Elşən Mustafayev Azərbaycan dövlətinə şərəflə xidmət edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
31-10-2023, 12:35
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elşən Mustafayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Elşən Mustafayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elşən Mustafayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elşən Mustafayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Respublika Narkoloji Mərkəzinin baş direktoru Elşən Mustafayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası məqsədi ilə, eyni zamanda regionlarda fəaliyyət göstərən narkoloji müəssisələrə təşkilati metodik yardım göstərmək məqsədi ilə yaradılmışdır. Mərkəzdə Qəbul şöbəsi, 350 çarpayılıq stasionar şöbələr – 4 kişi şöbəsi, 1 qadın şöbəsi; İxtisaslaşdırılmış şöbə, İntensiv terapiya şöbəsi, Ambulator reabilitasiya şöbəsi, kliniki və biokimyəvi laboratoriyalar, şüa diaqnostika kabinetləri və digər xüsusiləşdirlmiş tibbi yardım kabinetləri fəaliyyət göstərir. Sərxoşluğun digər hallarının ekspertizası 2 məntəqədə aparılır. Metodan (Opioidlərlə əvəzedici müalicə proqramı) kabinetləri 3 məntəqədə, məcburi ambulator narkoloji tibbi yoxlama komissiyası fəaliyyət göstərir.
Mərkəz öz fəaliyyətində Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununa əsaslanır. 1986-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Dispanseri” Zığ qəsəbəsində yaradılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 14.06.2011-ci il tarixli 63 № əmrinə əsasən 14.06.2011-ci il tarixindən “Respublika Narkoloji Dispanseri” əsasında “Respublika Narkoloji Mərkəzi” yaradılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 20.12.2019-cu il tarixli 165№ qərarı ilə 20.12.2019-cu il tarixindən “Respublika Narkoloji Mərkəzi” əsasında “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.
2018 ci ilin iyun ayında “Respublika Narkoloji Mərkəzi” üçün Maştağa qəsəbəsi ərazisində 4 korpusdan ibarət yeni tikilmiş və müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş mərkəz istifadəyə verilmişdir.