Azərbaycan tikinti sektorunda özünəxas üslubu ilə fərqlənən və unikal konstruktiv quruluşa malik hündürmərtəbəli binaların müəllifi olan “SMTS” MMC [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Gündəm / Cəmiyyət
14-09-2023, 13:41
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ağalar Allahyarov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Ağalar Allahyarov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarovdur.
“SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ağalar Allahyarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ağalar Allahyarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “SMTS” MMC şirkətinin rəhbəri Ağalar Allahyarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Məqsədimiz Əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması və yüksək keyfiyyəti rəhbər tutaraq sənaye və mülki binaların inşasını həyata keçirməkdir.
Yüksək keyfiyyətli tikinti-quraşdırma işlərinin icra olunması üçün digər amil, yüksək ixtisaslı mühəndis-texniki heyətdən ibarət komandanın formalaşdırılmasıdır. Bu məqsədlə biz mühəndis-texniki heyətin müxtəlif təlimlərə qatılmasına, dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil səviyyələrinin yüksəldilməsinə, kadrlarımızın beynəlxalq konfranslarda iştirakına üstünlük veririk.
Şirkət tikinti-quraşdırma işlərini malik olduğu maddi-texniki baza, peşəkar mühəndis-texnik heyəti, keyfiyyətə nəzarət sistemi, qabaqcıl idarəetmə üsullarını tətbiq etməklə sifarişçi, layihəçi, podratçı şirkətlər, dövlət orqanları və digər maraqlı tərəflər ilə koordinasiya quraraq keyfiyyətlə, vaxtında və şəffaf qaydada həyata keçirir.