Tələbələrin sevimlisi Xosrov Musayev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
12-10-2023, 10:53
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xosrov Musayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Xosrov Musayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xosrov Musayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xosrov Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, Aqrar Elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Xosrov Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Xosrov Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Xosrov Musayev özünü doğruldub. Bizdə hörmətli Xosrov Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Vətən müharibəsi Şəhidi Ələkbərli Samirin anım günü ilə əlaqədar olaraq, Bərdə Dövlət İdarəetmə Və Texnologiya Kollecinin direktoru Xosrov Musayevin rəhbərliyi ilə müəllim və tələbə kollektivi ilə birgə Şəhidlər xiyabanını ziyarət ediblər. Bərdə Dövlət İdraetmə və Texnologiya Kollecin drektoru aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev,Kollecin müəllimi Eldəniz Əmrahov Tələbə Gənclər Təşkilatının sədri Həsənov hüseyin ,müavini Oksana Məhərrəmova Tələbə Gənclər Təşkilatınln aktiv tələbələri Gülyanaq Əliyeva ,Ləzgiyev Emin , Şəhidlərimizin məzarı üstə tər gül dəstələri düzüblər. 44 gün ərzində son nəfəsinədək qəhrəmancasına vuruşan, bizi Qarabağımıza qovuşduran Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Bərdə Dövlət İdaretmə Və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini Oksana Məhərrəmova.