Müasir tibbin ən məsuliyyətli sahələrindən biri travmatologiya və ortopediyadır. İnsanların hərəkət qabiliyyətinin bərpası, sınıq, zədə və oynaqlarla bağlı problemlərin müalicəsi sadəcə texniki bilik deyil, yüksək dəqiqlik, səbr və insan sevgisi tələb edir. Bu sahədə uzun illər sadiqliklə çalışan Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının peşəkar travmatoloq-ortopedi Dr. Fuad Ağayev yüzlərlə xəstənin sağlam həyata qayıtmasında əvəzsiz rol oynayıb.
O, həm peşəkar biliklərinə, həm də pasiyentlərinə qarşı göstərdiyi səmimi və diqqətli münasibətinə görə Sumqayıt şəhərində və ətraf bölgələrdə böyük hörmət qazanıb. Dr. Fuad Ağayev üçün hər bir xəstə sadəcə müalicə obyekti deyil, ona etibar edən və sağlamlığını əmanət edən bir insandır. Bu yanaşma onun tibb sahəsində qazandığı uğurların əsas sirridir.
Travmatologiya sahəsi sürətli müdaxilə tələb edən situasiyalarla zəngindir. Gecə-gündüz, bayram, istirahət bilmədən çağırışlara qoşulan Dr. Fuad Ağayev təcili yardım xidmətlərində aktiv iştirak edir, qəza, yıxılma və digər ağır travmalar alan xəstələrə ilk andan doğru müdaxilə edərək onların həyatını xilas edir. O, hər zaman xəstənin ağrısını öz ağrısı kimi qəbul edir və ən çətin vəziyyətlərdə belə soyuqqanlılığını qorumağı bacarır.
Onun fəaliyyəti yalnız təcili müdaxilələrlə məhdudlaşmır. O, həmçinin uzunmüddətli ortopedik problemlərdən əziyyət çəkən xəstələr üçün fərdi müalicə planları tərtib edir, reabilitasiya prosesini nəzarətdə saxlayır. Sınıq və çıxıqların düzgün sağalması, oynaqların funksional bərpası, sümüklərin deformasiyalarının aradan qaldırılması üçün ən müasir metodlardan istifadə edir. Dr. Fuad Ağayev müalicəni yalnız prosedur kimi deyil, tam sadiqliklə izlənən bir proses kimi görür.
Xəstələr onun haqqında danışarkən ilk növbədə “dəqiqliyi, səmimiliyi və əl qabiliyyəti” kimi sözlər işlətməkdən çəkinmirlər. Çünki yaxşı travmatoloq olmaq yalnız elmi savadla yox, həm də operativ düşüncə, iti qərarvermə və yüksək texniki bacarıqla ölçülür. Bu keyfiyyətlərin hər biri Dr. Fuad Ağayevin fəaliyyətində özünü parlaq şəkildə göstərir.
Onun uzun illərdir çalışdığı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası bölgənin ən strateji səhiyyə ocaqlarından biridir. Burada gündəlik olaraq ağır travma və zədə halları daxil olur və məhz belə gərgin mühitdə çalışan həkimlər peşəkarlığın real dəyərini təsdiq edirlər. Dr. Fuad Ağayev bu xəstəxananın güvənilən sütunlarından biri kimi tanınır. O, həm gənc həkimlər üçün nümunədir, həm də xəstəxananın etibar simasıdır.
Ən önəmlisi isə odur ki, Dr. Fuad Ağayev peşəsini yalnız iş yeri kimi yox, xidmət meydanı kimi görür. O, şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərir, onların müalicəsində əlindən gələni əsirgəmir. Vətən uğrunda sağlamlığını itirən hər bir insana qarşı minnətdarlıqla yanaşır, onların ağrılarını yüngülləşdirməyi öz şərəf borcu hesab edir.
Hər gün onlarca dua qazanmaq hər kəsə nəsib olmur. Lakin Dr. Fuad Ağayevin fəaliyyəti göstərir ki, əgər işini vicdanla və sevgi ilə görürsənsə, həm peşəkar, həm də insani dəyər olaraq xalqın qəlbində yer tapmaq mümkündür.
Əlaqə üçün:
055 417 87 17