Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr.Gülnar Quliyevanın diqqətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
23-01-2024, 10:49
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Medikus Klinikasının Allerqoloq Dr.Gülnar Quliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Medikus Klinikasının Allerqoloq Dr.Gülnar Quliyeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Dr.Gülnar Quliyeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Medikus Klinikasının Allerqoloq Dr.Gülnar Quliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr.Gülnar Quliyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr.Gülnar Quliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Medikus Klinikasının Allerqoloq Dr.Gülnar Quliyevanın biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Türkiyədə ixtisaslaşmış Allerqoloq Gülnar Quliyeva • 2001-ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olmuşdur.
• 2007 – ci ildə Azrəbaycan Tibb Universitetinin müalicə işi ixtisasi üzrə tam kursu bitirmişdir.
• 2008-2020- cü illərdə özəl klinikada həkim allerqoloq
• 2020- cı ildən Modern Hospitalda allerqoloq vəzifəsində çalışmışdır.
• 2018- ci ildə Ankara Universiteti Tibb Fakültəsi Allerji və İmmunoloji bölümündə,
• Eyni ildə Ankara Universiteti Tibb Fakültəsinin Göğüs hastalikları (ağciyər xəstəlikləri) bölümündə ixtisaslaşma kursu keçmişdir.
• 2018 –ci ildə Türkiyə, İstanbul şəhərində Ağır astım simpoziumu.
• 2018- ci ildə Türkiyə, Antalya şəhərində 25 –ci Ulusal Allerji ve İmmunoloji kongresi.
• 2019-ci ildə Türkiyə, Antalya Ulusal Çoçuk Allerji ve İmmunoloji kongresi.
• 2019 – cu ildə Türkiyə Antalya 26- cı Ulusal Allerji ve İmmunoloji kongresi.
• Spirometriya kursu
• 2022- ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda hazırlıq kursu keçmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin Həkimlərin sertifikasiyası imtahanından uğurla keçərək Allerqologiya ixtisası üzrə Sertifikasiya Şəhadətnaməsi almışdır.
• Avropa Allerqloqlar və İmmunoloqlar Cəmiyyətinin ( EAACİ) üzvüdür.
• İlin həkimi və Nüfuzlu həkim mükafatlarına layiq görülüb
• İş təcrübəsi - 15 il
Müalicə etdiyi xəstəliklər və icra etdiyi prosedurlar :
• Dəri testi ilə allergiyanın 15 dəqiqə ərzində təyini