Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu partiyanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu gündən etibarən onun ideyalarına sədaqətlə xidmət edən minlərlə fədakar insan yetişdi. Bu gün isə YAP-ın Sədri, Müzəffər Ali Baş Komandan, dünya siyasətinin aparıcı fiqurlarından biri – cənab İlham Əliyevin rəhbərliyi altında partiya daha da güclənərək dövlətin dayağına çevrilib.
Məhz bu böyük ideologiyanın daşıyıcılarından biri də YAP Tovuz rayon təşkilatının məsləhətçisi Arifə Abbasovadır. O, sadəcə partiya işçisi deyil – o, Prezident İlham Əliyevin yürütdüyü siyasətin bölgədəki ən sadiq təbliğatçılarından, xalqla dövlət arasında körpü rolunu oynayan ictimai fədailərdəndir. Onun fəaliyyətini müşahidə edərkən bir daha əmin olursan ki, dövlətçilik sevgisi peşə yox, həyat tərzidir.
Arifə Abbasova illərdir ki, təkcə siyasi tədbirlərin təşkilatçısı deyil, həm də Prezident İlham Əliyevin "Xalq üçün, Vətən üçün" prinsiplərini öz şəxsi həyat fəlsəfəsinə çevirib. O, hər zaman bildirir ki, bu gün Azərbaycan Ordusunun Zəfəri, ölkəmizin dünyada söz sahibi olması, işğaldan azad edilmiş torpaqlarımızda yeni şəhərlərin qurulması birbaşa cənab İlham Əliyevin siyasi iradəsinin, sarsılmaz liderliyinin nəticəsidir. Bu fikri isə o, sözlə yox, əməli fəaliyyəti ilə nümayiş etdirir.
Tovuz rayonunda kimdən soruşursan-soruş, Arifə xanım deyəndə ilk deyilən cümlə budur: “Heç kimin qapısından çevirməz”. İnsanların sevincini də, dərdini də bölüşən belə insanlar indekslə yox, könüllə dəyərləndirilir. O, dəfələrlə şəhid və qazilərin ailələrini ziyarət edib, ehtiyaclı ailələrin sosial problemlərinin həlli üçün müxtəlif qurumlarla birbaşa əlaqələr yaradıb. Həm partiya təmsilçisi kimi, həm də ana, bacı, vətəndaş kimi yanaşıb.
Bu gün Azərbaycan qadını anlayışı təkcə ailə dəyərləri ilə məhdudlaşmır – artıq onlar dövlət quruculuğunda, ideoloji mübarizədə, sosial həyatda ön cərgədədir. Arifə Abbasova bu mənada bölgədə qadın liderliyinin canlı simasıdır. O, gənclərin milli-mənəvi ruhda yetişdirilməsi üçün silsilə görüşlər keçirir, xüsusilə qızların təhsildən yayınmaması, cəmiyyətə inteqrasiya olunması üçün ailələrə maarifləndirici təsir göstərir.
Ən əsası isə o, hər zaman bildirir ki: “Bizim gücümüz birlikdədir. Bizim gücümüz Prezidentimizə olan sədaqətdədir. Biz bu Vətənin əsgəriyik – kim harada dayanıbsa, orada xidmət etməlidir.”
İllərdir YAP sıralarında formalaşmış bu vətəndaş məsuliyyəti onu bölgədə söz sahiblərindən birinə çevirib. Onun fəaliyyəti göstərir ki, məsləhətçi olmaq təkcə təşkilati prosesə rəhbərlik deyil – bu, həm də xalqın sevgi və etimadını daşımaq məsuliyyətidir. Arifə Abbasova isə bu məsuliyyəti şərəf kimi daşıyanlardan biridir.
Azərbaycanın güclü dövlətçiliyinin təməlində Prezident İlham Əliyevin siyasi iradəsi dayanırsa, bu iradəni xalqın içində yaşadan insanlar da belə fədakar partiya nümayəndələridir.