Lənkəranın füsunkar kəndlərindən biri olan Qurumba yalnız təbiətinin gözəlliyi ilə deyil, son illərdə yaşam standartlarının yüksəlməsi ilə də fərqlənir. Bu dəyişimin arxasında isə öz işinə ürəkdən bağlı olan bir idarəçi – Lənkəran rayon icra hakimiyyəti başçısının Qurumba kənd icra nümayəndəsi Nazim Məmmədov dayanır. O, kənd icra nümayəndəsinin vəzifəsini formal idarəçilik modeli kimi deyil, kənd sakinlərinə xidmət missiyası kimi qəbul etmiş şəxsdir. Onun fəaliyyəti sübut edir ki, əsl rəhbərlik kabinetdə oturmaqla deyil, kəndin bütün yolunu, suyunu, problemlərini şəxsən yerində görməklə mümkün olur.
Nazim Məmmədov hər bir məsələyə praktiki yanaşma ilə çıxış edir. O, vətəndaşların qapısını çalan yox, qapılarına özü gedən rəhbərdir. Kənddə aparılan abadlıq və infrastruktur işləri də məhz bu fəal yanaşmanın nəticəsidir. İçməli su xətlərindən tutmuş yolların təmiri, məişət problemlərinin operativ həlli, kənd təsərrüfatı ilə məşğul olan ailələrə müxtəlif istiqamətli dəstək proqramları — bütün bunlar Nazim Məmmədovun rəhbərliyi altında sistemli şəkildə həyata keçirilir. O, kəndin sosial rifahını yalnız layihələr vasitəsilə deyil, insanların gündəlik həyatına toxunan real tədbirlərlə təmin edir.
Bu uğurların arxasında isə təkcə Nazim Məmmədovun şəxsi əməyi dayanmayıb. Onun ən yaxın silahdaşı və müvazinət yaradan işgüzar tərəfdaşı kimi tanınan müavini Tofiq müəllimin də rolu əhəmiyyətlidir. Tofiq müəllim həm təşkilati, həm də sahə işlərində icra nümayəndəsinin ən güvənilən dəstəkçisi kimi istər idarəçi heyətin, istərsə də kənd sakinlərinin rəğbətini qazanıb. Kənddə “iş hər zaman ikimizin məsləhəti ilə görülür” ifadəsi də elə bu möhkəm əməkdaşlıqdan xəbər verir.
Nazim Məmmədovun ən böyük üstünlüyü odur ki, o, baş verən hər bir hadisəyə sadə vətəndaşın gözü ilə baxmağı bacarır. Kənddə bir ailənin evi yanıbsa, bu, təkcə həmin ailənin problemi deyil — bütün kəndin yüküdür. Bir evin damı uçubsa, o, bu yükü öz üzərinə götürməyi rəhbər kimi borc sayır. Belə yanaşma ona həm yaşlı nəslin hörmətini qazandırıb, həm də gənclərdə dövlətə inamı artırıb.
Müavini Tofiq müəllimlə birlikdə həyata keçirdikləri tədbirlər sırasında gənclər üçün idman meydançalarının yaradılması, kənd məktəblərinə texniki dəstək, məscid ətrafının abadlaşdırılması və kənddə gələcək turizm potensialının formalaşdırılması kimi layihələr də xüsusi yer tutur. Onlar kəndin inkişafını yalnız bu günlə məhdudlaşdırmır, gələcək üçün də strateji plan qurur.
Hər bir kəndin uğuru onun rəhbərinin xarakterindən keçir. Əgər rəhbər prinsipial, işgüzar və xalqla bir yerdədirsə, orada inkişaf labüddür. Nazim Məmmədov da məhz belə rəhbərlər sırasındadır — sözlə yox, əməli ilə danışan. O, hər hansı işin görülməsi üçün vətəndaşı qapı-qapı gəzdirmir, əksinə, özü prosesin arxasında şəxsən dayanır. Kənd sakinlərinin dilində işlənən “Nazim müəllim olsa, bu iş həll olunacaq” ifadəsi elə onun qazandığı etimadın ən böyük göstəricisidir.
Bu gün Qurumba kəndində yaşanan müsbət dəyişikliklər təsadüfi deyil. Bu dəyişikliklər ardıcıl planlama, zəhmət, fədakarlıq və düzgün komanda işinin nəticəsidir. Həmin komandanın isə əsas sütunlarından biri Nazim Məmmədov, digəri isə onun müdrik və sədaqətli müavini Tofiq müəllimdir.