• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlqar Qədimov: Zəfərimizin rəmzi olan “Dəmir yumruq” dünya azərbaycanlılarının həmrəyliyini özündə ehtiva edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-12-2024, 11:10

İlqar Qədimov: Zəfərimizin rəmzi olan “Dəmir yumruq” dünya azərbaycanlılarının həmrəyliyini özündə ehtiva edir


İVento-şirkətinin prezidenti İlqar Qədimov - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir guşəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.

Müstəqil Azərbaycan Respublikasının yaradılması və öz mövcudluğunu qoruyub saxlaması geniş mənada, milli birliyin Azərbaycan xalqının ictimai, siyasi və mənəvi tələbatına çevrilməsi deməkdir. Milli birlik və həmrəylik şəraitində cəmiyyətdə sabitlik mövcud olur, yüksək mənəvi dəyərlər ictimai qanunauyğunluqların əsas bazasına çevrilir və bu, belə bir harmonik mühitdə dövlətin siyasi, iqtisadi və digər sistemlərinin rahat inkişafına, beləliklə də, ümumi rifahın təmin olunmasına gətirib çıxarır.

1991-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu.

Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır.

Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2006-cı il mart ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını qeyd etmək olar. 2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə tariximizə Zəfər Qurultayı kimi yazıldı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır. Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir.

44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə cənab İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə apardı. Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə və Qarabağda bir günlük antiterror tədbirlərində milli həmrəylik nümayiş etdirdi.

Bütövlükdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Oxunub: 1091
Paylaş:
Digər xəbərlər

---

27-12-2024, 10:58

Manaf Manafov: Azərbaycanın uğurları milli həmrəylikdən qaynaqlanır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:30

Vəzir Həsənov: "Həmrəylik günü Ulu Öndərin adı ilə bağlıdır" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

26-12-2024, 12:18

Anar Kərimli: Dünya azərbaycanlıları vahid məqsədlər uğrunda birləşib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-12-2024, 10:23

Faiq Fərəcov: Azərbaycan güclü dövlətdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

27-12-2024, 11:02

Rəşad Musayev: Milli və siyasi həmrəylik mühitinin növbəti təzahürü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Dün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Dün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə