• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xuraman Muradova: Biz qayıtmışıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-02-2025, 11:06

Xuraman Muradova: Biz qayıtmışıq


Milan Hospitalın rəhbəri, xeyriyyəçi, iş adamı Xuraman Muradova - Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da bu əsassız təbliğatın ömrünün heç zaman uzun olmayacağının fərqində idilər. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə inandırıcı və uzun ömürlü olur. Azərbaycanın diplomatik uğurlarının davamlılığında təbliğatın real həqiqətlərə söykənməsi əhəmiyyətli rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanında tarixi Zəfərimizdə diplomatik uğurlarımız öz sözünü dedi. Dövlət başçısı İlham Əliyev həmin ərəfədə 30-dan artıq xarici mətbuata müsahibəsində Azərbaycan həqiqətlərini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı. Ermənilərin əsassız torpaq iddialarının, məkirli niyyətlərinin hansı faciələrə yol açdığı çoxəsrlik tariximizin faciəli səhifələrində öz əksini tapıb. Bu səhifələri vərəqləmək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olub. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində bunu təsdiqləyən bütün məqamlar açıqlanıb.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası da uğurlu nəticələrini verir. 2008-ci ildə start verilən kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi; müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi; sağ qalmış ailələrə dəstək göstərilməsi və bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.

Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində bir daha yenilməz, məğrur xalq olduğunu təsdiqlədi. 44 günün hər günü tariximizə zəfər səhifəsi kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun dünya hərb tarixinə yazdığı yeni səhifə bu gün də geniş müzakirə edilir, Qələbəmizi şərtləndirən amillər sırasında Vətən, torpaq sevgisi xüsusi vurğulanır. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində Qarabağ məsələsinin bizim üçün milli qürur məsələsi olduğunu bəyan etdi.

Tarixi Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Qürurla qeyd edirik ki, şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qisasını aldıq. Tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Bu gün işğaldan azad edilən bütün torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Xocalı quruculuq mərhələsini yaşayır. 2024-cü il tariximizə Xocalı sakinlərinin doğma yurd-yuvalarına qayıdışı ili kimi yazıldı.

Oxunub: 1080
Paylaş:
Digər xəbərlər

---

26-02-2024, 10:27

Cəmaləddin Rüstəmov: Xocalıda şanlı Bayrağımız dalğalanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 14:10

Anar Əzizov: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-11-2023, 10:42

Məqsədimiz Azərbaycanda qazandığımız uğuru və inamı ölkə sərhədləri xaricində də xidmət göstərərək dünyaya tanıtmaqdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-08-2023, 02:00

Ramiz Hümmətov: Seçim vaxtıdır! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

18-03-2024, 09:00

Prezident: Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə