• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Taleh Qaraşov: Həmrəylik azərbaycançılığın tərkib hissəsidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

29-12-2024, 00:06

Taleh Qaraşov: Həmrəylik azərbaycançılığın tərkib hissəsidir


Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov - Azərbaycan “Gülüstan” müqaviləsi ilə ikiyə bölünmüşdü. 90-cı illərdə Azərbaycanda milli-azadlıq hərəkatı genişlənmişdi. 1989-cu il dekabrın axırlarında Naxçıvanda İranla sərhəd dağıdıldı. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi bayramı oldu. 1990-cı ildə Naxçı­van­da bu günün ildönümü böyük coşqu ilə qeyd edildi. Bu hadisələr dünya azərbaycanlılarının həmrəylik niyyətinin rəsmi başlanğıcı kimi tarixləşdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev imperiyanın Bakıda törətdiyi faciəyə görə 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyi qarşısında çıxışı azərbaycanlıların bu qətliama etirazının həmrəyliyi oldu, minlərlə azərbaycanlı “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” qürurunu həyat amalı bilən Ulu Öndərin ətrafında bir­ləş­di, bu birləşmə həmrəylik kimi tarixləşdi, xalqın adından səslənən fikirlər həmrəyliyin dön­məzliyinin təsdiqi oldu...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev hökumətin Azərbaycana qarşı bu qəddar siyasətinə etiraz olaraq vəzifəsindən də istefa verdi, partiya sıralarından da çıxdı, çətinliklə də olsa Naxçıvana qayıtdı. Xalqı ilə həmrəy olmağa...

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliy­yətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

1991-ci ilin 16 dekabrında Naxçıvan Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Naxçıvan Respublikası Ali Məclisii 6 bənddən ibarət qərar qəbul etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmi dövlət bayramı oldu...

Ulu Öndər Naxçıvan Respublikası Ali Məclisinin sədri olanda Azərbaycanın daha nurlu sabahları naminə, Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsi naminə, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı naminə vətənpərvərlik duyğularının Vətən naminə səfər­bərliyin – həmrəyliyin həyat, ömür fəlsəfəsi olduğunu bildirmişdi, dünya azərbaycanlılarının təş­kilatlanması üçün həmrəylik gününün təsis edilməsini təklif etmişdi.

Ulu Öndər deyirdi: “Biz gərək milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə milli mənliyimizi gərək itirməyək...”.

Dünya Azərbaycanlılarının Həmrəyliyinin təşkilati təsdiqi kimi 2001-ci ildə Dünya Azər­bay­canlılarının Bakı şəhərində I qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. 400-dən çox nümayəndənin iştirak etdiyi bu qurultay mahiyyət baxımından həmrəylik oldu.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü amalın günüdür, əqidənin günüdür. İlin bir günü olsa da 365 gün düşüncələrdədi, niyyətlərdədi. Belə bir günün yaşanılan ilin son günü növbəti ilin başlanğıc günüdür, həm də həmrəyliyə yeni ehtiram gətirən gündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının II qurultayı keçirildi. Bu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursuna, bu kursun müəyyənləşdirdiyi qərarlara sədaqətin ifadəsidir. Azərbaycan xalqı və ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu, həm də ordu ilə xalqın birliyinin – həmrəyliyinin Zəfəri kimi tarixləşdi...

2022-ci il aprelin 22-də Şuşada Dünya azərbaycanlılarının V qurultayında Azərbaycan Respublikasının Prezidenti demişdi: “...biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sız bağlı olsunlar...”. Bu kəlamlar da həmrəyliyi şərtləndirən amillərdəndir və bu şərt milli ruhun yaşadılma andıdır. Həmin qurultayda çıxışında dövlət başçımız həm də dedi ki, “...biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər və zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə...”. Bu xatırlatmanın mahiyyəti Vətən müharibəsinin tarixi ilə bağlıdır, bu günümüzlə də səsləşir: Dünya azərbaycan­lı­larının həmrəyliyi Azərbaycan naminə siyasi maneələri də uğurla dəf edəcək...

“Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”, – Ulu Öndər Heydər Əliyevin bu kəlamları dünya azərbaycanlılarının həmrəylik manifestidir.

Həmrəylik azərbaycançılığın tərkib hissəsidir.

Oxunub: 10108
Paylaş:
Digər xəbərlər

---

28-12-2024, 12:11

Ceyran xanım: Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-11-2023, 10:43

Lənkəranlılar Taleh Qaraşovun səyyar qəbul-görüşlərindən razı qalırlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:30

Vəzir Həsənov: "Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:23

Faiq Fərəcov: Azərbaycan güclü dövlətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-09-2024, 10:13

Taleh Qaraşov hər zaman şəhid ailələrinin yanındadır - ÖZƏL [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə