Abşeron rayonunun Fatmayı kəndində ictimai fəaliyyət və bələdiyyə idarəçiliyi sahəsində öz səmərəli işləri ilə tanınan Nəsir Nəsirli yenidən bələdiyyə sədri seçilib. Onun genişmiqyaslı layihələri və kənd sakinlərinə göstərdiyi diqqət sayəsində Fatmayı kəndi dayanıqlı inkişaf yolunda inamla irəliləyir.
Nəsir Nəsirlinin rəhbərliyi altında kəndin sosial və infrastruktur problemlərinin həllində mühüm nailiyyətlər əldə olunub. Abadlıq və yenidənqurma işləri çərçivəsində kənd yollarının təmiri, su-kanalizasiya xətlərinin müasir tələblərə uyğunlaşdırılması və digər kommunal xidmətlərin yaxşılaşdırılması həyata keçirilib. Kənddə ictimai məkanların abadlaşdırılması və yaşıllıq sahələrinin artırılması Nəsir Nəsirlinin əsas prioritetlərindən biri olub.
Onun rəhbərliyi yalnız infrastruktura deyil, həm də vətəndaşların sosial rifahına yönəlib. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən dəstək onun fəaliyyətində mühüm yer tutur. Nəsir Nəsirli daim şəhid ailələrinin qayğılarını dinləmiş, onların problemlərinin həlli istiqamətində ciddi addımlar atmışdır. Həmçinin qazilərimizin ehtiyaclarının qarşılanması, onların sosial cəmiyyətə inteqrasiyası məqsədilə müxtəlif dəstək tədbirləri həyata keçirilmişdir.
Bundan başqa, Fatmayı kəndində mədəni tədbirlərin təşkili, gənclərin maarifləndirilməsi və idman fəaliyyətlərinin dəstəklənməsi Nəsir Nəsirlinin rəhbərliyi dövründə ön plana çıxıb. Gənc nəslin inkişafı üçün yaradılan imkanlar kəndin ümumi inkişafına töhfə verib.
Pressmedia.az olaraq, Nəsir Nəsirlini bu mühüm vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edirik. Onun gələcək fəaliyyətində daha böyük uğurlara imza atacağına inanırıq. Fatmayı kəndinin daha da inkişafı, sakinlərin rifahının yüksəldilməsi naminə yeni təşəbbüslərində Nəsir Nəsirliyə rəhbərlik və kollektivimiz adından səmimi təbriklərimizi və uğur arzularımızı çatdırırıq!