• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Eltun Süleymanov: “Yeni hədəflər güclü Azərbaycan, müstəqil xarici siyasət və sosial rifahdır” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-01-2024, 13:38

Eltun Süleymanov: “Yeni hədəflər güclü Azərbaycan, müstəqil xarici siyasət və sosial rifahdır”


Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi diqqəti çəkir.
Əslində bu müssahibədə verilən suallar da, cənab Preizdentin cavabları da cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki 20 illik bir dövrdə Zəfərlə sonuclanmış siyasətin yekunu kimi, həm də yeni hədəflərin istiqamətinin haraya yönəldiyi bir daha aydın oldu.
Ölkə başçısı verilən suallara cavablarında konkretlik bir daha bu siyasi xadimin qətiyyətli mövqeyini göstərmişdir. Cənab Prezident demişdir: “Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyev müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri də açıqladı.Prezident İlham Əliyev bunun, ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi. Cənab Prezident qeyd etdi ki, ikinci səbəb müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.
Ölkəmizin və xalqımızın uzun illər arzuladığı və bütün resurslarını yönəlktdiyi ərazi bütövlüyümüzün bərpası prosesinə dair sualı cavablandıran ölkə başçısı bu prosesin gedişini və nəticəsini belə şərh etdi: “Bir məsələni də mən deməliyəm, təbii ki, hamımız istəyirdik ki, biz öz ərazi bütövlüyümüzü nə qədər mümkünsə, bir o qədər tezliklə bərpa edək. Ancaq tarix nöqteyi-nəzərindən 30 il o qədər də böyük dövr deyil. Bu müddət ərzində danışıqlar prosesi zamanı bir çox təkliflər irəli sürülmüşdü və bəziləri düşünə bilərdi ki, nə üçün Azərbaycan bu təklifləri qəbul etmir? Axı, bu təkliflər əsasında rayonların bir neçəsi Azərbaycana heç bir müharibə aparılmadan qaytarılacaq, oraya keçmiş köçkünlər qayıdacaq, eyni zamanda, vəziyyət normallaşacaq. Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək. Amma mənim üçün əsas məsələ o idi ki, bu, tarixi məsələdir, bu, ümummilli məsələdir və burada hansısa əlverişli görünə biləcək nailiyyət dalınca qaçmaq lazım deyil. Biz məsələni köklü şəkildə həll etməliyik, birdəfəlik həll etməliyik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliyik. Ölkəmizdə separatizm yuvası qalmamalıdır və əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. Bax, əsas məsələ bu idi. Əlbəttə, hamımız xoşbəxtik ki, biz bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq.”
Bu gün isə bizi düşündürən ən mühüm məslələrdən biri sülh müqaviləsi barədə aparılan danışıqlardır. Cənab İlham Əliyev bu prosesin də ağır getdiyini, lakin mövqeyimizin dəyişmədən irəlilədiyini qeyd dəırək bildirdi ki, “Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq. Əgər razılığa gəlməsək, deməli, ya danışıqlar davam etdiriləcək, ya danışıqlar dayandırılacaq. Hər iki variant da mümkündür.”

Eltun Süleymanov qeyd etmişdir ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması, əhalinin doğma torpaqlara qayıdışı, bərpa və quruculuq işləri ölkə gündəminin əsas mövzularından biridir. Bu mövzuya dair sualları cavablandıran ölkə başçısı bunları söyləmişdir: “Sadəcə olaraq, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir.
Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir. Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək. Yəni, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır. Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.”
Hələ də erməni işğalı altında olan 8 kəndin taleyinə aydınlıq gətirən ölkə başçısı bir daha qətiyyətli mövqeyini ifadə edərək bir qarış torpağın belə Ermənistana verilməyəcəyini və bu məsələdə Azərbaycanın qəti mövqeyinin diqqətə çatdırdı: “O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik. Sadəcə olaraq bildirmək istəyirəm ki, nə deyirlər. Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı.”

E.Süleymanov sonda qeyd etmişdir ki,“ Ölkə başçısının bu müsahibəsi bir daha Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca qiymətlidir və ermənilərin və onların anti-Azərbaycan təbliğatına qarşı ən tutarlı cavabdır.Eyni zamanda bu gün Azərbaycan ictimaiyyətini düşündürən. Maraqlandıran sualların cavabını verən ölkə başçısı yeni hədəflərin istiqamətini də göstərmiş oldu. Bu hədəflər isə güclü Azərbaycan, müstəqil xarici siyasət və sosial rifahdır”

Oxunub: 10153
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-01-2024, 14:55

İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-08-2023, 12:49

Daxil Kərimov: Dövlət başçısı İlham Əliyevin hər bir müsahibəsi Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsi üçün zəngin mənbədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

1-06-2023, 10:44

Eltun Süleymanov: “Azərbaycan-İsrail münasibətlərinin kifayət qədər zəngin tarixi var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-05-2023, 12:55

Eltun Süleymanov: "Moskva görüşü Azərbaycan maraqlarının təmin olunması üçün mühüm addımlardan biri kimi tarixə düşdü" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür
Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
Sürücülərin nəzərinə: Sabahdan bu yolun bir hissəsi bağlanacaq
Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib
Şəhid oğluna yüksək vəzifə VERİLDİ
Hadisə
Dün, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
10-02-2026, 13:20
Sabah Bakıya qar yağacaq - PROQNOZ
10-02-2026, 12:59
Güllələnən müəllimdən XƏBƏR VAR
10-02-2026, 12:52
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
10-02-2026, 10:50
Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
10-02-2026, 10:34
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
Son xəbərlər
  • Bugün, 10:10
    ABŞ İrana qarşı uzunmüddətli hərbi əməliyyat hazırlayır
  • Bugün, 10:06
    Vens Bakıda Arayikgildən danışıb - “Mövqeyimizi ifadə etdim, vəssalam”
  • Bugün, 09:57
    Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür
  • Bugün, 09:51
    Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür
  • Bugün, 09:16
    İlham Əliyev: Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir
  • Bugün, 09:12
    Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir
  • Bugün, 09:08
    İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq
  • Bugün, 09:00
    Paşinyan İrana GEDİR - Bu sənədi İMZALAYACAQ
  • Dün, 22:55
    Prezident Münhendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO - YENİLƏNİB
  • Dün, 18:07
    İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
  • Dün, 16:59
    İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
  • Dün, 16:00
    Müharibənin beyni dəyişir – generallar tarixə qovuşur
  • Dün, 15:30
    Netanyahuya görə iki prezident üz-üzə: "Heç bir təzyiqi qəbul etmirik"
  • Dün, 15:07
    İlham Əliyev Almaniyada səfərdədir
  • Dün, 14:22
    Paşinyanın İranla imzalayacağı o SƏNƏD... – “Ermənisayağı” addım
  • Dün, 13:55
    Epşteynin kasıblarla bağlı planı deşifre oldu: Bill Qeytsə elə sözlər yazıb ki... - FOTO
  • Dün, 13:50
    Sürücülərin nəzərinə: Sabahdan bu yolun bir hissəsi bağlanacaq
  • Dün, 13:24
    Deputatlar Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını təklif edir
  • Dün, 13:13
    Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
  • Dün, 12:49
    Minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq
  • Dün, 12:45
    Özəl xəstəxanalarda onkoloji yardımın alınması ilə bağlı dəyişiklik son oxunuşda qəbul edilib
  • Dün, 12:39
    Azərbaycan nümayəndə heyəti Ermənistana gedib
  • Dün, 11:17
    Epşteyn qalmaqalı Avropaya çatdı – Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan Yaqlandın evində axtarış
  • Dün, 11:06
    Şəhid oğluna yüksək vəzifə VERİLDİ
  • Dün, 10:35
    Azərbaycanda bəzi ailələrə pulsuz üçotaqlı ev paylanacaq
  • Dün, 09:28
    Çıxarış almaq istəyənlərə şad xəbər: 15 gün ərzində...
  • Dün, 09:21
    Zelenskidən son nöqtə: pis sülhə imza...
  • Dün, 09:16
    Kiyev Donbasdan geri çəkilir: referendum planı...
  • Dün, 09:10
    Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır
  • Dün, 09:04
    Tramp İranı hədələdi: "Vəziyyət çox ağrılı olacaq"
  • Dün, 09:00
    Kremlin ABŞ-a ümidi boşa çıxır, “sülh prosesi” pozulur: Rusiya Ukraynaya yeni dağıdıcı hücuma başlayacaq
  • 12-02-2026, 16:00
    Alimlərdən şok araşdırma: Burgerlər siqaret qədər təhlükəlidir
  • 12-02-2026, 15:30
    İmperiyalara son – Yeni dünya güclülərindir
  • 12-02-2026, 13:45
    Prezidentin məmurlara tapşırığı: Yeni Azərbaycan modeli
  • 12-02-2026, 13:42
    Ramiz Mehdiyevin çevriliş səs yazısı və evindən çıxan pullar - DTX-nin əməliyyatı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə