Eyvaz müəllim: Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
8-02-2024, 10:22
Sabirabad rayon Yalçın Ağayev adına Zəngənə kənd tam orta məktəbinin direktoru Eyvaz müəllim - 7 fevral 2024-cü il prezident seçkiləri artıq tarixə qovuşsa da onun özəlliyi, digər seçkilərdən fərqləndirən məqamları və bunların fonunda Yeni Azərbaycan Partiyasının (YAP) Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsi bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələri qürurverici hadisələr sırasında oldu. Cənab İlham Əliyev Xankəndi şəhərində səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq! Bəzi Qərb dövlətlərinin və siyasətçilərinin Azərbaycan xalqına necə yaşamağı öyrətmək istəyənlərə xalqımız 7 fevral 2024 cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində göstərdiyi həmrəyliyi və qəbul etdiyi tarixi qərarı ilə tutarlı cavab verdi. Xalqımız bu qüvvələrə vuruşmağı, eləcə də qurub yaratmağı bacaran müstəqil, azad, xoşbəxt yaşamaq üçün düzgün seçim etməyi çox yaxşı bilən bir xalq olduğunu bəyan etdi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan xalqına bu gün dünya siyasətinin nəhəngləri ilə bir sırada dayanan, xalqını, dövlətini canından çox sevən İlham Əliyev kimi bir lideri bəxş etdi. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza nəyin bahasına olursa olsun torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyinə söz verdi. Bu müqəddəs amal uğrunda yorulmadan çalışdı, siyasi arenalarda düşmənlərlə savaşdı.
Düşünülmüş, uzaqgörən siyasətilə Ermənistanın işğalçı dövlət olduğunu bütün dünyaya sübut etdi. Prezident İlham Əliyev eyni zamanda dünyanın ən güclü ordularından biri olan Azərbaycan Ordusunu yaratdı. Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdə olması dünyaya sübut olundu. Azərbaycan Ordusu cənab İlham Əliyevin başçılığı ilə 30 il işğal altında olan torpaqlarımızı 44 günə azad etdi. Vətən müharibəsində bütün xalq öz liderinin ətrafında yumruq kimi birləşdi. Xalqımız öz liderinə inandı, ona güvəndi, Prezidentimiz də öz xalqına arxalandı. Bu vəhdətin, birliyin sayəsində xalqımız böyük Zəfərə, Qələbəyə imza atdı. İşğaldan azad edilmiş torpaqlarımızda quruculuq və abadlıq işlərində də xalqımız öz liderinin ətrafında birləşdi. Artıq Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Cənab İlham Əliyevin Daos İqtisadi Forumunda dünya iqtisadiyyatının inkişaf etdirilməsinə dair təklifləri dünyanın maliyyə institutlarının iqtisadiyarçılarını mat qoymuşdu. Bu gün bir sıra Avropa dövlətləri Azərbaycana qarşı Avropa dəyərləri adı altında "nümunəvi" siyasət həyata keçirməyə çalışırlar. Prezident İlham Əliyev dünyaya Avropa dəyərlərindən qat-qat üstün bəşəri dəyərlərə xidmət edən siyasət həyata keçirir. Xalqımız Azərbaycan dövlətini Qalib ölkə, Azərbaycan xalqını məğrur xalq kimi dünyaya tanıdan cənab İlham Əliyevi növbəti dəfə öz lideri kimi görmək istəyini bildirdi. Azərbaycan xalqı eyni zamanda gələcək nəsillərin bütöv Azərbaycanda xoşbəxt, firavan yaşamasına səs verdi. 7 fevral 2024-cü il Azərbaycan üçün yeni dövrün başlanğıcı kimi tarixə yazılacaq. Növbəti mərhələdə Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyəcək.
Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan adlı məmləkəti dünyanın ən xoşbəxt dövlətinə çevirəcək. Cənab İlham Əliyevin prezident seçkilərində ailəsi ilə birlikdə Xankəndində səs verməsi dünya Azərbaycanlılarında qürur hissi yaratdı. Bu hisslər Prezident İlham Əliyevin Xankəndində keçirilən hərbi paradı qəbul etməsilə yaşanan qürur hissləri ilə eyni idi. Cənab İlham Əliyevin Xankəndində səs verməsi dostlarımızı sevindirdi, düşmənlərimizə növbəti məyusluğu yaşatdı. Bu həm də Ermənistan və onun havadarlarına bir mesaj idi ki, Xankəndi də daxil olmaqla işğaldan azad olunmuş bütün şəhər və kəndlərimiz Azərbaycan torpağıdır və bu torpaqların əsl sahibləri Azərbaycanlılardır. Xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan gələn müşahidəçilər, eləcə də dünyanın müxtəlif ölkələrini təmsil edən kütləvi informasiya vasitələrinin jurnalistləri Azərbaycanda keçirilən bu seçkilərin yüksək şəkildə təşkil olunduğunu və çox demokratik şəkildə keçirildiyini bildirdilər. Seçkilərlə bağlı Azərbaycan vətəndaşlarının nümayiş etdirdikləri aktivlik bir çox Avropa dövlətlərindən üstün idi.7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Avropa dövlətlərinə bir seçki nümunəsi oldu.