• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kərim Tahirov: Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

15-04-2025, 08:00

Kərim Tahirov: Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,
professor Kərim Tahirov


Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Məhz belə bir şəraitdə Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Yorulmaz tədqiqatçı Zərifə Əliyeva bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedərək xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Zərifə xanım Əliyeva qısa müddətdə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanım Əliyeva, eyni zamanda, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Zərifə xanım traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib.

Zərifə xanım Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Bu sahənin ilk tədqiqatçısı olan görkəmli oftalmoloq dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını ərsəyə gətirib. 1977-ci ildə bu mövzuda dissertasiyanı uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini alıb. O, gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib, 1983-cü ildə isə həmin kafedranın müdiri olub. Bundan sonra onun fəaliyyəti daha da genişlənib. Zərifə xanım Əliyevanın görkəmli alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyət arasında ona dərin rəğbət qazandırmışdı. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri məhz bu məsələlərə həsr olunmuşdur. Elmi araşdırmalarının nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Görkəmli oftalmoloq alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva bütövlükdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Məşhur azərbaycanlı oftalmoloq həmin mükafata layiq görülən ilk qadın alim idi. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Görkəmli alimin əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.

Akademik Zərifə Əliyevanın fəaliyyətinə verilən yüksək dəyər onun layiq görüldüyü mükafatlarda, fəxri adlarda özünün aydın ifadəsini tapır. Keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olan akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə çoxsaylı kitablar nəşr edilib, məqalələr yazılıb.

Zərifə Əliyeva çoxşaxəli fəaliyyəti dövründə səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Beynəlxalq səviyyəli oftolmoloq-alimin rəhbərliyi altında Azərbaycanda gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmət və rəğbətini qazandırmışdır.

Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin anasıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək ən ali insanlıq zirvəsinə yüksəlib.

Oxunub: 10101
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

15-04-2025, 09:15

Akademik Zərifə Əliyevanın anım günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

15-04-2024, 12:34

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İrandan Azərbaycana təxliyyə prosesi davam edir
17 gün iş olmayacaq
Xocalı faciəsinin sağ qalan şahidi ana oldu
AMEA-nın Rəyasət Heyəti ləğv edilir
Hərbçilərə vəzifə və rütbəyə görə verilən ödənişin məbləğinin artırılması təklif olunur
Ramiz Zeynalov işdən çıxmaq üçün ərizə yazıb
Hadisə
Dün, 14:22
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
28-02-2026, 09:28
Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
28-02-2026, 09:23
Şamaxı silkələnməkdə davam edir - SƏKKİZİNCİ ZƏLZƏLƏ OLDU
27-02-2026, 12:57
Azərbaycan–İran sərhədində silahlı atışma oldu
27-02-2026, 10:40
Sumqayıtda poladəritmə sexində partlayış - YARALILAR VAR
27-02-2026, 10:33
43 yaşlı həkim başqa bir həkimin səhvi ucbatından ölüb? - FOTO
Son xəbərlər
  • Dün, 16:00
    Tehranın dirəniş siyasəti: ABŞ və İsrail bunu istəyirmiş
  • Dün, 15:30
    Xameneinin ölən 14 aylıq nəvəsinin FOTOSU yayılıb
  • Dün, 14:52
    Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
  • Dün, 14:34
    Prezident dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılmasını təsdiqləyib
  • Dün, 14:22
    BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - Foto
  • Dün, 14:00
    Son Dəqiqə: Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı
  • Dün, 12:46
    İran səfiri Azərbaycana təşəkkür etdi
  • Dün, 12:03
    İrandan Azərbaycana təxliyyə prosesi davam edir
  • Dün, 11:58
    Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
  • Dün, 11:51
    Ankaradan İran qərarı: Sərhədlər bağlandı
  • Dün, 11:35
    Müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
  • Dün, 11:28
    Laricanidən Trampa cavab: O çoxsaylı Amerika əsgərlərinin itkisindən narahatdır
  • Dün, 11:24
    ABŞ səfirliyi və qırıcısı vuruldu - VİDEO - FOTO
  • Dün, 10:14
    İsrail İranla savaşa 100 min ehtiyat əsgərini hərbi xidmətə çağırır
  • Dün, 10:10
    "Bizi tək qoymayın" - "Traktor" Azərbaycandan yardım istədi
  • Dün, 09:54
    Tramp: Xameneinin yerinə 3 namizədim var
  • Dün, 09:47
    Ronaldo futbol tarixində görünməmiş addım ata bilər
  • Dün, 09:42
    Tramp: İranın 48 lideri öldürülüb
  • Dün, 09:38
    Britaniya İrana qarşı öz bazalarından istifadə etməyə icazə verib
  • Dün, 09:33
    Britaniya bazası vurulub, İran hücumları genişləndirmək istəyir - KİV
  • Dün, 09:25
    Tehrandan Ağ Evə cavab: Heç bir danışıq olmayacaq
  • Dün, 09:18
    Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib
  • Dün, 09:00
    560 ABŞ əsgəri ölüb və yaralanıb - İran
  • 1-03-2026, 08:46
    İranda 40 günlük matəm elan olundu
  • 1-03-2026, 08:37
    İranın ali dini rəhbəri Əli Xamenei öldürülüb - RƏSMİ
  • 1-03-2026, 00:12
    İsrail Xameneinin öldüyünü açıqladı - Yenilənir
  • 28-02-2026, 23:20
    İran xalqını küçələrə çıxmağa çağırdı - “Kömək gəldi”
  • 28-02-2026, 20:34
    Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı - Bəyanat
  • 28-02-2026, 12:35
    ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
  • 28-02-2026, 10:07
    İran zənginləşdirilmiş uranla bağlı ABŞ-nin tələbini qəbul etdi
  • 28-02-2026, 09:39
    17 gün iş olmayacaq
  • 28-02-2026, 09:28
    Ramazanda mütləq qəbul edilməli qidalar - İmmunitetinizi belə gücləndirin
  • 28-02-2026, 09:23
    Şamaxı silkələnməkdə davam edir - SƏKKİZİNCİ ZƏLZƏLƏ OLDU
  • 28-02-2026, 09:00
    ABŞ-Türkiyə "gizli sövdələşmə"si Rusiyanı vurur: Ağ Ev geri çəkilir, Ankara “terror dəhlizi”ni çökdürür
  • 27-02-2026, 17:11
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti – Prezidentdən sərəncam
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə