• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xalid Adıgözəlov: “Azərbaycanı uğurlu gələcəyə aparan Liderə səs verəcəyik!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-01-2024, 13:29

Xalid Adıgözəlov: “Azərbaycanı uğurlu gələcəyə aparan Liderə səs verəcəyik!”


Sumqayıt şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Xalid Adıgözəlov - Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Qalib ölkəmizin tarixində ilk dəfə respublikamızın bütün ərazisində keçirilən prezident seçiləri həm qürurvericidir, həm də mühüm əhəmiyyətə malikdir. Dünya hərb tarixində bir möcüzə olan möhtəşəm tarixi Zəfərdən sonra ilk seçkilərin məhz prezident seçkilərinin olması həm tarixi zərurətdən irəli gələn, həm dövlət idarəçiliyi nöqteyi-nəzərindən mühüm məsələ, düzgün qərar olmaqla bərabər, eyni zamanda, cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti barədə xalqa hesabatıdır.

Xalqımız möhtəşəm Zəfər ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən lokal antiterror əməliyyatını daim xatırlayacaq və yüksək qiymətləndirəcək. 7 fevral seçkilərinə gedən yol bu iki qələbə ilə bilavasitə bağlıdır.

Ərazi bütövlüyümüz bərpa olunandan sonra Azərbaycan faktiki olaraq yeni tarixi mərhələyə qədəm qoydu. Yeni dövrdə bizi çox şərəfli işlər gözləyir və bunları sistemli şəkildə həyata keçirəcək Liderə ehtiyac da böyükdür. Xalq hələ 2003-cü ildə öz seçimini etdi, 2008, 2013 və 2018-ci illərdə də Liderinin məhz cənab İlham Əliyev olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün də seçimimiz dəyişməzdir. Çünki xalqımızın cənab İlham Əliyevə inam və etibarı tükənməzdir.

Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri cənab İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi təbii haldır. Çünki bu haqqı cənab İlham Əliyev son 20 ildə özünün yorulmaz fəaliyyəti, Azərbaycanımızın bütün sahələrdə əldə etdiyi uğurları, ən başlıcası isə, ölkəmizi qalib ölkə, xalqımızı qalib xalq səviyyəsinə yüksəltməsi sayəsində qazanıb. Məhz buna görə də partiyamızın bu seçkilərdə şüarı belədir: “Qalib xalqın qalib Lideri”.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq yanvarın 15-dən seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Respublikamızın hər yerində müxtəlif səpkili tədbirlər - seçicilərlə görüşlər keçirilir. Mən də təşviqat qrupunun üzvü kimi seçkiqabağı təşviqat kampaniyasında iştirak edirəm. Onu qeyd edim ki, cənab İlham Əliyevin təşviqatı ilə bağlı tədbirlərdə iştirak etmək həm şərəfli, həm də məsuliyyətli bir işdir.

Seçicilərlə keçirilən görüşlərdə son 20 ildə Azərbaycanın bütün sahələrində əldə edilmiş uğurlara bir daha nəzər salınması, keçdiyimiz yolun, qazanılan uğurların xüsusən gənclərin diqqətinə çatdırılması, hesab edirəm ki, vacib məsələdir. Gənc nəsil haradan haraya gəldiyimizi, hansı sınaqlarla üzləşdiyimizi yaxşı bilməlidir, bizə tarixi Qələbəni bəxş edənin, Zəfər sevinci yaşadanın kim olduğunu unutmamalıdır. Keçirilən seçkiqabağı görüşlər onu deməyə əsas verir ki, müxtəlif kateqoriyaları əhatə edən seçicilərimiz bu tədbirlərdə böyük həvəslə, ruh yuksəkliyi ilə iştirak edir, namizədimizi dəstəklədiklərini əyani şəkildə nümayiş etdirirlər.

Belə bir müdrik deyim var: “Dünənə baxmadan sabahı görmək olmaz”. Buna görə də biz dünənimizi - keçdiyimiz yolu həmişə saf-çürük etməliyik, regionda, dünyada baş verən proseslərə daim nəzər salmalıyıq ki, gələcəkdə düzgün addımlar ata bilək. Cənab İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibədə hər şey çox əhatəli şəkildə əks olunub. Həm keçdiyimiz tarixi yol, həm indiki vəziyyət, həm də sabah görüləcək işlər - qarşıda duran vəzifələr ətraflı göstərilib. Bunlar Azərbaycanı daha irəli apararaq davamlı inkişafa nail olmaq, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq, ölkəmizin beynəlxalq imicini artırmaq, Qarabağı qısa zamanda dirçəltmək, Böyük Qayıdışı uğurla həyata keçirmək, keçmiş məcburi köçkün vətəndaşlarımızı öz ata-baba yurdlarında daimi məskunlaşdırmaq, bütün sahələrdə tərəqqini təmin etməklə bağlı nəzərdə tutulan layihələri sistemli şəkildə davam etdirmək, xalqımızın rifahını daim yüksəltmək kimi həlli vacib məsələlərdir. Əlbəttə ki, bu mühüm məsələləri yalnız güclü və qalib Lider - cənab İlham Əliyev həll edə bilər. Ölkəmizin hərtərəfli inkişafı ilə bağlı bütün layihələrin müəllifi kimi bu məsuliyyəti yalnız o öz üzərinə götürə, şərəflə və müvəffəqiyyətlə yerinə yetirə bilər. Özünün də dediyi kimi, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir.

Yeni dövr dünyada 4-cü sənaye inqilabının həyata keçirildiyi vaxtla da üst-üstə düşür. Əminəm ki, cənab İlnam Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrü də uğurla başa vuracaq, dünyaya nümunə olacaq yeni nailiyyətlərə imza atacaq.

İnanıram ki, qarşıdakı prezident seçkilərində seçicilərimiz yenə də sabahımız, gələcəyimiz naminə düzgün qərar verəcək, düzgün seçim edəcək, yüksək vətənpərvərlik, həmrəylik nümayiş etdirərək Yeni Azərbaycan Partiyasının namizədi - qalib xalqın qalib Lideri cənab İlham Əliyevə bir daha öz sonsuz hörmət, ehtiram, inam, etibar və sədaqətini bildirəcək. Bu, həm bizim tarixi Zəfər seçkimiz, həm də xalqımızın cənab İlham Əliyevə dərin minnətdarlığının əyani ifadəsi olacaq.

Oxunub: 10179
Paylaş:
Digər xəbərlər

---

15-01-2024, 10:38

Aynurə Rzayeva: “Qüdrətli Liderə səs verək!” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-01-2024, 10:30

İlahə Novruzova: Cənab İlham Əliyev xalqın böyük sevgi və rəğbətini qazanıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-01-2024, 10:35

Məssalı müəllim: Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan yenilməz Liderə səs verək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-01-2024, 10:42

Dr. Azər Zeynalov: Xalqın inamı, güvəni, seçimi yalnız qalib Liderdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İmperiyalara son – Yeni dünya güclülərindir
3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
Bələdiyyələr daha torpaq sata bilməyəcək
Azərbaycanda Boz ay bu tarixdə başlayır
Bakıda yeni tunel tikiləcək - Daha bir ərazidə söküntü başlayır - VİDEO
Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlandı
Hadisə
10-02-2026, 13:20
Sabah Bakıya qar yağacaq - PROQNOZ
10-02-2026, 12:59
Güllələnən müəllimdən XƏBƏR VAR
10-02-2026, 12:52
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
10-02-2026, 10:50
Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
10-02-2026, 10:34
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
10-02-2026, 09:24
Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək
Son xəbərlər
  • Dün, 16:00
    Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir
  • Dün, 15:30
    İmperiyalara son – Yeni dünya güclülərindir
  • Dün, 13:45
    Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli
  • Dün, 13:42
    Ramiz Mehdiyevin çevriliş səs yazısı və evindən çıxan pullar - DTX-nin əməliyyatı
  • Dün, 13:38
    DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı KTMT-nin üzvü edəcəkdi
  • Dün, 13:32
    3 gün ardıcıl iş olmayacaq - TARİXLƏR
  • Dün, 13:28
    SON DƏQİQƏ: DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı - VİDEO
  • Dün, 11:52
    İrəvanla Tehran strateji əməkdaşlıq sənədi imzalayacaq
  • Dün, 11:43
    Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb - RDY
  • Dün, 11:22
    ABŞ-ın vitse-prezidenti: Tramp Azərbaycanla tərəfdaşlığa sadiqdir
  • Dün, 11:18
    Bakıda yeni metrostansiya nə vaxt açılacaq? - Rəsmi açıqlama
  • Dün, 11:13
    Vens: İlham Əliyev nüfuzlu dünya lideridir
  • Dün, 09:51
    ABŞ İran yaxınlığına əlavə hərbi qüvvələr göndərir
  • Dün, 09:44
    Pensiya kapitalı nə qədər artırıldı?
  • Dün, 09:28
    Rusiyada "WhatsApp" tamamilə bloklandı
  • Dün, 09:24
    Trampdan İrana qarşı iki cəbhəli siqnal: Ağ Evdə məxfi iclas, Netanyahu ilə kritik görüş
  • Dün, 09:22
    Avropa Parlamentinə açıq çağırış: Qərbi azərbaycanlıların haqqını...
  • Dün, 09:20
    İsrail Qəzza üzrə Sülh Şurasına qoşulub
  • Dün, 09:11
    Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir
  • Dün, 09:00
    Bu necə işdir: Prokurorluq Epşteynin intiharından bir gün əvvəl onun ölümünü elan edib
  • 11-02-2026, 21:09
    Prezident məmurlara tapşırıq verdi
  • 11-02-2026, 16:00
    Bitkoinin iflası: Azərbaycanda 120 min nəfərin xəyalı puç oldu
  • 11-02-2026, 15:30
    Bələdiyyələr daha torpaq sata bilməyəcək
  • 11-02-2026, 13:54
    Türkiyə “Nüvə Klubu”na QOŞULACAQ? – Mühüm gəlişmə
  • 11-02-2026, 13:49
    Prezident: Azərbaycan Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir
  • 11-02-2026, 13:43
    Nəriman Axundzadə haqqında ilk dəfə açıqlandı: "Çoxları bunları bilmir"
  • 11-02-2026, 13:38
    Prezident müşavirə keçirdi
  • 11-02-2026, 12:50
    İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul etdi - FOTO
  • 11-02-2026, 12:46
    “Qarabağ” – “Nyukasl” matçının biletləri satışa çıxır
  • 11-02-2026, 12:29
    Azərbaycanda orta aylıq maaş 1100 manatı keçdi
  • 11-02-2026, 12:20
    FT: Kiyev sülh müqaviləsi ilə bağlı referenduma hazırlaşır
  • 11-02-2026, 12:16
    Prezidentin sosial media səhifələrində ABŞ Vitse-prezidenti ilə görüşünə dair video paylaşılıb
  • 11-02-2026, 12:10
    Ərdoğandan şok qərar: Nazirləri işdən çıxardı
  • 11-02-2026, 12:06
    Azərbaycan Prezidenti Pezeşkianı təbrik edib
  • 11-02-2026, 10:35
    Azərbaycanda Boz ay bu tarixdə başlayır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə