Hacı Rauf Sərdarov: Zəfər salnaməsi - Tam və qəti qələbə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
3-10-2023, 12:47
Sumqayıt "Cümə" məscidinin axundu Hacı Rauf Sərdarov - "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində yer alan bu müdrik fikirlər xalqımızın taleyüklü seçimini müəyyən etməklə yanaşı, ölkəmizin iyirmi ildir davam etməkdə olan möhtəşəm inkişafının ideya əsaslarından biri olmuşdur. Sözügedən seçkilərdən ötən 20 ilin yüksəkliyindən keçdiyimiz yola baxarkən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın tarixi qələbələrindən və misilsiz inkişaf uğurlarından böyük qürur və iftixar hissləri yaşamaya bilmirsən. Dövlətimizin artmaqda davam edən qüdrəti, ölkəmizin dəyişən siması, Qarabağı azadlığa qovuşduran əzəmətli zəfər, Azərbaycanın və bölgənin həyatında baş verməkdə olan dərin proseslər Prezident İlham Əliyevin müstəsna uğurla həyata keçirdiyi tarixi missiyasının birbaşa təsdiqidir. Bu missiya həm Azərbaycanın müasir şərəfli tarixində ifadə olunur, həm də onun daha parlaq gələcəyinin etibarlı qarant rolunu oynayır.İlham Əliyevin liderliyi altında Azərbaycanın dünya birliyinin fəal üzvü kimi tanınması, bir sıra beynəlxalq layihələrin və təşəbbüslərin müəllifi rolunda çıxış etməsi milli inkişafın növbəti mərhələsinə keçməyə əsas yaradan əlverişli beynəlxalq şərtlərdir. Azərbaycanın Prezident İlham Əliyevin yaxından iştirakı sayəsində siyasi nüfuzu yüksələn türk və islam dünyasının önəmli dövlətlərindən birinə çevrilməsi də diqqətdən qaçırılmamalıdır. Onun geniş fəaliyyəti nəticəsində islam birliyi və həmrəyliyi dünyanın artan reallığı sayılmaqdadır. Qarabağın azad edilməsinin və keçmiş işğal altında olan ərazilərin terrorçu silahlı qruplaşmalardan təmizlənməsi tədbirlərinin qardaş Türkiyə və bütünlüklə islam dünyası tərəfindən qətiyyətlə dəstəklənməsi haqqında söhbət açdığımız gerçəkliklərin bariz ifadələridir. Tarix və tale Prezident İlham Əliyevə şərəfli missiya nəsib edib. 2003-cü ildən bu günədək bu missiyadan irəli gələn ayrı-ayrı vəzifələrin uğurla həyata keçirilməsinə bütün dünya şəhadət etməkdədir. Azərbaycan güclü, qüdrətli və firavan müstəqil dövlət kimi özünü qətiyyətlə təsdiqləyib. Qarabağ azad olunub və terrorçu silahlı qruplaşmaların qalıqlarından birdəfəlik təmizlənib. Xalqımızın şərəf tarixinin yeni səhifələrinin yazılması İlham Əliyevin nəhəng xidmətləri sayəsində zamanın sifarişinə və ölkənin böyük şansına çevrilib. Möhtərəm Prezidentimizə qüdrətli çiyinləri üzərinə götürdüyü böyük tarixi missiyasında yeni əzəmətli qələbələr arzulayıram.