinə ziyan gətirəcək. Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı təxribat törətmək istəyən dövlət və ya qüvvə sərt və tutarlı cavabını alacaq. Ölkə başçımız dəfələrlə bu haqda Ermənistan və onun havadarlarına xəbərdarlıq etmişdir. Prezident İlham Əliyevin zəkası, müdrik, qətiyyətli siyasəti və məğrur Azərbaycan xalqının öz lideri ətrafında yumruq kimi birliyi Azərbaycanı dünyada daha böyük söz və nüfuz sahibinə, güc mərkəzinə çevirəcək.

Oxunub: 1066
Paylaş:
Digər xəbərlər

---

9-02-2024, 10:36

Fəridə Həsənova: Qalib xalq qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

1-02-2024, 00:39

Balakərim müəllim: QALİB XALQIN QALİB LİDERİ! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-12-2023, 11:43

YAP-ın növbədənkənar prezident seçkilərində namizədi o olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-12-2023, 01:03

Elşən Cəbrayılov: Xalqın etimadını doğruldan Prezident [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-12-2023, 01:00

Samir Hüseyinov: Xalqa xidmət etmək Prezident İlham Əliyevin həyat fəlsəfəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə