2023-cü ildə 66,6 milyard manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 8 faiz artım qeydə alınıb.
Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, 2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nəzərən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşmış, investisiyaların 6,3 milyard manatı (30,9 faiz) neft, 14 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb.