Zabit müəllim yüksək peşəkarlığı ilə seçilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
3-10-2023, 10:43
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabirabad rayon Zəngənə kənd tibb məntəqəsinin direktoru Zabit müəllim barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Zabit müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Zabit müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Sabirabad rayon Zəngənə kənd tibb məntəqəsinin direktoru Zabit müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zabit müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zabit müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayon Zəngənə kənd tibb məntəqəsinin direktoru Zabit müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Ulu Öndərin adı ilə bağlıdır. Hər bir xalqın tarixində elə şəxsiyyətlər var ki, onların adı tarixə əbədi olaraq həkk olunur, nəsildən-nəsilə insanların qəlbində öz əməlləri ilə yaşayacaq. Belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevdir.
Yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın xahişi ilə respublikaya hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, bu sahədə də anarxiyaya, tənəzzülə son qoydu. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Həmin məqsədlə ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən bir sıra qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir. Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub.