• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Firuzə Sultanzadə: Azərbaycan xalqının iftixar və qürur mənbəyi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

5-12-2023, 12:34

Firuzə Sultanzadə: Azərbaycan xalqının iftixar və qürur mənbəyi


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Firuzə Sultanzadə haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Firuzə Sultanzadənin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Firuzə Sultanzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə - 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizin, eyni zamanda, hərbi qüdrətimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində düzənlənən Zəfər paradından üç il keçir. Bu üç ilin Azərbaycanın çoxəsrlik tarixinə hansı mühüm səhifələri yazdığını qeyd etmədən öncə şanlı Qələbəmizi şərtləndirən amillərə bir daha nəzər salmağa böyük zərurət duyulur. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən Zəfər paradı özəlliyi ilə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda belə bir əminliyi ifadə etmişdi ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Bu inamın ifadə edildiyi tarixdən iki il sonra Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Vətən müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan rəşadətli ordumuz hansı imkanlara malik olduğunu nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Zəfər müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi oldu. Müharibənin başlandığı gündən bir addım belə geri çəkilməyən Silahlı Qüvvələrimizin 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini, strateji yüksəklikləri işğaldan azad etməsi böyük gücün, qüdrətin göstəricisi idi. Dünyaya səs salan, bir dastana çevrilən Şuşa əməliyyatı mənfur düşmənin diz çökməsini, kapitulyasiya aktına imza atmasını şərtləndirdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.
Firuzə Sultanzadə: Azərbaycan xalqının iftixar və qürur mənbəyi


Tarixi Zəfərimizdən bir ay sonra keçirilən Zəfər paradı dünyanın diqqətini bir daha Qələbəmizin yaratdığı reallıqlara, həmçinin 44 günün işıq saldığı həqiqət anına yönəltdi. Bu baxımdan ki, Vətən müharibəsi hər zaman qeyd etdiyimiz kimi, kimlərin haqqın, ədalətin, kimlərin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı andan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini əsirgəmədi. Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım dünyaya verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Məhz paraddakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.” Dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında əksini tapan fikirlər postmünaqişə dövrünün hədəfləri barədə aydın təsəvvür yaratdı. Məhz tarixi Zəfərimizdən, onun təqdimatı olan Zəfər paradından çox qısa zaman keçdikdən sonra 2021-ci ilin 15 iyun tarixində - Milli Qurtuluş Günündə Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiliyini təsdiqləyən sənəd - Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir.
Firuzə Sultanzadə: Azərbaycan xalqının iftixar və qürur mənbəyi

Bu gün Türkiyə - Azərbaycan birliyi təkcə xalqlarımız deyil, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, müttəfiq ölkənin siyasəti əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Əsas hədəflərdən biri tarixi Zəfərimizin reallıqları əsasında yeni əməkdaşlıq formatlarının yaradılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi. Xalq-Prezident-Ordu birliyi sayəsində 30 ilin işğalına son qoyulması özündə bütün məqamları ehtiva edir.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında böyük əminliklə vurğuladığı kimi, Azərbaycan dastan yazmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri geniş miqyas alıb. Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının qısa müddətdə iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə dünyaya açılması, Zəngilanda birgə investisiya layihəsinin- “Dost Aqro”nun icrasına başlanılması, ümumilikdə türk dövlətlərinin bərpa-quruculuq işlərinə öz töhfələrini, ən əsası hədiyyələrini təqdim etmələri qürurverici hadisələrdir. Şübhəsiz, tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi onun yaratdığı reallıqların dünya tərəfindən qəbul edilməsinin göstəricisidir. Azərbaycan, həmçinin dünyaya təkmil şəhərsalma təcrübəsini təqdim edir. Ağdamda və Zəngilanda keçirilən Milli Şəhərsalma forumları bunun bariz nümunəsidir. Məhz bu ərazilərin forum üçün məkan seçilməsi səbəbsiz deyil. Məlum olduğu kimi, bu torpaqlar dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə bərpa edilir. Artıq ilk “ağıllı kənd” olan Zəngilanın Ağalı kəndinin ardınca Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq.

Postmünaqişə dövrünün əsas hədəflərindən biri azad edilmiş ərazilərimizin bərpasıdırsa, digəri müdafiə gücümüzün daha da artırılmasıdır. Qazandığı uğurlarla kifayətlənməyib hər zaman irəli baxan Azərbaycan üçün bu reallıq inkaredilməz idi ki, Ermənistanda revanşist qüvvələr baş qaldıracaq. Bu səbəbdən Azərbaycan Silahlı Qüvvələrinin belə təxribatların qarşısını alması üçün daha güclü olması vacib amillərdən biri idi. Tarixi Zəfərimizdən sonra Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin reallaşdırdığı lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və sair kimi mühüm hadisələr Azərbaycan Ordusunun gücünün təqdimatı oldu.

Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Möhtərəm Prezident Xankəndidən Azərbaycan xalqına müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, son 20 ildə verilən bütün vədləri, qarşıya qoyulan vəzifələri uğurla icra etdim. 8 Noyabr-Zəfər Günündə isə Xankəndi şəhərində hərbi parad keçirildi. Bu parad bir daha dünyaya mühüm mesajları çatdırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi: “Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”

Oxunub: 10292
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-10-2023, 23:06

Asif Nağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

28-09-2023, 10:23

Qənimət Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-11-2023, 00:46

Paşa Muradov: Ali diqqətin təzahürü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə