• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müzəffər Qasımov: İnkişafa aparan yol [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

24-12-2024, 10:31

Müzəffər Qasımov: İnkişafa aparan yol


Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müzəffər Qasımov, bölgədəki vətəndaşların rifahı üçün çalışan, onların qayğısını hər zaman prioritet olaraq qəbul edən bir dövlət qulluqçusudur. Onun illərdir göstərdiyi xidmətlər və fədakar əməyi bölgə sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Lakin son dövrlərdə bəzi şəxslər tərəfindən onun haqqında yayılan əsassız şər və böhtanlar, cəmiyyətdə onun şəxsiyyətinə kölgə salmaq məqsədi güdür.

Müzəffər Qasımov Moranlı kəndində fəaliyyətə başladığı ilk gündən etibarən, sakinlərin sosial problemlərinin həllində, infrastruktur layihələrinin həyata keçirilməsində və kəndin ümumi inkişafında xüsusi fəallıq göstərib. Onun rəhbərliyi altında kənddə müxtəlif abadlıq və yenidənqurma işləri aparılıb, sakinlərin həyat şəraiti yaxşılaşdırılıb. O, hər zaman kəndin şəhid ailələri və qazilərinə xüsusi qayğı ilə yanaşıb, onların ehtiyaclarını ön planda tutub.

Şəhid ailələrinin evlərinin bərpası, qazilərin sosial təminatlarının yaxşılaşdırılması və ehtiyaclarının qarşılanması istiqamətində Müzəffər Qasımovun təşəbbüsləri təqdirəlayiqdir. O, şəhid ailələrini və qaziləri mütəmadi olaraq ziyarət edir, onların problemlərinin həllində şəxsən iştirak edir. Bu da onun vətənpərvərliyi və insanpərvərliyinin bariz nümunəsidir.

Bəzi şəxslərin əsassız şəkildə Müzəffər Qasımovun fəaliyyətinə kölgə salmağa çalışması yalnız şəxsi maraqlarını güdməkdən irəli gəlir. Böhtan və şər vasitəsilə ictimai rəyi yanıltmaq istəyənlər, bu cür xırda niyyətlərlə onun uzun illər ərzində qazandığı nüfuzu sarsıda bilməzlər. Çünki Müzəffər Qasımovun fəaliyyəti konkret işlər və nəticələrlə sübut olunmuşdur.

Hörmətli nümayəndənin dövlət başçısının tapşırıqlarına uyğun olaraq kəndin inkişafı və sakinlərin rifahı üçün yorulmadan çalışdığı, onun vətənə və xalqa bağlılığını bir daha göstərir. Müzəffər Qasımov bu çətin və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirərək, dövlətimizə və prezidentimizə sadiq bir rəhbər olduğunu sübut edir.

Şər və böhtanlara cavab olaraq, Müzəffər Qasımovun fəaliyyətinə nəzər salmaq və onun Moranlı kəndində gördüyü işləri obyektiv qiymətləndirmək daha ədalətli olar. O, hər zaman olduğu kimi, gələcəkdə də xalqına və dövlətinə xidmət etməyə davam edəcəkdir. Biz də bu yolda ona uğurlar arzu edirik.

Sabirabad RİHB-nın Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müzəffər Qasımov - Prezident İlham Əliyev də adını dünya tarixinə qalib lider kimi yazan şəxsiyyətlər sırasındadır. Vaxtı ilə zəmanəmizin dahi şəxsiyyəti Ümummilli Lider Heydər Əliyev deyirdi ki: “Mən özümə inandığım qədər ona da inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Qarabağı bizə qaytaran, Azərbaycan xalqını qalibə çevirən Müzəffər Ali Baş Komandan öz ölkəsinin hər bir vətəndaşının qəlbini fəth etməyi bacaran nadir dünya liderlərindən biridir. O, Ulu Öndərimizin arzusunu və vəsiyyətini həyata keçirərək, 21 ildir ki, Azərbaycanı qurtuluş və tərəqqi yolu ilə qətiyyətlə aparır. Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna səs verərək müdrik seçim etdi. Xalqın öz qərarında yanılmadığını hər il təsdiqləyən İlham Əliyev 21 il ərzində Azərbaycanın nüfuzunu təkcə regionda deyil, dünyada yüksəldə bildi. Hansı sahəyə baxsaq orada inkişaf, nailiyyət görərik. Əldə olunan uğurlar sayəsində Azərbaycan güc mərkəzinə çevrilmişdir. Ömrünün mühüm hissəsini dövlətə, xalqa xidmətə həsr etmiş Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaq mümkün deyil. Ən əsası, onun ən böyük əməli prezidenti olduğu dövlətin qüdrətli olması və Azərbaycan xalqının qalib xalqa çevrilməsidir.

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır”. Bəli, bu gün biz fəxr edirik ki, Müstəqil Azərbaycan Respublikası nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Hazırda demək olar ki, əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Müasir Demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Və əlbəttə ki, bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, dözümsüzlüyünü, etnik təmizləmələri, terror aktlarının törədildiyini, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehriban şəraitində yaşayırlar. Və əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Ulu Öndərin sözləri ilə desək: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Biz buna təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasət nəticəsində bu stabilliyə nail olmuşuq.

33 illik müstəqillik tariximizin son 21 ili xüsusi ilə önəmlidir. Tarix üçün 21il çox qısadır, amma bu müddəti addım- addım inkişaf yolu keçən bir ölkə üçün heç də az zaman deyil. Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirib. O, bu müddət ərzində Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirib. Bunun nəticəsində Azərbaycan müstəqil dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə "Eurovision" Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni, siyasi və idman tədbirləri keçirildi. COP29 isə - Azərbaycanın xarici siyasət arenasında növbəti uğurudur.

“Əsrin kontraktı”nın daha da səmərəli şərtlərlə 2050-ci ilə qədər uzadılması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, eləcə də TANAP –ın istismara verilməsi, enerji, neft-qaz sahəsində nəhəng, iri miqyaslı layihələrin rellaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir. Xüsusilə bu il orbitə çıxarılmış "Azerspace-2" peykini qeyd etmək istərdim, bu sayca 3-cü peykdir. Peyk xidmətləri həm də ölkə iqtisadiyyatına da gəlir gətirir.

21 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyirdi ki, " Müharibə hələ başa çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ordunu bərpa etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etməkdir”. Və beləliklə, o, bu çətin olduğu qədər şərəfli və məsuliyyətli vəzifəni həyata keçirə bildi.

“İnkişaf edən Azərbaycan gücümüzün əsas mənbəyidir, şanlı Qələbə bizim tarixi nailiyyətimizdir”, - deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qələbə günü münasibətilə xalqa müraciətində əslində həqiqəti söylədi. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası kimi mühüm ümummilli vəzifələrin həyata keçirilməsini təmin edən ən mühüm komponentlərdən biridir. Dövlət başçısı dəfələrlə öz çıxışlarında deyirdi ki, “İşğal zamanı bəziləri, xüsusən də bəzi xarici dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil başqa cür tərbiyə olunacaq. Ancaq onlar bir şeyi başa düşə bilmədilər: Azərbaycan xalqı öz doğma torpağını nə qədər sevir, biz öz doğma yurdumuza nə qədər bağlıyıq”. Bəli, bu, erməni işğalçılarının və onların havadarlarının zamanın onların xeyrinə işlədiyi vaxt və azərbaycanlıların öz torpaqlarının itirilməsi ilə barışdıqlarına ümid edərək nəzərə almadıqları bir məsələ idi. Azərbaycan xalqı bir an belə torpaqlarının 20%-nin erməni işğalında olduğunu, unutmadı və böyüyən nəsil də bunu unutmadı. Çünki bu işğal milliyyətindən, dini etiqadından asılı olmayaraq hər bir Azərbaycan ailəsinə, hər bir Azərbaycan vətəndaşına təsir etmişdi. Ailələrimizdə böyüyən hər bir gənc vətənpərvər ruhda tərbiyə alırdı. Və biz bunu Vətən müharibəsində , anti - terror əməliyyatında gördük. Prezident İlham Əliyev hər dəfə vətəndaşlarımızla görüşəndə vurğulayır ki, “Övladlarınıza qayğı göstərin, onlara təhsil verin, vətənə sadiq vətənpərvər kimi yetişsinlər, qəhrəmanlarımız kimi olsunlar, şöhrətimizi göylərə ucaltsınlar”. Bu, onun Azərbaycan vətəndaşlarının gələcək nəsillərinə əsas siyasi nəsihəti idi.

Ölkəmiz bütün dünyaya sübut etdi ki, tarixi məqsədlərə çatmaq üçün heç bir maneə yoxdur. İndi bizim tarixi məqsədimiz Cənubi Qafqaz regionunda ədalətli və uzunmüddətli sülhün bərqərar olmasıdır. Bu isə o zaman mümkün olacaq ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirsin. Bu gün dünya ölkələri Azərbaycanı yalnız iqtisadi müstəqilliyinə görə deyil, həm də qlobal sülhün və təhlükəsizliyin təminatçısı kimi tanıyır.

Cənab İlham Əliyev Azərbaycanı ucaltdı və bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, köklü dövlətdir, dünyanın aparıcı dövlətlərinin müqaviməti ilə üzləşsə belə, istənilən məqsədə çatmağa qadirdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strategiyasının bəhrəsidir. Strategiyanın mahiyyəti güclü iqtisadiyyata, uğurlu diplomatiyaya, döyüşə hazır orduya malik ölkə yaratmaqdan ibarətdir. Və gözlərimizin önündə belə bir ölkə yaranır. Hamımız bu tarixi hadisənin canlı şahidləriyik. Azərbaycanın gələcəyi, şübhəsiz ki, İlham Əliyevin əzmi, rəhbərliyi və müdrik siyasəti ilə davam edəcəkdir.

Oxunub: 10101
Paylaş:
Digər xəbərlər

---

17-12-2024, 11:01

Mirkamil Mahmudov: Vətənə Xidmətin Nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-11-2024, 11:29

Mehti Abdullayev: Kəndin İnkişafında Liderlik və Sakinlərə Fədakar Xidmət [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

17-12-2024, 11:28

Gündüz İsmayılov: Fədakar Xidmətin Parlaq Nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

16-12-2024, 10:20

Asif Musayev: İcma Üçün Səmərəli Rəhbərlik Nümunəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

2-12-2024, 10:11

Tovuz Rayonunun İqtisadi İnkişafına İmza Atan Şəxs: Niftalı Qasımov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə