• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fuad Hacıyev: Möhtəşəm zəfərlərə doğru inamla [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

22-12-2024, 15:08

Fuad Hacıyev: Möhtəşəm zəfərlərə doğru inamla


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Artıq iyirmi bir ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir və möhtərəm dövlət başçımızın müdrik rəhbərliyi ilə zəfərdən zəfərə, parlaq qələbələrə doğru inamla irəliləyir. 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu cənab İlham Əliyevin lehinə səs verib. İlk Prezidentliyi dövründə xalqın etimadını doğrultmağa, daha artıq inam və etibarını qazanmağa müvəffəq olmuş möhtərəm dövlət başçımız 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə də mütləq səs çoxluğu qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ölkə ərazisinin hər bir yerində keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişlər. Seçkilərdə seçici fəallığı 76,43 faiz olmuşdur. Cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Zəfər seçkisi Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabr-noyabr ayları ərzində 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində əldə edilmiş tarixi Qələbənin bir nəticəsi oldu. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması cənab Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsi Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı.

Tarixi Qələbəmizdən üç il sonra keçirilmiş antiterror tədbirlərinin nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək, qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev andiçmə mərasimində öz xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı və bununla bütün vədlərinə əməl etmiş oldu.

Son 21 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-a 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçı qatılmışdır. Nəticə olaraq karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdi.

Bütün bu zəfər və nailiyyətlər birmənalı olaraq möhtərəm Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi praqmatik və düşünülmüş, müstəqil daxili və xarici siyasət kursunun möhtəşəm nəticələridir. Bu gün Azərbaycan qlobal arenada mövqeləri getdikcə güclənən, beynəlxalq nüfuzu durmadan artan dövlətdir və bu tendensiyanın növbəti illərdə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha yüksək dinamika ilə davam edəcəyi heç bir şübhə doğurmur.

Oxunub: 10179
Paylaş:
Digər xəbərlər

Siyasət

24-12-2023, 10:00

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

17-05-2023, 14:57

Fuad Hacıyev: “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-07-2023, 11:57

Fuad Hacıyev: Güclü və prinsipial... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-02-2024, 10:36

Fəridə Həsənova: Qalib xalq qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-02-2024, 10:49

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə uğurlara, qələbələrə, nailiyyətlərə imza atacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə