Şahin Yusifov: Heydər Əliyevin təhsil strategiyası yeni mərhələdə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
2-10-2023, 15:59
“İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycanın cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır. Gərək dövlətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Ona görə də orta təhsil sisteminə çox ciddi fikir vermək lazımdır”.
Heydər ƏLİYEV
Zaman keçdikcə, xalqın həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.
Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.
Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. Sabirabadda da təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Onlardan biri də Sabirabad rayonu M.Tağıyev adina Kovlar kənd tam orta məktəbidir. Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Sabirabad rayonu M.Tağıyev adina Kovlar kənd tam orta məktəbinin direktoru Şahin Yusifov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şahin Yusifov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Şahin Yusifov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Sabirabad rayonu M.Tağıyev adina Kovlar kənd tam orta məktəbinin direktoru Şahin Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Şahin Yusifovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Şahin Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sabirabad rayonu M.Tağıyev adina Kovlar kənd tam orta məktəbinin direktoru Şahin Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Şahin Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Şahin Yusifov özünü doğruldub. Bizdə hörmətli Şahin Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.