• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Amil Məlikov: Azərbaycan yeni dövrdə də bütün hədəflərinə nail olacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

7-01-2024, 00:24

Amil Məlikov: Azərbaycan yeni dövrdə də bütün hədəflərinə nail olacaq


Ağcabədi rayon V. Məlikov adına Minəxorlu kənd tam orta məktəbinin direktoru Amil Məlikov - Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib. Prezident İlham Əliyevin yanvarın 10-da üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualları özündə ehtiva edən yerli televiziya kanallarına müsahibəsi ölkəmizin əldə etdiyi uğurlar, gələcək perspektiv inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının mediaya tam açıq olması, Ona ünvanlanan istənilən sualı geniş şəkildə cavablandırması həm xalqımız,, həm də beynəlxalq ictimaiyyətlə çox nadir dialoq formasıdır. Biz İkinci Qarabağ müharibəsi dövründə də bu formanın şahidi olduq. Dövlət başçımızın xalqa müraciətləri, birbaşa dialoqu, atdığı tvitlər, nüfuzlu beynəlxalq media orqanlarına verdiyi müsahibələr həm xalqın məlumatlandırılması, həm də ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna dərəcədə böyük rol oynadı.

Müsahibəsində ötən 20 il ərzindəki fəaliyyəti dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Ötən 20 il ərzində ölkəmizin qarşısında dayanan bütün hədəflərə nail olundu. Siyasi-iqtisadi baxımdan güclənən Azərbaycan ordu potensialını artıraraq dünyanın ən güclü ordularından birini yaratmağa nail oldu. Hədəf ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycan idi. Prezident İlham Əliyev 20 illik hakimiyyətinin 17 ilini bu hədəfə çatmaq üçün görülən işlərə həsr etdi. Nəhayət, 2020-ci ildə ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə tarixi Zəfər qazandı. Ötən ilin sentyabr ayında isə ərazi bütövlüyümüz və suverenliyimiz bütün ölkə ərazisində tam bərpa edildi. Cənab Prezidentin vurğuladığı kimi müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.

Ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirildi və artıq yeni mərhələ, yeni dövr, yeni missiya başlayır. Bu baxımdan fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amilləri diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Digər mühüm məqam cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Beləliklə, yeni dövr başlayır və dövlət başçımızın vurğuladığı kimi prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək.

Cənab Prezident müsahibəsində Ermənistanla aparılan sülh danışıqlarının hazırkı vəziyyəti, Zəngəzur dəhlizi ilə bağlı məqamlara da toxundu. Ötən ilinin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizm dəftərini birdəfəlik bağladı. Bu isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərait yaradır. Azərbaycan yenə də ədalətli, haqlı tərəf kimi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, havadarlarının dəstəyi ilə ortaya qoyduğu ədalətsiz yanaşma müqavilənin imzalanmasına imkan vermir. Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük. Siyasi manipulyasiyalarla məşğul olan Ermənistan anlamalıdır ki, bu, onun Üçtərəfli bəyanata əsasən öhdəliyidir və Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Ötən il 20 ildə qarşıya qoyulan bütün hədəflərə nail olan Azərbaycan bundan sonra daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq.

Oxunub: 10174
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-09-2023, 10:32

Bu gün Azərbaycanın təhsil müəssisələrində “Bilik günü” qeyd olunur - Ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-08-2023, 10:41

Alim Hüseyinov: TƏHSİL - gələcəyin inkişaf faktoru [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-09-2023, 12:57

Aydın Veysəlov: 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olundu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

30-08-2023, 14:04

Xudaverdi Əliyev: Gələcəyimizin etibarlı davamçısı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-08-2023, 10:19

Asif Abbasov: Qarşıya qoyulan hədəflərə doğru [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə