• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ellada Əsgərova: Güclü birlik, parlaq gələcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-12-2024, 12:33

Ellada Əsgərova: Güclü birlik, parlaq gələcək


Sabirabad rayonu Azadkənd kənd tam orta məktəbinin direktoru Ellada Əsgərova - Hər bir xalqın taleyində və tarixində onun birlik, həmrəylik əzmi böyük qələbələrin, inkişaf və uğurların əsas rəhni hesab olunur. Tarixin ən keşməkeşli vaxtlarında birliyini, həmrəylik ənənələrini daim qoruyub saxlayan Azərbaycan xalqı bu gün haqlı olaraq öz dəyərləri ilə fəxr edir.

Dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 33 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Əlbəttə ki, bu həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil edir. Heydər Əliyev qeyd edib: “Əziz azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin edilməsi, onların Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, həmçinin, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdı. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - deyən Ulu Öndərin bu kəlamları bu gün hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib.

Beləliklə, 31 dekabr tarixinin həmrəylik gününə çevrilməsi dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıları milli azərbaycançılıq məfkurəsi ilə bağlı prosesə fəal şəkildə cəlb etdi. Heydər Əliyevin çağırışı pafos notlarından uzaq idi. Bu çağırış həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm dövlətin gələcək taleyini, həm də coğrafi gerçəkliklərini əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı. Təsadüfi deyildir ki, verilən tarixi qərar qısa bir müddətdən sonra hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi.

Ulu Öndərin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, dəyərli tövsiyələrini verir, diasporumuzun nümayəndələri ilə fikir mübadiləsi aparır. Dövlət başçısı dünyada gedən mürəkkəb proseslərin və ziddiyyətlərin fonunda respublikanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün diaspor ilə əlaqələrin böyük əhəmiyyət daşıdığını dəfələrlə bəyan edib.

Bəli, bu gün Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində xaricdə yaşayan azərbaycanlılar daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III və 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Təkcə onu qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri birlik və həmrəyliyimizin nümayişi oldu. Vətən müharibəsinin gedişində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Dövlət başçısı İlham Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi yüksək Sərkərdəlik əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.

44 günlük Vətən müharibəsindən sonra dünya azərbaycanlıları bu dəfə erməni işğalından azad olunmuş, üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanan Şuşada toplaşdılar. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən Qurultayda Prezident İlham Əliyevin çıxış edərk Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoydu. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, həm də milli kimliyimizin və birlik ruhumuzun gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır. Həmrəylik Günü, hər bir azərbaycanlının qəlbində Vətəninə, millətinə və dövlətinə olan sevgi və bağlılığı gücləndirir, xalqımızı daha da yaxınlaşdırır.

Oxunub: 10170
Paylaş:
Digər xəbərlər

---

28-12-2024, 12:11

Ceyran xanım: Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-12-2024, 10:58

Manaf Manafov: Azərbaycanın uğurları milli həmrəylikdən qaynaqlanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-12-2024, 12:18

Anar Kərimli: Dünya azərbaycanlıları vahid məqsədlər uğrunda birləşib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:30

Vəzir Həsənov: "Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-11-2023, 10:34

Ellada Əsgərova: Biz qayıtmışıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə