Mehti Abdullayev: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
3-09-2023, 09:49
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mehti Abdullayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mehti Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayevdir.
Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Mehti Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Mehti Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Mehti Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Mehti Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Mehti Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Mehti Abdullayev özünü doğruldub. Bizdə hörmətli Mehti Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Saatlı rayonu Nəsimikənd bələdiyyəsinin sədri Mehti Abdullayev - Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra qalib Azərbaycan dövləti düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəldilir, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün ən yaxşı həyat şərait yaradılır.
İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Laçın rayonu da bərpa olunur, 31 il əvvəlki toy-büsatına qovuşur. Düşmənin cəngindən azad edilən Laçında müasir standartlara cavab verən evlər tikilir, yollar çəkilir, tunellər salınır, elektrik stansiyaları quraşdırılır.
Vandal düşmənin Laçın şəhərini işğal etməmişdən əvvəl burada 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Artıq soydaşlarımızın rahat, təhlükəsizlik şəraitində yaşamaları üçün Laçında bütün infrastruktur yenidən qurulur. Bir sözlə, laçınlıların da öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilir.
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında, mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak etmələri, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində, Zabux kəndində görülən işlərlə tanışlıqları onu göstərir ki, artıq bu torpaqların əsl sahibləri öz doğma yurdlarında firavan yaşayırlar.
26 avqust tarixində doğma yurdlarına, ata-baba ocaqlarına qayıdan laçınlılarla birlikdə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü”ndə Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı xüsusilə əlamətdar oldu. Bayram tədbirində çıxışı zamanı ölkə Prezidentimiz qeyd edib ki, biz öz doğma torpağımızda qürurla yaşayırıq. Hər bir laçınlı, hər bir keçmiş məcburi köçkün bu gün qürur hissi ilə yaşayır. Hər bir azərbaycanlı, Azərbaycanın hər bir yerində bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qürur hissi ilə yaşayırlar ki, biz tarixi Zəfər çalaraq bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdik və öz doğma torpağımıza qan tökərək qayıtmışıq.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməzliyi, siyasi müdrikliyi, xalqın yumruq kimi bir olması müstəqil Azərbaycanın şanlı Qələbəyə böyük Zəfərə gedən yola işıqlandırdı. İşğaldan azad olan torpaqlarımızda həyata keçirilən bərpa-quruculuq tədbirləri, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin reallaşması ölkə iqtisadiyyatının nə qədər möhkəm, dayanıqlı olduğunu nümayiş etdirdi. Bəli, Azərbaycanın igid oğullarının qanı-canı bahasına azad edilən torpaqlarımızın yenidən qurulması, keçmiş məcburi köçkünlərin əzəli yurdlarına qaytarılması Azərbaycan dövlətinin gücündən, xalqımızın milli qürurla, milli ruhla bu torpaqlarda işıqlı gələcəyin qurulacağını nümayiş etdirir.