Qaragüney kəndində “Son Zəng” sevinci – İ. Qasımov adına məktəbin məzunları yüksək nəticələrlə yadda qaldılar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
16-06-2025, 10:53
Sabirabad rayonunun Qaragüney kəndində yerləşən İ. Qasımov adına 1 nömrəli tam orta məktəbdə ənənəvi “Son Zəng” tədbiri böyük coşqu ilə keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, valideynlər və şagirdlər iştirak ediblər.
Məktəbin XI sinif şagirdləri bu ilki buraxılış imtahanlarında yüksək nəticələr göstərərək məktəbin pedaqoji ənənələrinin davamçısı olduqlarını sübut ediblər. Xüsusilə qeyd olunmalıdır ki, bu uğurların təməlində onların ibtidai təhsilində mühüm rolu olan müəllim – Gülnarə Ağacanovanın əməyi xüsusi qeyd olunur. Onun qayğıkeşliyi və peşəkarlığı sayəsində bu gün məktəb şagirdləri uğurla yol başına çıxıblar.
Yüksək nəticə göstərmiş XI sinif məzunları:
Cəfərli Nigar İlham qızı – 276 bal
Məlikova Rəna Fariz qızı – 269 bal
Məmmədova Lamiyə Əliağa qızı – 262 bal
Məmmədova Röya Rauf qızı – 224 bal
Əhmədova Xədicə – 221 bal
Əsədova Jalə Qubad qızı – 218 bal
Məmmədova Əsmər Emin qızı – 208 bal
Cəfərov Bayram Emin oğlu – 192 bal
Rəsulov Alışan Elşən oğlu – 116 bal
Bu nəticələr bir daha göstərir ki, Qaragüney kənd tam orta məktəbi həm təhsil sahəsində keyfiyyətli nəticələrə, həm də gənc nəslin formalaşmasında yüksək pedaqoji potensiala malikdir.
Məktəb rəhbərliyi və müəllim kollektivi məzunlara yeni həyat mərhələsində uğurlar arzulayır və inamla bildirir: Yolunuz açıq olsun, əziz məzunlarımız!