Göygöl rayonunun təbii gözəllikləri ilə seçilən Çaykənd kəndi son illərdə təkcə füsunkar təbiəti ilə deyil, həm də sosial və ictimai həyatında müşahidə olunan müsbət dəyişikliklərlə diqqət çəkir. Bu müsbət irəliləyişlərin başında isə kənd ərazi bələdiyyəsinin sədri Vaqif Sadıqovun yorulmaz və məsuliyyətli fəaliyyəti dayanır.
Vaqif Sadıqov səmərəli idarəçiliyi, vətəndaşlara yaxınlığı və problemlərin operativ həlli istiqamətində göstərdiyi təşəbbüslərlə seçilən rəhbərlərdəndir. O, kənddə insanların rifahının yüksəldilməsi üçün daim səylə çalışır və hər bir sakinin müraciətinə şəxsən yanaşır. İllərdir bələdiyyə strukturlarında qazandığı təcrübə və xalqa bağlılığı onu Çaykəndin əsl dayağına çevirib.
Onun rəhbərliyi dövründə kənddə yolların təmiri, yeni su xətlərinin çəkilməsi, məişət tullantılarının nizama salınması və ictimai yerlərin abadlaşdırılması istiqamətində ciddi addımlar atılıb. Bütün bu işlər planlı şəkildə, şəffaf və əhali ilə məsləhətləşmələr əsasında həyata keçirilir. Vaqif müəllimin əsas prinsipi – “xalqın ehtiyacları birinci yerdədir” düşüncəsidir.
Vaqif Sadıqov təkcə infrastruktur işləri ilə kifayətlənmir. O, kəndin sosial həyatında da fəal iştirak edir, mədəni tədbirlərin, maarifləndirici layihələrin, idman yarışlarının təşkilinə dəstək verir. O, xüsusilə gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə önəm verir və onların sosial təşəbbüslərini dəstəkləyir.
Onun fəaliyyətində xüsusi vurğulanmalı məqamlardan biri isə şəhid ailələrinə və müharibə qazilərinə göstərilən yüksək qayğı və ehtiramdır. Vaqif Sadıqov şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailələrini mütəmadi olaraq ziyarət edir, ehtiyaclarını dinləyir və əllindən gələn dəstəyi göstərir. O, qazilərimizin qəhrəmanlığını cəmiyyətə tanıtmaq, onların sosial müdafiəsini gücləndirmək üçün bir sıra təşəbbüslərlə çıxış edib. Bu diqqət və qayğı, həm bələdiyyənin sosial məsuliyyətini, həm də onun rəhbərinin vətəndaş mövqeyini əyani şəkildə ortaya qoyur.
Sakinlərin etimadını qazanmış və onları öz ailəsi kimi qəbul edən Vaqif Sadıqov bu gün Çaykənddə etibarlı rəhbər, ziyalı və xeyirxah insan kimi tanınır. Onun fəaliyyəti idarəçiliyin cəmiyyətə xidmət etməsi prinsipinin bariz nümunəsidir.