• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fərəc Əhmədov: Xocalı qurbanlarının qisası döyüş meydanında alındı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

Dün, 23:46



İş adamı Fərəc Əhmədov - Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğal siyasəti etnik təmizləmə, soyqırım kimi insanlıq əleyhinə cinayətləri özündə ehtiva edir. 34 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı, qətlə yetirildi və ya əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

Bu soyqırım nəticəsində uşaq, qadın və yaşlılar da daxil olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirildi. 150 nəfərin taleyindən bu vaxta qədər heç bir məlumat yoxdur. Beynəlxalq hüquqa görə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab olunur. Yəni, Xocalıda baş verənlərin soyqırım olması faktlarla sübut olunub. Burada mülki əhaliyə qarşı vəhşicəsinə xüsusi qəddarlıq, cinayətlər törədilib. Bu illər ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində intensiv işlər aparılıb. Bu prosesdə təşəbbüskarı və müəllifi Leyla xanım Əliyeva olan “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

2008-ci ildən start götürən kampaniyanın fəaliyyəti 100 minlərlə şəxs və 115 təşkilat tərəfindən dəstəklənir. 20-yə yaxın ölkənin parlamenti, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət”, cənab Prezident İlham Əliyev isə “200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi” adlandırıb.

Azərbaycan 28 ildən sonra, 2020-ci il 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzü bərpa etdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alındı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizləndi. Cənab Prezident 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Cənab Prezidentin söylədiyi kimi, “İkinci Qarabağ müharibəsi 2020-ci ilin noyabrında dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.

Xocalının azad edilməsindən sonra şəhərin yenidən qurulması dövlət səviyyəsində prioritet elan olunub. Bərpa prosesi mərhələli və kompleks şəkildə həyata keçirilir. Şəhərin müasir şəhərsalma standartlarına uyğun qurulması üçün yeni baş plan hazırlanıb. Keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı üçün fərdi evlər və çoxmənzilli binalar inşa edilir. Xocalının bərpası bu bölgənin sosial-iqtisadi həyatının dirçəldilməsi deməkdir. Əsas hədəf sakinlərin təhlükəsiz, rahat və ləyaqətli şəkildə doğma torpaqlarına qayıdışını təmin etmək və Xocalını inkişaf edən müasir məkana çevirməkdir.

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkəmizdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Dövlət başçımızın da söylədiyi kimi, “Biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.

Oxunub: 103
Paylaş:
Digər xəbərlər

---

26-02-2025, 10:50

Elçin Həsənov: Qisas döyüş meydanında alındı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

8-01-2024, 01:49

Fərəc Fərəcov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:30

Xosrov Musayev: Tarixi ədalət bərpa olundu [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:36

Qəhrəman müəllim: Xocalı faciəsi qurbanlarının qisası alındı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Hadisə
Dün, 11:55
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
Dün, 10:59
Azərbaycanda kafedə partlayış: Ölən var
Dün, 10:02
“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
24-02-2026, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
24-02-2026, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
24-02-2026, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Son xəbərlər
  • Dün, 21:48
    Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
  • Dün, 16:00
    Yadplanetlilər Yerə 2027-ci ilə qədər vaxt verib - Kosmonavtın qeydləri tükürpədicidir
  • Dün, 15:30
    Tiflisə “ikinci Qarabağ”ın “həlli” təklifi - Moskva yeni vasitəçi roluna girməyə çalışır
  • Dün, 14:22
    "Qarabağ"dan kimlər gedəcək?
  • Dün, 14:00
    Britaniyadan Rusiyaya sarsıdıcı tarixi zərbə
  • Dün, 12:36
    Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq
  • Dün, 12:28
    Prezident Lənkəranda açılışda - FOTO
  • Dün, 12:00
    Trampdan etiraf: İran Avropanı və bazalarımızı vuracaq raketlər hazırlayıb
  • Dün, 11:55
    Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama
  • Dün, 11:30
    Prezident Küveyt Əmirini təbrik etdi
  • Dün, 11:23
    Sabah bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ
  • Dün, 10:59
    Azərbaycanda kafedə partlayış: Ölən var
  • Dün, 10:23
    Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel göndəriləcək
  • Dün, 10:15
    Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
  • Dün, 10:10
    Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının ailəsini ziyarət etdi - Video - Fotolar
  • Dün, 10:02
    “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
  • Dün, 09:57
    Azərbaycan Türkiyəyə başsağlığı verdi
  • Dün, 09:52
    “İran ABŞ-ni vura biləcək raketlər hazırlayır”
  • Dün, 09:39
    Leyla və Alena Əliyevalar Qubada - Fotolar
  • Dün, 09:28
    Abbas Əraqçı: "ABŞ ilə misilsiz saziş bağlamaq üçün tarixi fürsətimiz var"
  • Dün, 09:00
    "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
  • 24-02-2026, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • 24-02-2026, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • 24-02-2026, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • 24-02-2026, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • 24-02-2026, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • 24-02-2026, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • 24-02-2026, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • 24-02-2026, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • 24-02-2026, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • 24-02-2026, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • 24-02-2026, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • 24-02-2026, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • 24-02-2026, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • 24-02-2026, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə